Dovletxeberleri.Az
» » İntim videonu yayan saytlar cəzalanacaq? – Ekspertlər

12-02-2018, 15:52İntim videonu yayan saytlar cəzalanacaq? – Ekspertlər

İntim videonu yayan saytlar cəzalanacaq? – Ekspertlər
Bakı şəhərindəki orta məktəblərdən birində azyaşlı şagirdə qarşı seksual zorakılığı özündə əks etdirən videogörüntülərin sosial şəbəkələrdə yayılması, daha sonra ölkədə fəaliyyət göstərən bəzi saytların bunu olduğu kimi və detallı şəkildə tirajlaması birmənalı qarşılanmır. Sanki ölkə mediası ictimai əxlaqı zədələyən bu cür hadisələrin hansı formada işıqlandırılması dileması qarşısında qalmaqla yanaşı, həm də peşəkarlıq problemi yaşayır.

Media ekspertləri və baş redaktorlar bu cür hadisələr zamanı medianın necə davranmasının vacib olduğunu Teleqraf.com-a şərh ediblər.

Media eksperti, professor Qulu Məhərrənli deyib ki, onun bu məsələyə dair mövqeyi qətidir. Ekspertin qənaətincə, bu cür normadan yayınma halları mətbuatda müşahidə etdiyimiz şəkildə işıqlandırıla bilməz:

“Bu cür işıqlandırma cinayət əməlidir. Belə məlumatları yaymaq, onu tirajlamaq, həmin uşaqların üzünü göstərmək cinayət əməlidir. Hüquq-mühafizə orqanları bunu nəzərə almalıdır. Bu kimi hallara qarşı seyrçi mövqedə qalmaq olmaz. Ümumiyyətlə, bu cür hallar mətbuata çıxmamalıdır. Belə hallarla qarşılaşanda öncə düşünməliyik ki, bunun mətbuata çıxmasının zərəri çoxdur, ya xeyri. İctimai əxlaq və psixologiya baxımından belə məlumatların yayılması doğru deyil. Şübhəsiz ki, hadisə barədə informasiya ola bilər, lakin hadisənin belə video örüntülü və detallı formada oxucuya təqdim edilməsi etikaya ziddir. Azərbaycan qanunvericiliyi də bunu cinayət əməli hesab edir. Belə detallı informasiya həm də ictimai əxlaqı zədələyir, ailələr və uşaqların gələcəyi üçün problemlər yaradır. Media məhz buna görə həssas olmalıdır”.

Məhərrəmli qeyd edib ki, media bu kimi hallarda məlumatandırma anlayışından uzaqlaşır:

“Daha çox sensasiya axtaran, bazar üçün işləyənlər oxucunun diqqətini belə məlumatlara cəlb edir. Burada isə etik qaydadan və əxlaqdan danışmaq olmaz. Bu, həm də mənəvi böhranının göstəricisidir. Məktəbdə baş verən məlum hadisə isə səbəb yox, nəticədir. Özünə hörmət edən media qurumu bu məsələ ilə bağlı həssas və etik davranış sərgiləməlidir”.

“Report” Agentliyinin rəhbəri Murad Əliyev deyib ki, bu kimi hadisələr zamanı media həssaslıq nümayiş etdirməli, sensasiya dalınca qaçmamalı və ictimai əxlaq və etik qaydalara əməl etməlidir:

“Hadisənin olduğu kimi və detallı yayılması həm də əxlaq məsələsidir. Yəni buna ciddi əhəmiyyət verilməlidir. Sayt rəhbərləri bu kimi hallarda məsuliyyətli davranmalıdır.

