Dovletxeberleri.Az
» » Açıq Hökumət Platformasına yeni üzvlər qəbul edilib

2-05-2017, 21:48Açıq Hökumət Platformasına yeni üzvlər qəbul edilib

Açıq Hökumət Platformasına yeni üzvlər qəbul edilib

Azərbaycanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının növbəti toplantısı keçirilib. Dovletxeberleri.az xəbər verir ki, toplantıda öncə Platformanın koordinatoru Əliməmməd Nuriyev görülmüş işlər barədə məlumat verib.
Ə.Nuriyev qeyd edib ki, son bir ay ərzində Platforma İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" mövzusunda konfrans keçirib. Konfransda strateji yol xəritələrinin icrası, monitorinqi məsələlərində vətəndaş cəmiyyətinin baxışı, təklifləri səslənib: "Bu görüş yeni əməkdaşlıq modelinin qurulması üçün başlanğıc kimi qiymətləndirilməlidir. Çünki bu sənəd çərçivəsində islahat proseslərinə dəstək vacibdir. Strateji yol xəritələri ilə bağlı birgə tədbilər davam etdiriləcək. Bu müzakirələr peşəkar xarakter daşıyacaq və konkret mövzularla həsr olunacaq”.
Ə.Nuriyev Platforamnın növbəti görüşünün Vergilər Nazirliyinin rəhbərliyi ilə keçiriləcəyini və tədbirin təşkili üçün müvafiq hazırlıqlar görüldüyü barədə məlumat verib.
Platforma koordinatoru qeyd edib ki, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə üzvlərin təklifləri ümumiləşdirilib və bir daha müvafiq dövlət qurumlarına təqdim edilib.
May ayının ikinci yarısında Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının İdarə Heyəti üzvlərinin Bakıya səfər edəcəyini xatırladan Ə.Nuriyev Platforma üzvləri ilə də görüş keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Platforma üzvlərinin QHT-lərin banklarla yaranmış problemlərin müzakirəsi və həllində fəal iştirak etdiyini vurğulayan Ə.Nuriyev vətəndaş cəmiyyətini narahat edən məsələlərlə bağlı təşəbbüslərin davam edəcəyini diqqətə çatdırıb.
O, yaxın vaxtlarda Platformanın buklet və büroşurunun çap olunacağını, eyni zamanda elektron bülletenlərin hazırlanacağı barədə məlumat verib.
Koordinatorun çıxışından sonra gündəliyə uyğun olaraq Platformanın Əsasnaməsinə üzvlərin təklif etdiyi əlavə və dəyişikliklərlə bağlı “Hüquq və İnkişaf” İB-nin sədri Hafiz Həsənov məlumat verib. Platformanın Əsasnaməsinə əlavə və dəyişikliklər müzakirə edilərək qəbul olunub.
Toplantıda Platformaya üzvlüklə bağlı müraciətlərə baxılıb. “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, “Gənc Vətəndaş” Maarifləndirmə İB, "Bələdiyyələrin İnkişafına Yardım” İB Platformaya üzv qəbul olunub.
Yeni üzvləri təbrik edən Ə.Nuriyev qeyd edib ki, Platformaya üzvlük açıqdır: “Bu təşəbbüsü dəstəkləyən vətəndaş cəmiyyəti təşkilatları, parlament və hökumət nümayəndələri Platformaya üzv ola bilər”.
Platformada vətəndaş cəmiyyətinin fəaliyyətinin müxətlif aspektəri ilə bağlı müzakirələr aparılıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov vətəndaş cəmiyyəti təşkilatlarını narahat edən məsələlərin həlli bağlı görülən işlər barədə məlumat verib. Platforma üzvləri Rəna Səfərəliyeva, Novella Cəfəroğlu, Əhməd Abbasbəyli, İsrail İsgəndərov, Qadir İbrahimli və digərləri təkliflər səsləndiriblər.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Qəlbi Azərbaycanla döyünən Türkiyəli şair Fesih AliooğluErmənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparırOrdumuzun bir hərbçisi həlak oldu“Milana” hospitalının sahibəsi Çexiyada 3 rəngli Azərbaycan bayrağını asdırmağa nail olduPrezidentdən Xələf Xələfovla bağlı daha bir SƏRƏNCAM“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.