Dovletxeberleri.Az
» » “Vergi sistemində kadr dəyişikliyi, ixtisarlar olacaq” - Deputat nazirin islahatlarını DƏSTƏKLƏDİ

10-01-2018, 16:45“Vergi sistemində kadr dəyişikliyi, ixtisarlar olacaq” - Deputat nazirin islahatlarını DƏSTƏKLƏDİ

“Vergi sistemində kadr dəyişikliyi, ixtisarlar olacaq” - Deputat nazirin islahatlarını DƏSTƏKLƏDİ
Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.


Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Modern.az-a bildirilib ki, strukturun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır.


Bununla əlaqədar olaraq, vergilər naziri Mikayıl Cabbarovun müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirlyin sərəncamına götürülüb ki, onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var.



Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, ölkə rəhbərliyinin göstərişlərinə uyğun olaraq başlanan islahatlar davam etdirilməlidir:

“Vergi sistemində istər struktur, istər kadr dəyişikliyi gözləniləndir. Ümumilikdə sistemin təkmilləşdirilməsinə çox böyük ehtiyac var. Azərbaycanda vergi sistemi kiçik və orta sahibkarlığın inkişafına təkan verən amillərdən biridir. Ona görə də bu sahədə şəffaflığın təmin edilməsi üçün kadr dəyişikliyi, təkmilləşdirmə, ixtisarlar olacaq. Sahibkarlarla vergi sistemindəki baryerlər, sədlər götürülməlidir ki, iqtisadiyyat daha da şaxələnsin”.
“Vergi sistemində kadr dəyişikliyi, ixtisarlar olacaq” - Deputat nazirin islahatlarını DƏSTƏKLƏDİ
V.Əhmədov bildirib ki, yeni nazirin 64 vergi xidməti işçisini vəzifəsindən kənarlaşdırması bu sahənin təkmilləşdirilməsinə, müasirləşdirilməsinə və şaffalaşdırılmasına xidmət edəcək:

“Əsas da sahibkarlığın inkişafına mane olanların kənarlaşdırılmasıdır. Ola bilər ki, hazırda boş qalan vəzifələr o qədər əhəmiyyət kəsb etmir, yaxud da əksinə, məhz bu sahənin inkişafına mane olanlardır. Ümumiyyətlə, vergi sistemi çox ağır olmasına baxmayaraq, nazirlikdə ştatın sayı da həddindən artıqdır. Ona görə də təkmilləşmə getməlidir”.


Deputat, Mikayıl Cabbarovun vergilər naziri kimi bu sahədə şəffaflığa nail olacağına ümidlidir:


“Çünki Mikayıl Cabbarov təhsil sistemində fəaliyyətə başlayanda da ilk növbədə islahatlara start verdi. Amma mən təhsil eksperti olmadığım üçün nə qədər müsbət nəticələrə nail olduğunu deyə bilmərəm. Mikayıl Cabbarov təhsil sistemində daha çox islahatçı nazir kimi özünə hörmət qazanıb. Düşünürəm ki, vergi sistemində də buna davam edəcək. Xüsusilə bu sahə ilə bağlı cənab prezidentin tövsiyələri əsas götürüləcək”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdirErmənistan atəşkəsi 21 dəfə pozdu“Hələ heç nə bitməyib” - Qurban QurbanovAqşin Məmmədov Laçın RN Polis şöbəsində Rəis müavini vəzifəsinə təyin olunmuşdur.YENİ KOALİSİYA YARADILDI. “MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ UĞRUNDA” ADLI KOALİSİYANIN İLK İCLASI KEÇİRİLDİ.Türkiyə sosial sahədə Azərbaycanın təcrübəsini öyrənəcəkKoreya prezidenti AZƏRTAC-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüVilayət Eyvazov vətəndaşlarla bağlı göstəriş verdiMikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsinə mühüm dəyişikliklər olacaqUşaqlar bizim gələcəyimizdir“Müəllim xarici dil bilməlidir ki, yeniliklərdən xəbərdar olsun” - Nazir müavini