Dovletxeberleri.Az
» » QHT Şurası 2018-ci ilin fəaliyyət planı ilə bağlı qərarlar qəbul etdi - Toplantı

23-10-2017, 20:36QHT Şurası 2018-ci ilin fəaliyyət planı ilə bağlı qərarlar qəbul etdi - Toplantı

QHT Şurası 2018-ci ilin fəaliyyət planı ilə bağlı qərarlar qəbul etdi - Toplantı
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının oktyabrın 23-də növbəti iclası keçirilib.

Verilən məlumata görə, Şura sədri, deputat Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il üçüncü rübdəki fəaliyyət barədə hesabat, icrası başa çatmış layihələr, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili məqsədi ilə yaradılmış İşçi Qrupunun fəaliyyət istiqamətinin müəyyən olunması, Rusiya Federasiyasının İctimai Palatası arasında Əməkdaşlıq və Birgə Fəaliyyət haqqında Memorandumun imzalanması və Şuranın maliyyə yardımı ilə hazırlanan filmlərin festivalının keçirilməsi haqqında məsələni diqqətə çatdırıb.

Gündəlik yekdilliklə təsdiq olunub.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə uyğun olaraq müvafiq istiqamətlər üzrə cari ilin üçüncü rübündə həyata keçirilən işlər haqqında məlumat verib. F. Qurbanov qeyd edib ki, Şəmkir, Mingəçevir və Şirvan şəhərlərində ölkənin 33 rayonunda fəaliyyət göstərən QHT-lərin və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə "QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları" mövzusunda konfranslar keçirilib. Şuranın Qhtxeber internet saytı və "Vətəndaş Cəmiyyəti” jurnalı QHT-lərə informasiya xidmətini 2017-ci ilin üçüncü rübündə də davam etdirib.

İcraçı direktor bildirib ki, ötən rüb ərzində 5 QHT Şuranın dəstəyi ilə beynəlxalq toplantılarda iştirak edərək ölkəmizi təmsil edib. 147 QHT-nin layihəsinin icrası, həmçinin Şuranın dəstəyi ilə yaradılmış Bakı Resurs və Təlim Mərkəzinin fəaliyyəti ilə bağlı monitorinq aparılıb. Şuranın 2017-ci il qrant müsabiqəsi çərçivəsində icra olunmuş 199 QHT-nin layihəsinin başa çatması ilə əlaqədar müvafiq akt bağlanıb.

Fərasət Qurbanov 2008-2016-cı illərdə Şuranın maliyyə yardımı ilə hazırlanan filmlərin festivalının keçirilməsi məqsədi ilə görülmüş işlər və tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə yaradılmış Münsiflər Heyətinin fəaliyyəti barədə də geniş məlumat verib.

Şura üzvləri Şahin İsmayılov, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Nərgiz Xələf, Emin Həsənli, Anar Xəlilov və Rufiz Qonaqov çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı fikirlərini bildiriblər.

Şura sədri Azay Quliyev yubiley tədbirlərinin və film festivalının təşkili və bir sıra cari məsələlərin icrası ilə bağlı Şura üzvləri və Katiblik əməkdaşlarına tapşırıqlarını verib.

İclasda 2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili üçün Şura üzvləri və Katiblik əməkdaşlarından ibarət İşçi Qrupuna yeni şəxslərin üzvlüyə daxil edilməsi və fəaliyyət istiqamətləri ilə bağlı qərar qəbul olunub.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edib