İkincisi, biz də hadisə ilə bağlı xəbər vermişik. Bu, ona görə lazımdır ki, ictimai qınaq yaransın və bu kimi hallar təkrar baş verməsin. Ancaq informasiya verilərkən, azyaşlıların adı olduğu kimi verilə bilməz. Belə məsələlərə diqqət etmək vacibdir. Hətta bəzi saytlar xəbər yayıb ki, hadisədən sonra həmin xanım intihara cəhd edib və s. Məncə, bu da yolverilməzdir. Mətbuat bu hallara qarşı həssas olmalıdır”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu hesab edir ki, bu cür informasiyalar mətbuatda işıqlandırılmamalıdır:

“İctimai əxlaqa ziyan gətirəcək hər hansı bir hadisə mətbuatda işıqlandırılmamalıdır. Çünki bəzən bu, pis nümunə olur, yetkinlik yaşına çatmayan, təfəkkürü formalaşmayan insanlar üçün bir növ təşviq vasitəsinə çevrilir. Belə hadisələrlə hüquq- mühafizə orqanları məşğul olur və müvafiq tədbirlər görürlər. Bu xarakterli informasiyaların ictimailəşdirilməsi xeyirdən çox ziyan gətirir. Mən düşünürəm ki, jurnalistdə bu səpkili informasiya varsa, ilk olaraq bunu müvafiq qurumların diqqətinə çatdırmalıdır. Əks təqdirdə belə informasiyaların yayılmasından heç nə əldə etmirik”.

Baş redaktor əlavə edib ki, insan sosial varlıq olduğundan onun yaddaşında və ya şüuarltısında olmayan məlumatlar yaranır:

“Məşhur söz var: düşüncələrinizə diqqət edin, onlar sizin hərəkətlərinizin başlanğıcıdır. Yəni felən hərəkət etməzdən öncə mütləq insanın yaddaşında hansısa ideya olmalıdır. Bu ideya yaxşı olanda insanlar müsbət addım atır. Yox, əgər şüuraltı yaddaşda ideya neqativ olacaqsa, bu zaman atılan addım da neqativ olacaq. Bizim bu hadisəni ictimailəşdirməyimiz çoxlu sayda azyaşlılara şüuraltı informasiya ötürdü. Sabah onlar davranışları zamanı bu informasiyanın təsiri altında qalaraq bənzər addımlar ata bilər. Hər halda psixologiya belə deyir. Odur ki, belə hadisələri nə sosial şəbəkələrdə, nə də mətbuatda işıqlandırmaq doğru deyil”.

Xatırladaq ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinfində oxuyan Cavidan Rzayev 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olib və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev daha 2 SƏRƏNCAM İMZALADIAbel Məhərrəmovun General qardaşı da işdən qovulduNazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur”Prezident Dövlət proqramını TƏSDİQLƏDİAbel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYESadələşdirilmiş vergiylə bağlı DƏYİŞİKLİKRamiz Mehdiyevin “Dağlıq Qarabağ”la bağlı kitabı ərəb dilində çap edildiPrezident İlham Əliyevdən Sumqayıtla bağlı ard-arda - SərəncamlarGənclər və idman komitəsi gənclərə nə vəd edir?Abel Məhərrəmovun vəzifəsini bu XANIM İCRA EDİR - FOTOVergilər Nazirliyinin səlahiyyətləri artırılır"Nərgiz Paşayeva BDU-nun rektor vəzifəsinə real namizəddir" - Kamran ƏsədovBakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir - FOTOPaşinyan Azərbaycanla sərhədə gəldiİlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLARŞeyx Almaniyaya gedirPrezident Sumqayıtda səfərdədir - İcra başçısı hesabat verdi + AÇILIŞLARElmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə gedib - SƏBƏB"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - FHN açıqladı“Əmək pensiyaları haqqında” qanun dəyişir - Yeni qaydalarda nə var?Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ!Sumqayıtda daha bir zavodun açılışı oldu - FOTOKüveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olubAbel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMAİdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYEAzərbaycanda ilkin əlillik 61,3 faiz azalıbLaçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.İsrail Azərbaycana yeni səfir təyin etdiBu günə olan valyuta məzənnələriOPEC-in yeni prezidenti yanvardan işə başlayacaqErmənistan cəbhədə təxribat törətdiYeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıbBu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİRNazir vergi dəyişikliklərinin detallarını açıqladıDəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdi