Dovletxeberleri.Az
» » Deputatlar Qaradağda gənclərlə görüşdü

2-02-2018, 18:47Deputatlar Qaradağda gənclərlə görüşdü

Deputatlar Qaradağda gənclərlə görüşdü
Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ Heydər Əliyev Mərkəzində 2 fevral – Azərbaycanda Gənclər Günü ilə əlaqədar Milli Məclisin deputatı, Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovun yerli gənclərlə görüşü keçirilib.



Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova iştirak ediblər.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub.

Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov tədbir iştirakçılarını 2 fevral Gənclər Günü münasibətilə təbrik edərək ölkəmizdə aparılan və əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasətindən, Azərbaycan gənclərinin quruculuq işlərində fəal mövqeyindən söhbət açıb.

MM-in deputatı A.Hüseynov elmin müxtəlif sahələrində, ictimai-siyasi həyatda, eləcə də idman sahəsində Azərbaycan gənclərinin qazandıqları uğurlardan danışıb, bu gün Azərbaycanın gələcəyinin gənclərin gücü və potensialı ilə daha inamla qurulduğunu söyləyib.



Bilik Fondunun aparat rəhbəri İ.Vəliyev Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədləri, prinsipləri, istiqamətləri, təşkilati-hüquqi əsasları barədə geniş məlumat verib. O bildirib ki, Ümummilli lider Heydər Əliyevin banisi olduğu bu siyasi xəttin məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir.

Görüşdə F.Muradaov “Azərbaycan gənci dünən, bu gün və sabah” mövzusunda məruzə ilə çıxış edib. Natiq “Prezident İlham Əliyevin “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamını dövlətimizin gənclərə və gənclər siyasətinə verdiyi önəmin bariz nümunəsi kimi dəyərləndirib: “Bu gün Azərbaycan gənclərinin təhsili, tələbələrin elmi, mədəni və ictimai fəaliyyətinin, məşğulluğunun, sahibkarlıq və yaradıcılıq fəaliyyətinin dəstəklənməsi, beynəlxalq əməkdaşlıq və mübadilənin genişləndirilməsi, asudə vaxtın təşkili, gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir”.

Mühazirəçilər gəncləri maraqlandıran sualları cavablandırıblar. Görüşün təşkilatçılarına və mühazirəçilərə Bilik Fondunun hədiyyələri verilib.

Tədbirin bədii hissəsində Bakı Humanitar Kollecin tələbələrinin hazırladıqları musiqili kompozisiya nümayiş olunub.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş ProkurorluqKreditlərlə bağlı yeni rəsmi MƏLUMATFövzi Tahirov:Ağcabədi RMX- nın baş həkiminin məsləhətləriBaş nazir qoruqlarla bağlı yeni qaydaları təsdiqlədiBiləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırırNovruz Məmmədov Səudiyyəli nazirlə görüşübGömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürübAzərbaycan Xalça Muzeyi “Milliləşdirildi”Türkiyədə 5 min 778 terrorçu məhv edilibQorxulu xəstəlik 450 can aldıƏli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edibTəhsil naziri nümunəvi tədris planını təsdiqlədiMüəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstəribHacı Zeynalabdin Tağıyev haqqında film ABŞ-da uğur qazandı.Türkiyə üç şəhid verdiŞəki Xan sarayı bağlandıAzərbaycan məktəblisi İsraildə bürünc medal qazandıHeydər Əliyev prospektində MAŞIN AŞDI - FOTOLARPrezident Şəkidəki qəzanı nəzarətə götürdüBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan “Şəki bəyanatı”Vilayət Eyvazovdan yeni təyinatVergilər Nazirliyinə yeni səlahiyyətlər verilib“Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edildi - FOTOTəhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT ETDİMilli Məclisin deputatları Türkiyəyə gedirMəşğulluq xidməti işlə təmin etdiyi şəxslərin sayını açıqladıGoranboyda silahlı insident - 1 ölü, 2 yaralıBakıda 12 yaşlı oğlan itkin düşdüIV çağırış Milli Məclisin deputatları kimlər olub? - SİYAHITəhsil naziri əmr verdi - Növbəti tədris ilinin başlama və qurtarma tarixləri AÇIQLANDIFransa-Qafqaz Dostluq qrupu Azərbaycana səfər edəcəkMüstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridirAMEA-da direktor vəzifəsini tutmaq üçün 17 nəfər namizədliyini verib“Heydər Əliyev - Dövlətçilik ənənəsi” mövzusunda Laçın Rayon İcra Hakimiyyəti və YAP Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.Goranboyda yeni yol çəkilirAzərbaycanın Müdafiə Nazirliyindən ABŞ konqresmeninə sərt CAVABDirektor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müsabiqəyə start verilirAzərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyətQanunun qüvvəyə minmə tarixi 2022-yə uzadıldı100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJMənim qəhrəmanım - Şəhid komandir Raquf Orucovun xanımı YAZIRManat-dollar məzənnəsində yenilik olacaq?AvroLiqada 1-ci təsnifat mərhələsi - Bütün NƏTİCƏLƏRMilli Məclis sonuncu iclasa toplaşırBMT yeni qarşıdurmanın anonsunu verdiTatarıstan Prezidenti Azərbaycana gəlirUlu Öndərimiz Azərbaycan naminə, bütöv, müstəqil Azərbaycan və azərbaycançılıq uğrunda çalışıb, mübarizə aparıb və qalib gəlibBu gün Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük.Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir“Cümhuriyyət medalı” ilə təltif edilən jurnalistlər və QHT sədrləri kimlərdir? - SİYAHI