Dovletxeberleri.Az
» » Sahibkarların yoxlanması 1000 dəfə azalıb - İki sahədə yoxlamalar bərpa ediləcək

23-10-2017, 09:21Sahibkarların yoxlanması 1000 dəfə azalıb - İki sahədə yoxlamalar bərpa ediləcək

Sahibkarların yoxlanması 1000 dəfə azalıb - İki sahədə yoxlamalar bərpa ediləcək
Ölkədə qeyri-neft sektorunun inkişafı və bu sahədən ixracın getdikcə artırılması üçün həyata keçirilən tədbirlər davam etdirilir. Bu arada Prezident İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ilin oktyabrında Milli Məclisdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qəbul edilən Qanunun fəaliyyət müddəti başa çatır. Qeyd olunan sənəd vergi istisna olmaqla, dövlət orqanlarının sahibkarlıq subyektlərində həyata keçirdiyi yoxlamaların 2 il müddətinə dayandırılmasını nəzərdə tuturdu.
Hazırda sözügedən qanuna dəyişiklik təklif edilir. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli məsələ ilə bağlı açıqlama verib.

Deputat bildirib ki, yoxlamaların azaldılması barəsində Prezidentin verdiyi qərar müsbət qiymətləndirilməlidir.

“Həmin qərara kimi sahibkarlıq sahəsində 60 minə qədər yoxlama aparılırdısa, bu rəqəm bir il ərzində 62-yə enmişdi. Yoxlamaların sayı təxminən min dəfəyədək azalmışdı. Bu yoxlamaların azaldılmasında sui-istifadə halları ola bilər. Amma bundan qorxmaq lazım deyil. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” yeni sənəddə dərman ləvazimatlarının və ərzaq məhsullarının təhlükəsizliyini təmin etmək üçün müəyyən istisnalar var. Dərman və ərzaq məhsulları insan həyatı üçün təhlükəli olduğundan ona görə də qanunvericilikdə bunlar istisna göstərilib. O sahədə keyfiyyət və təhlükəsizlik baxımdan davamlı yoxlamalar aparılacaq. Amma ümumilikdə sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılır”.

Ə.Məsimli deyir ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar zamanı sui-istifadə hallarına yol verilirdi.

“Hesab edirəm ki, dərman ləvazimatları və ərzaq məhsulları sahəsində davamlı yoxlamalar aparmaq lazımdır. Amma digər sahələrdə əsasız yoxlamalrı aradan qaldırmaq daha düzgün olar. Çünki sahibkar azad surətdə nəfəs almalıdır ki, normal fəaliyyət göstərsin. Bunun üçün də mane olan bütün amillər aradan qaldırılmalıdır. Bunlardan biri də yoxlamalardır. Çünki beynəlxalq təcrübədən məlumdur ki, hansı ölkədə biznesmenin vaxtı daha çox məmura sərf olunur orada biznes inkişaf etmir. Hansı ölkədə biznesmenin vaxtı məmura sərf olunmir orada biznes inkişaf edir. Biznes olmadan iqtisadiyyatı gücləndirmək, orta təbəqənin dairəsini genişləndirmək və əhalinin həyat keyfiyyətini yaxşılaşdırmaq mümkün olmur. Ona görə də biznesə geniş meydan vermək lazımdır”.

Qeyd edək ki, oktyabrın 19-da Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik müzakirə edilib. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Qarabağın Azərbaycanlı icmasının sədri Türkiyəyə gedibVüqar Kərəmovdan möhtəşəm qələbə. VideoCəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlibMüdafiə Nazirliyi cəbhədən xəbər yaydıQarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEORamiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşübŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildiRuhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaqGürcüstan müxalifəti parlamenti mühasirəyə alıb“Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılırBakıda ağır yol qəzası - ölənlər və yaralılar varMehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun!”Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdiAzərbaycan xalqının Dirçəliş GünüƏrdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?Müdafiə naziri toplantı keçirdiQızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldı