Dovletxeberleri.Az
» » Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

25-05-2017, 20:27Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi


Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında

11.07.2016
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

QƏRAR



Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" 2016-cı il 17 mart tarixli 1911 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə və "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi" təsdiq edilsin (2 nömrəli əlavə).

3. "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələr" təsdiq edilsin (3 nömrəli əlavə).

4. Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli 106 nömrəli qərarına 1 nömrəli əlavə - "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nin 18-ci dərəcəsinə uyğun olaraq 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat müəyyən edilsin.

5. Bu qərar 2016-cı il 1 aprel tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1 nömrəli əlavə

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi
Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmişdir.

2 nömrəli əlavə

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi
Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarı ilə təsdiq edilmişdir.

3 nömrəli əlavə


Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələr
Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

*Ümumi təhsil müəssisələrində bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlər iki və daha çox müəllim tərəfindən aparıldıqda, əlavənin məbləği iş həcmindən asılı olaraq onlar arasında bölünür.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
XİN: “Baş vermiş hadisə xalqların sülhə hazırlanması ilə bağlı çağırışa tam ziddir”Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş ProkurorluqKreditlərlə bağlı yeni rəsmi MƏLUMATFövzi Tahirov:Ağcabədi RMX- nın baş həkiminin məsləhətləriBaş nazir qoruqlarla bağlı yeni qaydaları təsdiqlədiBiləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırırNovruz Məmmədov Səudiyyəli nazirlə görüşübGömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürübAzərbaycan Xalça Muzeyi “Milliləşdirildi”Türkiyədə 5 min 778 terrorçu məhv edilibQorxulu xəstəlik 450 can aldıƏli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edibTəhsil naziri nümunəvi tədris planını təsdiqlədiMüəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstəribHacı Zeynalabdin Tağıyev haqqında film ABŞ-da uğur qazandı.Türkiyə üç şəhid verdiŞəki Xan sarayı bağlandıAzərbaycan məktəblisi İsraildə bürünc medal qazandıHeydər Əliyev prospektində MAŞIN AŞDI - FOTOLARPrezident Şəkidəki qəzanı nəzarətə götürdüBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan “Şəki bəyanatı”Vilayət Eyvazovdan yeni təyinatVergilər Nazirliyinə yeni səlahiyyətlər verilib“Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı nəşr edildi - FOTOTəhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə MÜRACİƏT ETDİMilli Məclisin deputatları Türkiyəyə gedirMəşğulluq xidməti işlə təmin etdiyi şəxslərin sayını açıqladıGoranboyda silahlı insident - 1 ölü, 2 yaralıBakıda 12 yaşlı oğlan itkin düşdüIV çağırış Milli Məclisin deputatları kimlər olub? - SİYAHITəhsil naziri əmr verdi - Növbəti tədris ilinin başlama və qurtarma tarixləri AÇIQLANDIFransa-Qafqaz Dostluq qrupu Azərbaycana səfər edəcəkMüstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridirAMEA-da direktor vəzifəsini tutmaq üçün 17 nəfər namizədliyini verib“Heydər Əliyev - Dövlətçilik ənənəsi” mövzusunda Laçın Rayon İcra Hakimiyyəti və YAP Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.Goranboyda yeni yol çəkilirAzərbaycanın Müdafiə Nazirliyindən ABŞ konqresmeninə sərt CAVABDirektor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müsabiqəyə start verilirAzərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyətQanunun qüvvəyə minmə tarixi 2022-yə uzadıldı100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJMənim qəhrəmanım - Şəhid komandir Raquf Orucovun xanımı YAZIRManat-dollar məzənnəsində yenilik olacaq?AvroLiqada 1-ci təsnifat mərhələsi - Bütün NƏTİCƏLƏRMilli Məclis sonuncu iclasa toplaşırBMT yeni qarşıdurmanın anonsunu verdiTatarıstan Prezidenti Azərbaycana gəlirUlu Öndərimiz Azərbaycan naminə, bütöv, müstəqil Azərbaycan və azərbaycançılıq uğrunda çalışıb, mübarizə aparıb və qalib gəlibBu gün Azərbaycan deyərkən Heydər Əliyev, Heydər Əliyev deyərkən Azərbaycan düşünürük.Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir