Dovletxeberleri.Az
» » İlham Əliyev 23 fərman imzaladı

21-07-2017, 21:25İlham Əliyev 23 fərman imzaladı

[medium=left]http://dovletxeberleri.az/uploads/posts/2017-07/1500657830_ilham-serencam.jpg[/mediumPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Dovletxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1540; 2016, № 5, maddə 859) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndin birinci cümləsində “Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən” sözləri “Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, ölkə üzrə elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, elmi-texniki fəaliyyət sahəsində Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil edən” sözləri ilə əvəz edilsin.

2. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.5. Akademiya öz tərkibinə seçilən üzvlərini (həqiqi, müxbir, fəxri, xarici üzvləri və fəxri doktorları), tabeliyində olan elmi müəssisə və təşkilatlarda çalışan elmi işçiləri, mütəxəssisləri, elmi xidmət və sosial xidmət sahəsi işçilərini birləşdirir.”.

3. 2.2.1-ci yarımbənddən “elmi fəaliyyəti təşkil və elmin inkişafını təmin etmək, elmin müxtəlif sahələri üzrə elmi-tədqiqat işlərini aparmaq və” sözləri çıxarılsın.

4. 2.2.2-ci və 2.2.3-cü yarımbəndlər ləğv edilsin.

5. 3.0.4-cü yarımbəndə “fundamental” sözündən sonra “, eksperimental” sözü əlavə edilsin.

6. 3.0.18-ci yarımbənddə “ali təhsil müəssisələrinin, dövlət və özəl qurumların tərkibində fəaliyyət göstərən elmi müəssisələrlə” sözləri “elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, təsis sənədlərində elmi fəaliyyət nəzərdə tutulan ictimai birliklər və digər hüquqi şəxslərlə” sözləri ilə əvəz edilsin.

7. 4.0.3-cü yarımbəndə “elmi müəssisələr” sözlərindən sonra “və təşkilatlar” sözləri əlavə edilsin.

8. 4.0.14-cü yarımbəndə “fundamental” sözündən sonra “, eksperimental” sözü əlavə edilsin və həmin yarımbənddən “Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Şurası,” sözləri çıxarılsın.

9. 4.0.23-cü yarımbəndə “digər elmi” sözlərindən sonra “müəssisə və” sözləri əlavə edilsin.

10. 6.1-ci bəndə “müəssisələr” sözündən sonra “və təşkilatlar” sözləri əlavə edilsin.

11. 7.9.9-cu yarımbəndə “fundamental” sözündən sonra “, eksperimental” sözü əlavə edilsin.

12. 8.19.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.19.3. Akademiyanın elmi müəssisə və təşkilatlarının, ali təhsil müəssisələrinin və digər elmi müəssisə və təşkilatların elmi-tədqiqat fəaliyyətini əlaqələndirir və istiqamətləndirir.”.

13. 10.6-cı bəndin birinci cümləsində “elmi müəssisələrinin və” sözləri “elmi müəssisə və təşkilatlarının,” sözləri ilə əvəz edilsin.

14. 10.7.1-ci yarımbəndə “fundamental” sözündən sonra “, innovasiya xarakterli” sözləri əlavə edilsin.

15. 11.5-ci bənddə “strukturuna daxil” sözləri “tabeliyində” sözü ilə əvəz edilsin.

16. 11.6-cı, 11.11-ci bəndin ikinci cümlələrinə və 11.12-ci bəndə ismin müvafiq hallarında “elmi müəssisələr” sözlərindən sonra ismin müvafiq hallarında “və təşkilatlar” sözləri əlavə edilsin.

17. 12.3-cü bənddə “konstruktor və layihə büroları, elmi təcrübə və elmi cihazqayırma” sözləri “təcrübi-konstruktor, layihə-konstruktor, təcrübi-istehsal, layihə-texnoloji” sözləri ilə əvəz edilsin.

18. 13.6-cı bəndə “müsabiqələrdə” sözündən əvvəl “qrant layihələrində və” sözləri əlavə edilsin.

19. 14.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“14.4. Akademiya dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar, ianələr və “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, innovasiya, sahibkarlıq və digər fəaliyyət sahələrindən daxilolmalar hesabına maliyyələşdirilir.”.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585; 2016, № 7, maddə 1250, № 11, maddə 1803; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 may tarixli 1385 nömrəli və 16 may tarixli 1398 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci, 7.3-cü bəndlərə və 2.1.4-cü, 3.2.8-ci yarımbəndlərə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.

