Dovletxeberleri.Az
» » Nazirlər Kabinetində iclas - Prezidentə hesabat veriləcək

24-01-2018, 11:36Nazirlər Kabinetində iclas - Prezidentə hesabat veriləcək

Nazirlər Kabinetində iclas - Prezidentə hesabat veriləcək
Yanvarın 23-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının beşinci iclası keçirilib.

İclası açan Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Milli Əlaqələndirmə Şurasının fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlərin görüldüyünü və qarşıya qoyulan mühüm vəzifələrin yerinə yetirildiyini bildirib.

Baş nazirin müavini qeyd edib ki, ötən il Azərbaycan Respublikasının Könüllü Milli Hesabatı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunub. Bu hesabatın hazırlanmasında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılan işçi qrupların fəaliyyəti təqdirəlayiqdir. Həmin hesabat "Azərbaycan-2030: Minilliyin İnkişaf Məqsədlərindən Dayanıqlı İnkişaf Məqsədlərinə doğru” adı ilə Azərbaycan dilinə tərcümə olunub. Bundan başqa, AZƏRTAC-ın materialları əsasında üç dildə "Dayanıqlı İnkişaf Məqsədləri: iclaslar, görüşlər, tədbirlər...” adlı kitab çap edilib.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri bildirib ki, ötən dövr ərzində bu sahədə maarifləndirmə işləri də görülüb. Milli Məclis ilə şura arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün müxtəlif işlər görülüb. Azərbaycan dilində "Parlamentlər və Dayanıqlı İnkişaf Məqsədləri” adlı məcmuə çap edilib. Bu nəşr Milli Məclisin üzvləri üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olacaq.

Əli Əhmədov deyib ki, ötən dövrdə şuranın katibliyi və işçi qrupları öz fəaliyyətini davam etdirib. Həmçinin BMT tərəfindən bu sahədə müxtəlif monitorinqlər aparılıb. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının ildə dörd iclasının keçirilməsi məqsədəuyğundur. Bu iclaslarda monitorinq və işçi qruplarının hesabatları dinləniləcək.

İclasda Azərbaycan Respublikasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə 2017-ci ildə görülmüş işlər və qarşıda duran məsələlər müzakirə edilib. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində 2016-2017-ci illərdə görülmüş işlər barədə xüsusi hesabatın xülasəsi nəzərdən keçirilib və Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.

Bundan başqa, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə göstəricilərin milliləşdirilməsi və prioritetlərin seçilməsi il bağlı cari vəziyyət və qarşıda duran məsələlər müzakirə edilib. Həmçinin 2019-cu ildə Yüksək Səviyyəli Siyasi Foruma Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının təqdim edilməsinə dair müzakirələr aparılıb.(Azvision)
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Əli Əhmədov: Milli Ordu dövlətin güc, millətin qürur mənbəyidirSumqayıt: bu günün və sabahın şəhəriJurnalist Fuad Abbasov Azərbaycana göndərildi - Səfirlik açıqlama yaydıPrezident Ramil Usubovu qəbul etdiAŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunubYAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı“Qaçqınkom”da muğam müsabiqəsinin qalibləri ilə görüş olub“Azərişıq”da yeni departament yaradıldıNazir: “Şikayətlərin 25-i düz çıxdı” - Sahil Babayev vətəndaşlara paylanan arıq inəklərdən DANIŞDIZakir Həsənov: Azərbaycan Ordusu dünyada güclü ordular arasında layiqli yerlərdən birini tuturƏkrəm İmamoğlu: “Azərbaycana səfər etmək planımız var” - EKSKLÜZİVİqtisadiyyat naziri Şahin Mustafayev Ağcabədidə Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib.Deputatdan QHT sədrlərinə sərt mesaj: "Nə şantajla, nə təhdidlə bizdən heç nə qopara bilməzsiniz"Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb“Cəbhədəki təxribatlar münaqişənin həlli üzrə danışıqlara xələl gətirir” – Elmar MəmmədyarovŞirməmməd Hüseynovla vida mərasimi Təzəpir məscidində keçiriləcəkMehriban Əliyeva: “Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan etməkdir”Elmar Qasımov ipponla qazandı - 4-cü medalDilqəmlə Şahbazın işində yeni XƏBƏRSumqayıtda tibb müəssisəsinin açılışı olduİstanbul meri uğrunda səslərin 100%- i hesablandıVilayət Eyvazov müşavirə keçirdiMehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşdüMehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılışındaGənc, məşhur kardioloq Nurlana Əliyeva: "Bəlkə də qibtə olunacaq biriyəm"Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərirƏrdoğan İmamoğlunu təbrik etdi - FOTOMüəllimlərin işə qəbulu üzrə müsabiqə başlayırİstanbulda bələdiyyə seçkilərində səsvermə başlayıbBMT Baş katibinin müavini Azərbaycana səfərə gəlibDövlət qulluqçularının peşə bayramıdırHeydər Əliyev Mərkəzinin parkında yoqa sessiyasıBu gün İstanbul Bələdiyyə başqanını seçirAzərbaycan idmançısı erməni rəqibini məğlub edib medal qazandıSahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir 22 İyun 2019 13:52Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLARLeyla Əliyeva İkinci Avropa Oyunlarına qatılan azərbaycanlı idmançılarlaPrezident dövlət qulluqçularını təltif edib - SİYAHIAgyol.Az izləyicilərini AZ TV-də "Planet"in növbəti verlişini izləməyə dəvət edir ANONS"Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəyəm" - Kamal AbdullaAzər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyırTbilisidə Bülbülün xatirəsi anılıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində andiçmə mərasimiSəhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədriIII Avropa Oyunlarının keçiriləcəyi ölkənin adı bəllli olduAtəşkəs 20 dəfə pozulub – Pulemyotlar işə düşdüYAP-ın Mərkəzi Qərargahında partiyanın Nərimanov və Nizami rayon təşkilatlarının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilibGömrük Komitəsi sədrinə yeni müavini təyin edildiLeyla Əliyeva II Avropa Oyunlarının açılışındaMəktəb direktorları və müavinlərinin maaşı artacaq - RƏSMİ