Dovletxeberleri.Az
» » 20 hakimin, 7 məhkəmə sədrinin səlahiyyətlərinə xitam verildi - Məhkəmə-Hüquq Şurasından sərt qərarlar

17-11-2017, 08:3720 hakimin, 7 məhkəmə sədrinin səlahiyyətlərinə xitam verildi - Məhkəmə-Hüquq Şurasından sərt qərarlar

20 hakimin, 7 məhkəmə sədrinin səlahiyyətlərinə xitam verildi - Məhkəmə-Hüquq Şurasından sərt qərarlar
Bu gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə mühüm qanunvericilik və institusional tədbirlər qeyd edilib, bu sahədə islahatlara nüfuzlu beynəlxalq qurumlar tərəfindən də böyük maraq göstərilərək, ölkəmizin nailiyyətlərinin yüksək dəyərləndirilməsi vurğulanıb.

İclasda qeyd edilib ki, bu günlərdə ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub. Azərbaycan bu nüfuzlu müsabiqədə Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi "Elektron məhkəmə” informasiya sisteminin tərkib hissəsi olan "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab” adlı layihə ilə iştirak edib. Bu layihə Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək təsis edilmiş dörd mükafatdan birinə layiq bilinib. Digər qalib gələn üç layihə Norveç, İtaliya və Bolqarıstan tərəfindən təqdim olunub.

Azərbaycan layihəsinin müsabiqədə iştirak edən 37 layihə arasında mükafata layiq görülməsi və ölkəmizin adının ən yüksək kürsülərdən şərəflə çəkilərək, bir çox Avropa İttifaqı dövlətlərini qabaqlaması məhkəmə islahatlarının uğurundan xəbər verir. "Ədliyyənin Kristal Tərəzisi” mükafatı Şuranın iclasında təntənəli surətdə təqdim edilib.

Eyni zamanda qeyd olunub ki, bu ərəfədə Avropa Şurasının xahişi ilə mütəxəssislərimiz Moldovaya səfər edərək müsbət təcrübəmizi həmkarlarına aşılayıb, Dünya Bankının tövsiyəsi ilə Moskva Şəhər Məhkəməsi sədrinin rəhbərliyi ilə mötəbər nümayəndə heyəti ölkəmizə eyni məqsədlə səfər edib. Bu, Azərbaycanda həyata keçirilən mütərəqqi məhkəmə islahatlarına beynəlxalq marağın nəticəsidir.

Tədbirdə, həmçinin əldə edilmiş nailiyyətlərlə yanaşı, məhkəmə fəaliyyətində mövcud problemlərə də toxunulub, vətəndaşlarda haqlı narazılıq doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq cari ildə apellyasiya və birinci instansiya məhkəmələrinin 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verildiyi, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakiminin aşağı işə keçirildiyi diqqətə çatdırılıb. Eyni zamanda, 2018-ci ildə 100-dək hakimin səlahiyyət müddətinin başa çatacağı bildirilib, bununla əlaqədar prinsipial təhlillərin aparılması və onların fəaliyyətinin qiymətləndirilməsinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

İclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq, korrupsiyaya şərait yaradan hallara, habelə icra intizamının və qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına yol verdiklərinə görə, Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Vidadi Cəfərov və Hüseyn Nəbiyevə töhmət elan edilib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə“İtirilmiş torpaqlarımız...” silsiləsindən 2-ci HEKAYƏTAzərbaycanda “Əxlaq polisi” yaradılır? - AÇIQLAMAQanun və NəzarətLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü ərazisindəki Alxaslı obasında məcburi köçkünlərlə görüşmüşdürLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiQarabağ həqiqətlərini dünyaya tanıdan Azərbaycan GƏNCLİYİDiaqnostik qiymətləndirilmədən keçən müəllimlərin yeni aylıq vəzifə maaşları - CƏDVƏLBu şəxslər şəhid hesab ediləcəkƏli Əhmədov Ağcabədi Olimpiya İdman KompleksindəYeni Azərbaycan Partiyasının gəncləri ilə görüş kecirdAnkara və İstanbulun bələdiyyə sədrləri dəyişdirilir? – Nazirdən AÇIQLAMAErmənilər cəbhədə təxribatlara davam edirSəfər Mehdiyev özünü öldürmək istəyən sahibkara nə deyib? - 16 gömrükçü işdən azad edilibZakir Fərəcov Çinə işgüzar səfərə gedirAzərbaycan yığması Slovakiyaya qalib gəldiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Ağcabədi rayonunda keçirilmişdir.Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə yenidən GÖRÜŞƏCƏKƏli Həsənov Türkiyə PA-nın nümayəndəsi ilə görüşdüABŞ dövlət katibinin köməkçisi Qafqaza gəlirİlham Əliyev BP-nin Direktorlar Şurasının sədrini qəbul edib - YENİLƏNİBBakıdakı Patruşev-Usubov danışıqlarının təfərrüatları“İşğal olunan torpaqlarımız Azərbaycanın nəzarəti altına qayıdacaq” - Leyla AbdullayevaAzərbaycan və İranın Ukraynadakı səfirləri görüşdüDeputatlar ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun konfransına gedirlər