Dovletxeberleri.Az
» » Hökumət “Azərenerji” ASC və SOCAR-la bağlı qərar verdi - Ödənişlərin tənzimlənməsi proseduru müəyyənləşdi

15-03-2017, 15:56Hökumət “Azərenerji” ASC və SOCAR-la bağlı qərar verdi - Ödənişlərin tənzimlənməsi proseduru müəyyənləşdi

Hökumət “Azərenerji” ASC və SOCAR-la bağlı qərar verdi - Ödənişlərin tənzimlənməsi proseduru müəyyənləşdi
"Azərenerji” ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə proseduru müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, "Azərenerji” ASC ölkə daxilində satılmış elektrik enerjisinin dəyərinin daxil olması üçün müvəkkil bankda xüsusi bank hesabı açır və "Azərenerji” ASC tərəfindən satılmış elektrik enerjisinə görə daxil olan vəsait həmin bank hesabına mədaxil edilir. Bank hesabına mədaxil edilmiş vəsaitin 45 faizi müvəkkil bank tərəfindən mütəmadi olaraq avans ödənişi şəklində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin xüsusi bank hesabına, 5 faizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına, 15 faizi isə "Azərenerji” ASC-nin cari bank hesabına köçürülür və bu barədə "Azərenerji” ASC-yə məlumat verilir. Hər ay başa çatdıqdan sonra, növbəti ayın 15-dək əvvəlki ay ərzində "Azərenerji” ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən alınmış təbii qazın, "Azneft” İstehsalat Birliyindən və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən alınmış mazutun həcmi və dəyəri barədə üzləşmə aktı tərtib edilərək bir nüsxəsi Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə yaradılmış Komissiyaya təqdim edilir, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən alınmış təbii qazın, "Azneft” İstehsalat Birliyindən və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən alınmış mazutun həcmi və dəyərinin ödənilməmiş hissəsi üzrə dəqiqləşdirmələr aparılır və qalıq borcun məbləği "Azərenerji” ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və "Azneft” İstehsalat Birliyinin xüsusi bank hesablarına, habelə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına köçürülür. "Azərenerji” ASC-nin xüsusi bank hesabında qalan vəsait xüsusi layihələrin icrasına yönəldilir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdirErmənistan atəşkəsi 21 dəfə pozdu“Hələ heç nə bitməyib” - Qurban QurbanovAqşin Məmmədov Laçın RN Polis şöbəsində Rəis müavini vəzifəsinə təyin olunmuşdur.YENİ KOALİSİYA YARADILDI. “MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ UĞRUNDA” ADLI KOALİSİYANIN İLK İCLASI KEÇİRİLDİ.Türkiyə sosial sahədə Azərbaycanın təcrübəsini öyrənəcəkKoreya prezidenti AZƏRTAC-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüVilayət Eyvazov vətəndaşlarla bağlı göstəriş verdiMikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsinə mühüm dəyişikliklər olacaqUşaqlar bizim gələcəyimizdir“Müəllim xarici dil bilməlidir ki, yeniliklərdən xəbərdar olsun” - Nazir müavini“Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdirOrta aylıq pensiya 293 manat olacaq - gələn ildən...Azərbaycanda özəl məhkəmə ekspertizası institutu yaradılırSahibkarlığın İnkişafı Fondu sığortaçı seçibUkraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzi fəaliyyətə başlayacaqÖn cəbhədə “Bayraq yürüşü” keçirilib - FOTOLARNiyazi Bayramov Gəncə sakinlərilə görüşübBaş Nazir Əli Əsədov özünə yeni köməkçi təyin edibSON DƏQİQƏ: - Ordumuzun əsgəri həlak olub - FOTOGələn ilin büdcəsində bu sahələrə daha çox pul ayrılıb - NazirŞəhid ailələri, Qarabağ əlillərinə daha 40 mənzil verildiYevlaxın yeni başçısı sakinlərilə ilk görüşünü keçirdi: “Bir sıra problemlər var”Prezident Musa Yaquba mənzil verdiƏrdoğan gələn həftə ABŞ-a gedirLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiZakir Qaralovdan yeni prokuror TƏYİNATI