2. 3.1.13-cü yarımbənddə “Azərbaycan Respublikasının Qanununa” sözləri “və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin.

3. 6.9-cu bəndə “mütəxəssis” sözündən sonra “, elmi” sözü əlavə edilsin.

4. 6.22-ci bənddə “formada dövlət nümunəli sənəd (diplom)” sözləri “formalı dövlət sənədi - diplom” sözləri ilə əvəz edilsin.

5. 7.5.1-ci yarımbənddə “və tətbiqi-nəzəri” sözləri “, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi” sözləri ilə əvəz edilsin.

6. 8.10-cu bənddə “elmi və elmi-pedaqoji” sözləri “xüsusi elmi” sözləri ilə əvəz edilsin.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ni “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 381; 2016, № 11, maddə 1803; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 may tarixli 1385 nömrəli və 16 may tarixli 1398 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci, 6.8-ci bəndlərə, 3.1.8-ci və 6.10.1-ci yarımbəndlərə “fundamental” sözündən sonra “, nəzəri-metodoloji, pedaqoji-metodiki” sözləri əlavə edilsin.

2. 3.2.9-cu yarımbənddə və 4.9-cu bənddə “Azərbaycan Respublikasının Qanununa” sözləri “və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına” sözləri ilə əvəz edilsin.

3. 4.11-ci bəndin dördüncü cümləsində “elmi əməkdaşlardan” sözləri “elmi işçilərdən” sözləri ilə əvəz edilsin.

4. 4.15.6-cı yarımbənddə “(professor və dosent) və” sözləri “adların verilməsi ilə bağlı vəsatətlər verir,” sözləri ilə əvəz edilsin.

5. 7.32-ci bənddə “formada dövlət nümunəli sənəd - diplom” sözləri “formalı dövlət sənədi - diplom” sözləri ilə əvəz edilsin.

***

Prezidentin imzaladığı digər fərmanlar aşağıdakı kimidir:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 avqust tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında;

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında;

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında;

20:31

Fərmanlar:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında;

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nda dəyişikliklər edilməsi haqqında;

“Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 836 nömrəli Fərmanının ləğv edilməsi barədə;

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə;

“Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə;

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında;

“Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə;

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 978 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında;

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında;

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında;

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə;

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında;

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında;

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında;

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında;

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında;

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında;
DOVLETXEBERLERİ.AZ
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə“İtirilmiş torpaqlarımız...” silsiləsindən 2-ci HEKAYƏTAzərbaycanda “Əxlaq polisi” yaradılır? - AÇIQLAMAQanun və NəzarətLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü ərazisindəki Alxaslı obasında məcburi köçkünlərlə görüşmüşdürLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiQarabağ həqiqətlərini dünyaya tanıdan Azərbaycan GƏNCLİYİDiaqnostik qiymətləndirilmədən keçən müəllimlərin yeni aylıq vəzifə maaşları - CƏDVƏLBu şəxslər şəhid hesab ediləcəkƏli Əhmədov Ağcabədi Olimpiya İdman KompleksindəYeni Azərbaycan Partiyasının gəncləri ilə görüş kecirdAnkara və İstanbulun bələdiyyə sədrləri dəyişdirilir? – Nazirdən AÇIQLAMAErmənilər cəbhədə təxribatlara davam edirSəfər Mehdiyev özünü öldürmək istəyən sahibkara nə deyib? - 16 gömrükçü işdən azad edilibZakir Fərəcov Çinə işgüzar səfərə gedirAzərbaycan yığması Slovakiyaya qalib gəldiLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Ağcabədi rayonunda keçirilmişdir.Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə yenidən GÖRÜŞƏCƏKƏli Həsənov Türkiyə PA-nın nümayəndəsi ilə görüşdüABŞ dövlət katibinin köməkçisi Qafqaza gəlirİlham Əliyev BP-nin Direktorlar Şurasının sədrini qəbul edib - YENİLƏNİBBakıdakı Patruşev-Usubov danışıqlarının təfərrüatları“İşğal olunan torpaqlarımız Azərbaycanın nəzarəti altına qayıdacaq” - Leyla AbdullayevaAzərbaycan və İranın Ukraynadakı səfirləri görüşdüDeputatlar ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun konfransına gedirlər