Dovletxeberleri.Az
» » 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir

8-11-2017, 16:209 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdir
08 noyabr 2017-ci il tarixdə Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilmişdir. Ərazidəki 552 ailəlik qəsəbədə fəaliyyət göstərən rayonun ümumtəhsil müəssisələrinin şagirdlərinin Dövlət Bayrağı Günü ilə bağlı təşkil etdikləri yürüş Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Dövlət Bayrağının ətrafında keçirilən tədbirlə davam etdirilmişdir.
9 noyabr Dövlət Bayrağı Günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev bu gün Azərbaycan Respublikası üzərində dalğalanan üçrəngli müqəddəs Dövlət Bayrağımızın ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edildiyini, 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olduğunu, eyni zamanda müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturu müəllifinin görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadə olduğunu bildirmişdir.
Həmçinin o bildirmişdir ki, rəsmi istifadəsinə qadağa qoyulmuş üçrəngli bayrağımız 71 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabr ayının 9-nun Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd edilməsinə, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramın ən bariz nümunəsi kimi yanaşdıqlarını xüsusilə vurğulamışlar. Həmçinin qeyd olunmuşdur ki, Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü elan olunmaqla, bu bayram ölkədə qeyri-iş günü olan bayramlar siyahısına daxil edilmişdir.
Eyni zamanda çıxışlarda qəti əminliklə bildirilmişdir ki, xalqımız ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olacaq, dövlət müstəqilliyimizi əbədi edəcəkdir.
Tədbirdə rayon məktəblilərinin ifasında Dövlət Bayrağı Gününə həsr olunmuş şerlər səsləndirilmişdir.
DOVLETXEBERLERİ.AZ
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev Dövlət Komissiyasının tərkibini dəyişdiSumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib – FOTOLAROqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur1 direktor çıxarıldı, 7-nə töhmət, 3-ü prokurorluğa verildi - Ceyhun Bayramovdan sərt qərarlar + SİYAHILaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Abşeron rayonunun Masazır qəsəbəsində keçirilmişdirNazir Novruz Məmmədovun oğluna yüksək vəzifə verdiSaxta “Qarabağ veteranı” adı verən, əlillik dərəcəsi düzəldən dələduzlar ifşa olunduPrezident “Laçın” tankerinin istismara verilməsi mərasimində iştirak edibUlu öndər Heydər Əliyevin əziz xatirəsi laçınlılar tərəfindən də ehtiramla yad edilmişdir.Ağcabədi rayon Nəcəfqulubəyli kəndində səyyar qəbul-görüş keçirilmişdir.Əli Əhmədov, Siyavuş Novruzov, Tağı Əhmədov... - YAP-ın MM-ə seçkilərdə səlahiyyətli nümayəndələri + SİYAHIİlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət etdiBu rayonların pensiya təyinatında dəyişikliklər OLUNDULaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildi“Heydər Əliyev hər zaman gənclərin himayədarı olub” - Fərman Cabbarovİlham Əliyev Koreyanın Statistika Komitəsinin sədrini qəbul edibQaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcəkYeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər"YAP-ın namizədlər siyahısında tanınmış simalar..." - Əli ƏhmədovRamiz Mehdiyev İlham Əliyevdən YAZDI: “O, ən kiçik eyhamların mənasını başa düşür”Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran LiderDünyada daha bir müstəqil dövlət yarana bilər"YANVARDAN BÜTÜN PENSİYALAR ARTIRILACAQ" - Nə qədər olacaq? + AçıqlamaLaçınlı məktəblilər üçün modul tipli məktəb binalarının quraşdırılması yekunlaşmaq üzrədirYeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edibZakir Fərəcov əsaslı təmirdən sonra istifadəyə verilən bağçanın açılışında iştirak edibVilayət Eyvazov mayora vəzifə verdiAğcabədililər öz millət vəkilərini seçirDünyanın ən gənc baş naziri seçildi - FOTOMüqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur.İlham Əliyev rusiyalı naziri qəbul edib - YENİLƏNİBAvropa Tıbbı Assosiasiyası Milana VİP Hospitala İnstitut üzvlüyü təqdimatında xatirəPrezident Administrasiyasının məsul işçiləri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyiblərErmənistan ordusu sərhəd rayonlarımızı atəşə tutubMilli Məclisin deputatları AŞPA-nın büro və komitə iclaslarına gediblərErməni əsir və girovluğundakı azərbaycanlılar - 29 uşaq, 98 qadın, 112 qoca, 604 hərbçi...Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıbSumqayıtda daha bir tibb müəssisəsi təmirdən sonra istifadəyə verilib – FOTOLARYAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVABBaş nazir Şahin Mustafayevə yeni vəzifə verdiBaş nazir magistratura ilə bağlı qaydalara dəyişiklik etdi - QƏRAR"Prezidentimizi yalnız televizorda görmüşdüm" - VİDEODeputatlığa namizəd olmaq istəyənlərin nəzərinə - Müddət açıqlandıTürkmənistan Prezidenti 528 məhkumu əfv etdi - FƏRMANLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki Mişni obasında keçirilmişdirSumqayıtlılar bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə qoşuldu - FOTOLARLaçınlılarda nəcib təşəbbüsə həvəslə qoşuldularBu gün Azərbaycanda 650 min ağac əkiləcək - Birinci vitse-prezidentin TƏŞƏBBÜSÜŞənlik kənd inzibati ərazi vahidində vətəndaşlarla səyyar qəbul keçirmişdir.Məleykə Abbaszadə kadr islahatlarından DANIŞDI