Dovletxeberleri.Az
» » Avropa Şurasının gələcəyi sual altındadır - Seyidov

25-04-2017, 20:14Avropa Şurasının gələcəyi sual altındadır - Seyidov

Avropa Şurasının gələcəyi sual altındadır - Seyidovə
Bu gün AŞPA Türkiyənin Avropa Şurasındakı əhəmiyyətini, rolunu, çəkisini axıra kimi dərk etmədi. Təəssüf ki, Türkiyəyə qarşı işləyən qüvvələr bu gün Türkiyə-Avropa əlaqələrinə ciddi zərbə vurdular.

Bu sözləri açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. AŞPA-nın Türkiyəni yenidən monitorinqə cəlb etmək barədə qərarına münasibət bildirən S. Seyidovun sözlərinə görə, Türkiyə bütün tənqidi məqamların üzərində düşünməyə və konstruktiv münasibətlər formalaşdırmağa hazır olduğunu bəyan etmişdi: “Lakin AŞPA Türkiyəni postmonitorinqdən monitorinq prosesi altına yenidən saldığına görə bu qurumun Türkiyə ilə bağlı verdiyi bütün bəyanatlar faktiki, qeyri-səmimi bəyanatlar kimi qiymətləndirilə bilər. Çünki bir tərəfdən Türkiyə dialoqun aparılmasına hazır olduğunu bildirir, o biri tərəfdən isə AŞPA bu dialoqun, konstruktiv əməkdaşlığın əvəzinə, Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. Bu da o deməkdir ki, assambleyada sanksiyalar tətbiq etmək daha üstün kateqoriya kimi götürülür, nəinki əməkdaşlıq və dialoqun aparılması. Ən maraqlısı ondan ibarətdir ki, sanksiyalar nədənsə məhz sanksiyalara layiq olan ölkələrə yox, Türkiyə, Azərbaycan və yaxud Rusiya kimi ölkələrə qarşı tətbiq edilməklə, təşkilatın özünün gələcək müqəddəratını sual altında qoyur”.

S. Seyidovun sözlərinə görə, bunlar az deyilmiş kimi, AŞPA-nın bu sessiyası böyük qalmaqalla başlayıb: “Bu da AŞPA sədri Pedro Aqramuntla bağlıdır. Çox təəssüf ki, biz qanunun aliliyini müdafiə etməyə çağırış edən bir təşkilatın öz divarları arasında qanunun aliliyini demək olar ki, kobud şəkildə pozulmasının şahidinə çevrildik. Çünki birinci gün faktiki qeyri-qanuni üsullarla, proseduru nəzərə almadan AŞPA-nın sədrini vəzifədən çıxarmaq istəyirdilər. Bu, alınmadı, ancaq destruktiv qüvvələr həm Avropa Şurasına, həm də AŞPA sədrinə böyük zərbə vurdular. Bu zərbə birincisi, bizim bu təşkilata inamımızı sındırdı, azaltdı. Biz başa düşdük ki, bu təşkilat nəinki öz dəyərləri müdafiə etmək iqtidarında deyil, əksinə, onları pozmağa hazırdır. Nəhayət, təşkilatda bu gün dialoq, əməkdaşlıq, qarşılıqlı anlaşma və bu kimi fikirlərin yerinə konfrontasiya, xüsusi yanaşma və qeyri-obyektivlik gündəmə gəlir. Ona görə də, bu sessiyanı ümumi şəkildə xarakterizə etsək, iki mühüm xüsusiyyətini qeyd etməliyəm. Birincisi, bütün bu baş verənlərə baxmayaraq, Azərbaycan nümayəndə heyəti öz işini davam etdirir, Dağlıq Qarabağ, işğal edilmiş ərazilərimiz, qaçqın və məcburi köçkünlər məsələlərini daima gündəmdə saxlayır. İkincisi isə, burada uzun illər cücərən, formalaşan, özünü hər yerdə büruzə verən ikili standartlar yanaşması artıq partladı. Dialoq tərəfdarlarını işdən çıxartmaq və vəzifədən məhrum etmək, onlara qarşı sanksiyalar tətbiq etməklə yanaşı, ölkələrə qarşı nifrət hissi, qəbuledilməz yanaşmalar gündəmə gəldi. Ümumi şəkildə isə, əsas nəticə budur ki, bu təşkilatın gələcəyi sual altındadır”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
ABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDIMilli Məclisdə beynəlxalq konfrans – 7 saat davam edəcəkAvropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdıTəhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDIAğ Evin mətbuat katibi vəzifəsindən gedirSumqayıtda Muğam Mərkəzinin tikintisi sürətlə aparılırBu gün 81 minə yaxın şagird üçün “son zəng” çalınacaqBirinci vitse-prezident 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış oldu - FOTOLaçınlı tibb işçiləri öz peşə bayramlarını qeyd etdilərQida Təhlükəsizliyi Agentliyinin işçiləri təltif edildi - SƏRƏNCAMHeydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikibSevinc Fətəliyeva: Qazanılan bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanırAzərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı"O yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmlərində baxılacaq"Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edildiAzərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Aga-Əli Əhmədov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində vətəndaşları qəbul etmişdir."ASAN-Xidmət", komitə, məhkəmələr... - Bu qurumlarda 103 vakant vəzifə varMilli Məclisdə bu gün növbədənkənar iclas - Gündəlikdə 36 məsələ var - SİYAHIDiasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti LatviyadaXatirə Fərəclinin şeri Türkiyə mətbuatındaElmar Məmmədyarov ATƏT PA-nın prezidenti ilə görüşdüBaş katib İlham Əliyevin qəbulunda