Dovletxeberleri.Az
» » Əsgərlər Vətənə sədaqət andı içiblər

6-08-2017, 08:04Əsgərlər Vətənə sədaqət andı içiblər

Əsgərlər Vətənə sədaqət andı içiblər
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev DTX-nin hərbi hissəsində gənc əsgərlərin Vətənə sədaqət andı içmələrinə həsr olunan təntənəli mərasimdə iştirak edib. Tədbirdə DTX-nin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları və əsgər valideynləri də iştirak ediblər. Dovletxeberleri.az xəbər verir ki, əvvəlcə general-leytenant Mədət Quliyev və mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoyublar.
Döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda mübarizədə canlarından keçmiş qəhrəman övladlarımızın unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Dövlət himni səsləndirilib.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Hərbi hissənin şəxsi heyətini andiçmə münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevin adından təbrik edən general-leytenant Mədət Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar diləyib.
Mədət Quliyev qeyd edib ki, dünyada, eləcə də regionda baş verən hadisələrə baxmayaraq, Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikası uğurla inkişaf edir, sosial-iqtisadi məsələlər öz həllini tapır, xalq-iqtidar birliyi daha da güclənir. Azərbaycan dünyada və bölgədə sabitlik məkanı kimi tanınır. Xalqımız əmin-amanlıq şəraitində yaşayır, əhalinin rifahı yüksəlir.
Qarşıda ölkəmizin ərazi bütövlüyünün bərpası kimi ən mühüm vəzifənin durduğunu qeyd edən general-leytenant Mədət Quliyev bu məsələdə hər bir Azərbaycan vətəndaşının, o cümlədən Azərbaycan əsgərinin üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etməyə borclu olduğunu diqqətə çatdırıb.
Sonra DTX-nin hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçiblər.
Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev əsgər valideynləri ilə görüşüb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
ABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDIMilli Məclisdə beynəlxalq konfrans – 7 saat davam edəcəkAvropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdıTəhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDIAğ Evin mətbuat katibi vəzifəsindən gedirSumqayıtda Muğam Mərkəzinin tikintisi sürətlə aparılırBu gün 81 minə yaxın şagird üçün “son zəng” çalınacaqBirinci vitse-prezident 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış oldu - FOTOLaçınlı tibb işçiləri öz peşə bayramlarını qeyd etdilərQida Təhlükəsizliyi Agentliyinin işçiləri təltif edildi - SƏRƏNCAMHeydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikibSevinc Fətəliyeva: Qazanılan bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanırAzərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı"O yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmlərində baxılacaq"Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edildiAzərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Aga-Əli Əhmədov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində vətəndaşları qəbul etmişdir."ASAN-Xidmət", komitə, məhkəmələr... - Bu qurumlarda 103 vakant vəzifə varMilli Məclisdə bu gün növbədənkənar iclas - Gündəlikdə 36 məsələ var - SİYAHIDiasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti LatviyadaXatirə Fərəclinin şeri Türkiyə mətbuatındaElmar Məmmədyarov ATƏT PA-nın prezidenti ilə görüşdüBaş katib İlham Əliyevin qəbulunda