Dovletxeberleri.Az
» » İlham Əliyev forum iştirakçılarına səsləndi - Məktub

17-04-2017, 19:58İlham Əliyev forum iştirakçılarına səsləndi - Məktub

İlham Əliyev forum iştirakçılarına səsləndi - Məktub
Prezident İlham Əliyev Qafqazşünasların Birinci Beynəlxalq Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

EnSonxeberlerTv.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli Forum iştirakçıları!

Sizi ölkəmizin paytaxtı Bakı şəhərində Qafqazşünasların Birinci Beynəlxalq Forumunun öz işinə başlaması münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə gələcək elmi fəaliyyətinizdə uğurlar arzulayıram.

Qafqaz qədim sivilizasiya mərkəzi kimi əsrlərdən bəri müxtəlif xalqların qaynayıb qarışdığı və bir-birinin adət-ənənələrinə qarşılıqlı ehtiram göstərərək əmin-amanlıq şəraitində yaşadığı unikal məkan olmuşdur. Tarixi İpək Yolu üzərində yerləşən və hələ erkən dövrlərdən qüdrətli imperiyaların can atdığı bu region özünün müstəsna coğrafi mövqeyinə, zəngin təbii sərvətlərinə və strateji əhəmiyyətinə görə son əsrlərdə də böyük dövlətlərin geosiyasi maraq dairəsinə düşmüşdür.

Postsovet dövründə tarix elminin ideoloji buxovlardan azad olması, həmçinin qafqazşünaslıq sahəsində bir sıra mühüm məsələlərin yeni yanaşmalar işığında daha dərindən öyrənilməsi zərurətini meydana çıxarmışdır. Bu isə Qafqazın uzun müddətdir araşdırıcılar tərəfindən diqqət mərkəzində saxlanılan keçmişi, mədəniyyəti və eləcə də müasir problemləri ilə bağlı təşkil etdiyiniz ilk belə mötəbər beynəlxalq foruma xüsusi aktuallıq qazandırır. Tədbirinizə dünyanın tanınmış elm mərkəzlərini təmsil edən 150-dən artıq alim və tədqiqatçının qatılması təqdirəlayiq haldır. Çoxtərəfli formatda keçirilən yüksək səviyyəli elmi toplantılar xalqlar və ölkələr, müvafiq elmi tədqiqat institutları və alimlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə kömək edir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra da müxtəlif ölkələrin qafqazşünas alimləri arasında qarşılıqlı münasibətlərin davam etdirilməsinə töhfəsini əsirgəməyəcəkdir.

Ümidvaram ki, forum çərçivəsində aparacağınız müzakirələr və fikir mübadilələri, irəli sürəcəyiniz tövsiyə və təkliflər qafqazşünaslığın aktual problemlərinin həllində dönüş mərhələsi olacaq, beynəlxalq elmi əməkdaşlığınızın yeni istiqamətlərinin müəyyənləşməsinə xidmət göstərəcək və bütövlükdə regionda sülhün, əmin-amanlığın möhkəmləndirilməsinə təkan verəcəkdir", - məktubda qeyd edilir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Qənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıbMehriban Əliyevadan şəhidlərə böyük ehtiramMüdafiə Nazirliyi: "Bu kimi xəbərlər gülüş doğurur"ALLAH RƏHMƏT ELƏSİNVilayət Eyvazovdan yeni rəis TƏYİNATIBirinci vitse-prezidenti: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"Azərbaycan Kendo Təşkilatı Beynəlxalq Kendo seminarında iştirak etdi.Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olubLaçın rayon Nurəddin kənd tam orta məktəbinin məzunu, bu il keçirilən qəbul imtahanlarında 660,1 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olUbBir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTOBayrağımız altındakı günəşəmiz – MüstəqillikBu gün dövlət qulluğuna qəbul imtahanı keçirilirNazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi“Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə nazirilayihə davam edir..Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıbVilayət Eyvazovdan YENİ TƏYİNATLARErmənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər varABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilərUcarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimirPaşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşırBakıda yol polisləri belə formalarda olacaqSabah Azərbaycanda 40 dərəcə isti olacaqPolis dövlətin ən etibarlı dayağıdırİstanbulda partlayışda ölən varTramp bank rəhbərlərini təcili iclasa çağırdıAzərbaycan, Rusiya və İran prezidentləri Rusiyada görüşəcəkYol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMAQazax və Ağstafa ərazisində 75 sərhəd döyüş məntəqəsi yaradılıb - GENERALAli Baş Komandan sərhədçiləri təltif etdi: hərbi rütbə, orden-medal, fəxri adlar... - SİYAHINərimanovun icra başçısı sakinlərin proqlemlərini dinlədiAzercell-in Rəqəmsal Dünyası Cocuq MərcanlıdaRusiyanın “Vostok” televiziyası Azərbaycanla bağlı layihələrə başlayırLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qəbələ rayonunda keçirilmişdir.ZAMANI QABAQLAMIŞ DAHİ ŞƏXSİYYƏT, MÜDRİK RƏHBƏR VƏ ƏBƏDİYAŞAR LİDERBir “Aprel Şəhidi”nin qardaşı digər “Aprel Şəhidi”nin bacısı ilə ailə qurduQəza mərkəzi prospektdə tıxac yaratdı“Neftçi” səfərdə məğlub olur - YENİLƏNİRBu ölkədə Daxili İşlər Nazirliyinə giriş bağlandıQarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz MƏKTUBULeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldıBakıda bu ərazidəki evlər söküləcək - SiyahıCəbhədə Ermənistanın təxribatları davam edir“Abituriyent” jurnalının 8-ci sayı çıxdıKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə OLDURəqib baş məşqçi "Neftçi"yə meydan oxuduŞagirdlərin elektron yerdəyişməsi başlayır“Ramil Səfərov hərəkətlərinin nəticəsini dərk edə bilməyib” - VƏKİL SİRLƏRİ AÇIR“Paşinyanın son bəyanatı vəziyyəti daha da gərginləşdırir” – XİNKöçkün məktəbini bitirən 34 məzunun hamısı tələbə oldu