Dovletxeberleri.Az
» » Millət vəkili UNEC-də BTQ layihəsinin əhəmiyyətindən danışıb

3-11-2017, 17:08Millət vəkili UNEC-də BTQ layihəsinin əhəmiyyətindən danışıb

Millət vəkili UNEC-də BTQ layihəsinin əhəmiyyətindən danışıb
Noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun təşkilatçılığı ilə UNEC-də mühazirə keçirilib.

Dovletxeberleri.az [sub][/sub]xəbər verir ki, mühazirədə UNEC-in müəllim-tələbə heyətinə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələr şərh edilib, layihənin ölkə, region və dünya üçün əhəmiyyətindən bəhs olunub.

Millət vəkili Tahir Mirkişili "Bakı-Tbilisi -Qars - Azərbaycan iqtisadiyyatının yeni lokomotivi kimi" mövzusunda məruzə ilə çıxış edib. BTQ dəmir yolunun siyasi özəyini Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyini diqqətə çatdıran millət vəkili, Ulu öndərin təşəbbüsü ilə TRASECA proqramı əsasında "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Saziş" in imzalandığını və Bakı Bəyannaməsinin qəbul edildiyini qeyd edib. Bildirib ki, 12 ölkənin dövlət və hökumət başçıları tərəfindən imzalanan saziş Bakı-Tbilisi-Qars layihəsinin siyasi əsasını təşkil edir. 2007-ci ildə isə Prezident İlham Əliyevin nüfuzu , siyasi iradəsi və Azərbaycan dövlətinin iqtisadi dəstəyi ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması üzrə Azərbaycan-Türkiyə-Gürcüstan arasında saziş imzalanıb.

BTQ dəmir yolunun perspektivlərindən danışan millət vəkili layihənin Azərbaycan üçün iqtisadi tərəflərini şərh edib. Bunun Avropa, Qafqaz və Asiya koridorunun mühüm hissəsi olduğunu vurğulayaraq, Azərbaycan, o cümlədən region ölkələri üçün iqtisadi əhəmiyyətindən danışıb. Bildirib ki, BTQ dəmir yolu hər üç ölkədə məşğulluq və kiçik ticarət baxımından böyük canlanma yaradacaq. Yüklərin marşrutlar boyunca emal edilməsi, ixrac və xidmət üçün yeni sahələrin yaranması, ölkə ixracatçılarının bu dəmir yolu vasitəsilə Avropa və Asiya bazarlarına çıxış əldə etməsi insanların rifahının daha da artmasına gətirib çıxaracaq. Bu da ölkənin ixrac siyasətinin güclənməsinə böyük təkan verəcək.

Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Millət vəkili UNEC-də BTQ layihəsinin əhəmiyyətindən danışıb
Millət vəkili UNEC-də BTQ layihəsinin əhəmiyyətindən danışıb
Millət vəkili UNEC-də BTQ layihəsinin əhəmiyyətindən danışıb
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdirErmənistan atəşkəsi 21 dəfə pozdu“Hələ heç nə bitməyib” - Qurban QurbanovAqşin Məmmədov Laçın RN Polis şöbəsində Rəis müavini vəzifəsinə təyin olunmuşdur.YENİ KOALİSİYA YARADILDI. “MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ UĞRUNDA” ADLI KOALİSİYANIN İLK İCLASI KEÇİRİLDİ.Türkiyə sosial sahədə Azərbaycanın təcrübəsini öyrənəcəkKoreya prezidenti AZƏRTAC-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüVilayət Eyvazov vətəndaşlarla bağlı göstəriş verdiMikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsinə mühüm dəyişikliklər olacaqUşaqlar bizim gələcəyimizdir“Müəllim xarici dil bilməlidir ki, yeniliklərdən xəbərdar olsun” - Nazir müavini