Dovletxeberleri.Az
» » Hansı deputatlar qanun layihəsi hazırlayıblar... - II YAZI

20-07-2017, 17:43Hansı deputatlar qanun layihəsi hazırlayıblar... - II YAZI

Hansı deputatlar qanun layihəsi hazırlayıblar... - II YAZI  Milli Məclisin deputatlarının vəzifələrindən biri də qanun layihəsi hazırlamaqdır.
Maraqlıdır, hansı deputatlar fəaliyyət dövründə qanunvericilik təşəbbüsü ilə çıxış edib, fərdi şəkildə qanun layihələri hazırlayıblar?

Modern.az saytının əməkdaşı bu sualla bəzi deputatlara müraciət edib.

MilliMəclisin İqtisadisiyasət, sənayevə sahibkarlıqkomitəsinin üzvü Əli Məsimli deyib ki, həmkarı Vahid Əhmədovla birikdə “Reklam haqqında” qanunu hazırlayıb.

“Həmçinin, bir sıra qanun layihələrinə əlavələr, dəyişikliklərlə bağlı təkliflər irəli sürmüşəm. Yaxud parlamentdə müzakirələr zamanı müxtəlif qanun layihələrinin dəyişdirilməsi və ya onlara əlavə, yeniliklərin gətirilməsi istiqamətində təkliflərim olub. Bizim fəaliyyətimizi bir qədər yaxından izləyənlər bilirlər ki, parlamentdə fəal şəkildə milli mənafelərə dayanan, dövlət quruculuğumuzun tələbləri ilə uzlaşan təklifləri gündəmə gətirənlərdən biriyəm. Mənim iqtisadi qanunvericiliklə bağlı irəli sürülən təşəbbüslərin bir çoxunda imzam, iştirakım var. Yaxud bir neçə deputat bu məsələlər ətrafında öz təşəbbüslərimizi göstərmişik. Hüquq yaratmaq sənəti kollektiv zəhmət tələb edir”.

Elm və təhsil komitəsinin üzvü Asim Mollazadənin müəllifi olduğu qanun layihəsi yoxdur.

“Amma mən istər komitə, istərsə də plenar iclaslarda müxtəlif qanun layihələrinin müzakirəsi zamanı iştirak etmişəm və təkliflər irəli sürmüşəm. Onu da deyim ki, mənim təkliflərimin çoxu da deputatlarımız tərəfindən yaxşı qarşılanıb. Hətta bir neçə qanunlara əlavə də edilib. Həmçinin, parlamentin iclaslarının çoxunda müzakirələrdə fəal iştirak etmişəm. “Təhsil haqqında”, “Elm haqqında” və bir çox qanunlarla bağlı xeyli sayda təkliflərim olub. Düzünü desəm, müəllifi olduğum qanun layihəsi isə yoxdur”.


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Elmira Axundova deputatlıq fəaliyyəti dövründə 1 qanun layihəsi hazırlayıb.

“Bu “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanun layihəsidir. Bildiyiniz kimi, mən hər zaman cəmiyyətimiz və dövlətimiz üçün maraqlı olan qanun layihələrinə düzəlişlərin, əlavələrin edilməsinə görə hər zaman iclaslarda çıxış etmişəm. Həmçinin, 4-5 qanuna əsaslı dəyişikliklərin edilməsində mənim çox böyük rolum var. Hər zaman da bu istiqamətdə yeni-yeni işlərin görülməsinin tərəftarıyam. İnanıram ki, parlamentdə dövlət quruculuğu, insanlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülür”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, həmkarı Əli Məsimli ilə birikdə “Reklam haqqında” qanunu hazırlayıb.
“Həmçinin, hər zaman istər komitə, istərsə də plenar iclaslarda müxtəlif qanun layihələrinin müzakirəsi zamanı aktiv iştirak etmişəm və təkliflər irəli sürmüşəm. Təkliflərimin çoxu da həmkarlarım tərəfindən yaxşı qarşılanıb. Hətta mənim təklifimlə bir neçə qanunlara əlavə də edilib”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Prezidentin yeni sosial paketi 2 milyondan çox insanı əhatə edəcək”Pensiyaçılara ŞAD XƏBƏR: Bu tarixdən 200 manat olacaqSosial dəyərlərə çevrilən iqtisadi dəyərlər...Azay Quliyev Prezidentə təşəkkür etdiVasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdiRamiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdüMinimum aylıq əməkhaqqı artırıldı - 250 manatSumqayıt bulvarının ərazisi genişləndirilir - REPORTAJRövşən Rzayev vətəndaşları qəbul edibAzərbaycan BMT-yə hesabat verəcək - Təhsil və səhiyyə ilə bağlıDaha 687 şəhidin vərəsəsinə ödəmə veriləcəkZakir Həsənov: “Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır”Ermənistan atəşkəsə əməl etmirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibŞəhid olduğundan 9 il ötür ALLAH böyük qardaşımıza rəhmət etsn AMIN“Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla AbdullayevaLeyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDI