Dovletxeberleri.Az
» » Komitə sədri Baş nazirə müraciət etdi

22-11-2017, 14:12Komitə sədri Baş nazirə müraciət etdi

Komitə sədri Baş nazirə müraciət etdi
“Prezident İlham Əliyevin rəhbərliyilə quruculuq işlərinin davam etdirilməsi, ipoteka kreditlərinin faiz dərcələrinin aşağı salınması istiqamətində atılan addımlar, aztəminatlı ailələr üçün sosial evlərin inşası, yeni iş yerlərinin açılması müsbət hallardır.
İnşaat sektoru sadəcə hansısa bir binanın tikintisi demək deyil. İnsanlar bu obyektlərdə işləyirlər, vergi ödəyirlər. Yəni yeni iş yerləri yaradılır, insanların gəlir yerləri artır. Büdcədə ipoteka ilə bağlı artım isə onu özündə ehtiva edir ki, insanlar güzəştli ipoteka şərtləri ilə yeni mənzillərə sahib ola biləcəklər”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri bildirib ki, təhsil sahəsində sürətli islahat gedir.

“Təhsillə bağlı görülən işlər illərlə həyata keçirilən prosesdir. Biz bu istiqamətdə həyata keçirilən işləri və ümumilikdə təhsildəki inkişafı görür, dəstəkləyirik. Azərbaycanda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin bir qismi təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər. Bu isə həmin tələbələrin təhsilinin yarımçıq qalmasına və ali təhsil müəssisələrinin dayanıqlı maliyyə təminatında problemlərin yaranmasına səbəb olur. Təhsil Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildə 10 aparıcı dövlət ali təhsil müəssisəsi tərəfindən “Maarifçi” Tələbə Kredit Fondu təsis edilib. Fondun əsas missiyası aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
Biz qanunvericiliyə baxmalıyıq, tələbələrə kredit verilməsini asanlaşdırmalıyıq. Azərbaycanda Gənclər Fondu modeli də var. Hər bir gənc öz layihələrini bu Fonda təqdim etməklə reallaşdıra bilir. Bu baxımdan dövlət büdcəsindən Maarifçi Tələbə Kredit Fondunun maliyyələşməsinin təmin edilməsi bu istiqamətdə irəliləyişə səbəb ola bilər. Təhsil Nazirliyi tələbələrə kredit verilməsi ilə bağlı ilk addımı atıb, biz də bu məsələdə öz dəstəyimizi göstərməliyik. Bununla bağlı xüsusi dövlət proqramı da ola bilər. Yaxud da “Maarifçi” Tələbə Kredit Fonduna müəyyən status verilə bilər ki, fond tələbələrə sərbəst şəkildə kredit ayıra bilsin”.

Komitə sədri həmçinin, “Azəristiliktəchizat” ASC-nin fəaliyyətindən narazılığını bildirib.

Məsələ ilə əlaqədar Baş nazirə müraciət edən Fuad Muradov Xətai rayonunda müxtəlif yataqxanalarda istilik probleminin olduğunu diqqətə çatdırıb. Millət vəkili bildirib ki, Xətai rayonu vaxtilə sənaye regionu kimi tanınıb:

“Bu rayondakı zavod, fabriklərə məxsus yataqxanalar olub. Bu yataqxanalardan bəziləri sökülüb. Amma qalanlarının istiliklə təchizatında problemlər var. “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında problem var. “Azəristiliktəchizat”in “Azəriqaz”a borcu var və bu, istiliklə təminatda çətinlik yaradır. Hər ikisi dövlət qurumudur. “Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir. Bu strateji müəssisə deyil ki, özəlləşdirilməsi mümkün olmasın.
Bu məsələ “Azəriqaz”a da aiddir. Əgər onlar dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilmirsə, o zaman özəlləşdirilsinlər”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Əli Həsənov işdən çıxmaq ərizəsi yazıb: “71 yaşınız var və gənc kadrlara yer vermək üçün yaxşı nümunə göstərirsiniz” - YENİLƏNİBXatirə FƏRƏCLİ.Yeni şeirlərİran Prezidenti Bakıya gəlirElmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin Prezidenti ilə görüşübŞagirdlərin elektron yerdəyişməsinə başlanıldıBMT Azərbaycanda qadınlarla bağlı vəziyyətdən narahatdırCeyhun Bayramov şöbə müdirini işdən çıxardıAzərbaycan hərbçisi Şri-Lanka hərbçisinə qalib gəldi: 5:0Əli Əhmədov vətəndaşlara SƏSLƏNDİKuba prezidenti Bakıya səfər edirƏli Əhmədov: “Sanki onlar insanların rahatlığını pozmaqdan həzz alırlar”Rəsmi Bakı Fransa məhkəməsinin qərarını alqışladıPrezidentdən baş nazirə ciddi tapşırıq. Gənclər üçünAzərbaycanda gələn il inflasiya neçə faiz olacaq?Bazar günü Bakıya yağış yağacaqHeydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalandıParlament bu MƏSƏLƏLƏRİ müzakirəyə çıxaracaqƏhalinin özünüməşğulluğunun təmin edilməsi üçün davamlı tədbirlər görülürYeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib.Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz…Qlobal Jurnalistlər Şurasının Bakı Bəyannaməsi - Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏTƏli Əhmədov Dövlət Müstəqilliyi Gününə belə qiymət verdiVilayət Eyvazov iki rayona rəis təyin etdiPrezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilərAzərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edib