Dovletxeberleri.Az
» » Gömrük Komitəsinin səlahiyyətləri artırıldı - Ölkədən pul çıxarılması və gətirilməsi ilə bağlı dəyişiklik

12-10-2017, 07:40Gömrük Komitəsinin səlahiyyətləri artırıldı - Ölkədən pul çıxarılması və gətirilməsi ilə bağlı dəyişiklik

Gömrük Komitəsinin səlahiyyətləri artırıldı - Ölkədən pul çıxarılması və gətirilməsi ilə bağlı dəyişiklik
Dövlət Gömrük Komitəsinin valyuta sərvətlərinin Azərbaycana gətirilməsi və ya Azərbaycandan çıxarılması zamanı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində vəzifələri artırılıb.

Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması”na dəyişiklik edib.

İndiyə qədər Dövlət Gömrük Komitəsi "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununda göstərilən şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycana gətirilməsi və ya Azərbaycandan çıxarılması və ilkin çıxış məntəqəsi "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda göstərilən dövlət (ərazi) olan valyuta sərvətlərinin hər hansı şəxs tərəfindən Azərbaycana gətirilməsi və ya Azərbaycandan çıxarılması barədə məlumatları dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməli idi.

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna əsasən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilir və dərc olunur.

Eyni zamanda həmin dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatlar barədə məlumatlar maliyyə monitorinqi orqanına təqdim olunmalıdır.

Dəyişikliyə əsasən bundan sonra Dövlət Gömrük Komitəsi valyuta sərvətlərinin Azərbaycana gətirilməsi və ya Azərbaycandan çıxarılması zamanı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Prezidentin yeni sosial paketi 2 milyondan çox insanı əhatə edəcək”Pensiyaçılara ŞAD XƏBƏR: Bu tarixdən 200 manat olacaqSosial dəyərlərə çevrilən iqtisadi dəyərlər...Azay Quliyev Prezidentə təşəkkür etdiVasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdiRamiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdüMinimum aylıq əməkhaqqı artırıldı - 250 manatSumqayıt bulvarının ərazisi genişləndirilir - REPORTAJRövşən Rzayev vətəndaşları qəbul edibAzərbaycan BMT-yə hesabat verəcək - Təhsil və səhiyyə ilə bağlıDaha 687 şəhidin vərəsəsinə ödəmə veriləcəkZakir Həsənov: “Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır”Ermənistan atəşkəsə əməl etmirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibŞəhid olduğundan 9 il ötür ALLAH böyük qardaşımıza rəhmət etsn AMIN“Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla AbdullayevaLeyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDI