Dovletxeberleri.Az
» » Mətbuat Şurası reket saytlarla bağlı araşdırmalara başladı

8-05-2017, 20:57Mətbuat Şurası reket saytlarla bağlı araşdırmalara başladı

Mətbuat Şurası reket saytlarla bağlı araşdırmalara başladı
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

****

Bakı Biznes Universitetinin «Xalqxeber.az» saytı ilə bağlı şikayətinin müzakirəsi zamanı məlum olub ki, ali təhsil ocağının narazılığını doğuran motiv cavabdehin daha əvvəl onun barəsində çıxarılan qərarı yerinə yetirməməsidir. Belə ki, «Xalqxeber.az» BBU barədə materiala görə təkzib verməli olduğu halda məsələyə önəmsiz yanaşıb. Saytın rəhbərliyi Şuranın Şikayətlər üzrə Komissiyasının iclası ilə bağlı məlumatlandırılsa da, toplantıda da iştirak etməyib, habelə şikayətçinin haqlı tələbinin yerinə yetiriləcəyinə dair hər hansı şifahi arayış verməyib. Komissiya bütün bunları nəzərə alaraq «Xalqxeber.az» saytı ilə əlaqədar məsələnin Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında araşdırılması barədə rəyə gəlib.

***

Milli Məclisin deputatı Nəriman Əliyevin «Nuh.az», «Bizimxeber.az», «Teref.info», «Arqument.az» və digər 6 sayta qarşı müraciətinin müzakirəsində adları qeyd edilən ilk iki saytın təmsilçiləri cavabdeh qismində iştirak ediblər. Məsələ ilə əlaqədar bildirilib ki, hər bir kütləvi informasiya vasitəsi haqqında bəhs etdiyi şəxsin mövqeyinin öyrənilməsinə maraq göstərməlidir. Materiallarda mövcud tələb gözlənilməyib. Bu isə «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın müvafiq prinsiplərinin pozulması deməkdir. Şikayətlər üzrə Komissiyasının tövsiyəsi budur ki, mövcud yanlışlıq aradan qaldırılsın. Komissiya üzvləri onu da bildiriblər ki, şikayətçi tərəf Milli Məclisin deputatı kimi mühüm status daşıyır. Buna görə də barəsində yayılmış material həqiqətdən uzaqdırsa, dərhal bəyanat verməli, məsələ barədə cəmiyyəti doğru məlumatlandırmalıdır ki, müxtəlif informasiya vasitələri yanlışlığı təkrarlamasınlar. İndiki halda məsələyə önəm verilməməsi eyni məzmunlu materialın müxtəlif informasiya resurslarında yer almasını şərtləndirib.

***

Bakı şəhəri Nərimanov rayonunun sakini İlahə Nəbiyevanın «Primetime.az» saytına qarşı müraciətinin müzakirəsi zamanı bildirilib ki, ictimai həyatla şəxsi həyat anlayışları bir-birindən fərqlənir. Hətta ictimai status daşıyan şəxslərin də şəxsi həyatı ola bilər ki, hər bir kütləvi informasiya vasitəsi bunu mütləq qaydada nəzərə almalıdır. Şikayətçi İ.Nəbiyev hazırda fəaliyyəti dayandırılmış ANS telekanalında uzun müddət müxtəlif uşaq verilişlərinin aparıcısı olub. Bu mənada onun həyatı KİV üçün maraqlı olsa da, qabardılan məqamın ictimai yükü şəxsi həyatdan irəli gələn məişət məsələlərinə söykənir. Buna görə də İ.Nəbiyevanın onun şəxsi həyatı barədə hər hansı KİV-in material yayımlamaması tələbi haqlıdır. Şikayətçinin mövqeyini haqlı edən daha bir xüsusiyyət odur ki, «Primetime.az» saytı konkret şəxs barədə digər şəxsin fikirlərini açıqlayarkən təqdimat qarşı tərəfin mövqeyinə aydınlıq gətirilmədən həyata keçirilib. Komissiya bütün bunları nəzərə alaraq rəyə gəlib ki, «Primetime.az»a şikayətçi İ.Nəbiyeva barədə yayımlanmış materialı saytdan çıxarmaq tövsiyə olunmalıdır. İclasda iştirak edən sayt təmsilçisi bunu qəbul edib. Toplantıda həmçinin bildirilib ki, kütləvi informasiya vasitələri haqqında ölkə qanunvericiliyinin tələbləri əsas götürülməlidir. Yəni istinad nöqtəsi «Primite.az» saytı narazılıq doğuran materialı dövriyədən çıxarmaq barədə öhdəlik götürürsə, şikayətçi İ.Nəbiyeva barədə yayımlanmış oxşar məzmunlu materiallar «qafqazinfo.az», «milli.az», «showxeber.az», «emtv.az», «milliyol.az», «medianews.az» saytlarında da yer almamalıdır. Sözügedən saytlara həm qanunvericilikdən, həm də peşə prinsiplərindən irəli gələn bu tələbi yerinə yetirmək tövsiyə olunur.

***
«Xəzər Lənkəran» futbol klubunun «Futbol+» qəzeti ilə bağlı şikayətinin müzakirəsi zamanı aydınlaşdırılıb ki, qəzetlə klub rəhbərliyi arasındakı narazılıq müxtəlif illərdə mövcud olmuş qarşılıqlı münasibətlərdən qaynaqlanır. Mövcud xüsusda konkret olaraq kommersiya maraqları ön plana gəlir. Bu mübahisələrin aydınlaşdırılması üçün digər hüquqi prosedurlar var. Ancaq hətta haqlı olsa belə heç bir KİV kommersiya marağının ödənilməməsini qarşı tərəf barədə tənqidi material dərc etmək üçün əsas kimi istifadə etməməlidir. «Futbol+» qəzeti rəhbərliyinə bu xüsusda tövsiyə verilib.

***
İclasda müzakirə edilən növbəti məsələ Azərbaycanın Ukraynadakı Səfirliyinin «Olke.az», «Bakıpost.az», «Moderator.az» saytlarına qarşı müraciəti olub. Sözügedən saytların təmsilçiləri ümumən məsələnin həssaslığı ilə bağlı fikirlərini səsləndiriblər. Onlar əlavə ediblər ki, narazılıq doğuran mövzuya müraciət heç bir qərəzdən qaynaqlanmır, yalnız əsl həqiqətlərin üzə çıxarılması məramına söykənir. Komissiya üzvləri müzakirələrdən sonra bunu məqbul qiymətləndiriblər. Eyni zamanda rəyə gəlinib ki, hər bir KİV hər hansı tənqidi material yayımlayarkən tənqid hədəfi kimi götürülən şəxsin mövqeyinin məhz həmin materialda öyrənilməsinə çalışmalıdır. Bu, peşəkarlığın ən mühüm şərtidir.

***
Cəbrayıl rayon təhsil şöbəsinin müdiri Validə Həsənovanın «Dəryaz» qəzetinə qarşı müraciətinin müzakirəsi zamanı vurğulanıb ki, materialda qeyd edilən məsələlər ciddi araşdırma tələb etdiyindən bununla əlaqədar Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında müzakirələr aparılmalıdır.

***

Eyni qərar Suraxanı rayon Hövsan qəsəbəsi 163 saylı uşaq bağçasının müdiri Pakizə Mahmudovanın «Ədalət tribunası» qəzetinə qarşı şikayəti ilə bağlı da verilib.

***
Neftçala rayon sakini Vurğun Şirəliyevin «Neytral» İnformasiya agentliyi (nia.az) ilə bağlı şikayətinin müzakirəsi gedişində aydınlaşdırılıb ki, sözügedən saytın narazılıq doğuran materialda tənqid hədəfi kimi seçdiyi şəxslərə münasibətdə ortaya qoyduğu mövqe yolverilməzdir. Konkret olaraq qarşı tərəfin fikrinə aydınlıq gətirilməməsi, rəsmi təsdiqini tapmayan, sırf mülahizələrə əsaslanan fikirlərin gündəmə gətirilməsi peşə prinsiplərinin pozulmasıdır. «Neytral» İA-ya şikayətə səbəb olan materialı saytdan çıxarmaq, təkzib, yaxud qarşı tərəfin mövqeyinə aydınlıq gətirən yazı yayımlamaq tövsiyə olunub.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxunduDaha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcəkBu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHIAzərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏRBu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...“Relaks” istirahət mərkəzindəki dava ilə bağlı rəsmi MƏLUMAT - Deputatın oğlu və qohumları həbs olunduGələn il vahid məktəbli formalarında yenilik olacaqAzərbaycanda 250 ailə üçün meyvə bağları salınırTəhsil şöbəsinin müdiri işdən çıxarılıbİş axtaran 3728 müəllim üçün müsahibə mərhələsi başlayırQənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBU