Dovletxeberleri.Az
» » “Rusiya imkan verə bilər ki, Azərbaycan Qarabağda daha bir həmlə etsin, amma...”

3-03-2017, 16:41“Rusiya imkan verə bilər ki, Azərbaycan Qarabağda daha bir həmlə etsin, amma...”

“Rusiya imkan verə bilər ki, Azərbaycan Qarabağda daha bir həmlə etsin, amma...”
ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi, vaxtaşırı olaraq Qafqaz mövzusunda təhlillər hazırlayıb yayan “Stratfor” Dağlıq Qarabağ münaqişəsi ətrafında son eskalasiya ilə bağlı analiz dərc edib.

Virtualaz.org xəbər verir ki, “Stratfor” münaqişənin sonrakı inkişafının necə inkişaf edəcəyinə dair proqnozlarla çıxış edərək Rusiyanın rolu üzərində dayanır.

Məqalədə deyilir ki, ötən ilki aprel döyüşlərindən sonra Rusiyanın “Lavrov planı” vasitəsilə münaqişənin nizamlanmasına nail olmağa çalışdığı barədə danışılırdı. Belə şaiyələr və məlumatlar yayılırdı ki, həmin plan Dağlıq Qarabağ ətrafındakı 7 rayonun 5-nin Azərbaycana qaytarılmasını, Rusiyanın bölgədə sülhməramlı qüvvələr yerləşdirməsini nəzərdə tutur. “Şübhəsiz ki, Azərbaycan Bakının sonda Moskva ilə yaxınlaşmasına gətirib çıxaracaq həmin variantı alqışlayardı, ancaq Ermənistan hökuməti belə plana qarşı idi”-məqalədə deyilir.
“Rusiya imkan verə bilər ki, Azərbaycan Qarabağda daha bir həmlə etsin, amma...”
“Stratfor” analitiki Yevgeni Çauşovski məqalədə bildirir ki, əgər Rusiyanın doğrudan da belə planı vardısa o, ilk növbədə İrəvanın müqavimətini aradan qaldırmaq barədə düşünməliydi. “Rusiya imkan verə bilər ki, Azərbaycan Ermənistanı güzəştlərə məcbur etmək üçün daha bir hərbi həmlə etsin. Və ya Moskva Ermənistan hökumətinə güclü təsir rıçaqlarını işə salıb İrəvanın mövqeyini dəyişdirə bilər. Lakin buna baxmayaraq Sərkisyan kompromislərə qəti qarşıdır, Ermənistan prezident üsul-idarəçiliyindən parlament üsul-idarəçiliyinə keçir, aprelə seçkilər təyin olunub. Rusiya Ermənistan hökumətinin bir neçə əsas fiquru, o cümlədən xarici işlər və müdafiə nazirləri ilə sıx əlaqələr yaradıb. O cümlədən Qarabağ məsələsində Rusiyanın dediklərinə əməl etməyə meylli olan bəzi müxalifət liderləri ilə”-məqalədə deyilir.

“Stratfor” hər iki variantın riskli olduğunu qeyd edir. Bildirilir ki, əgər Rusiya Ermənistan siyasi elitasını güzəştlərə razı salmağa nail olsa belə erməni ictimaiyyəti belə sövdələşməni qəbul etməz. “Ötən il ərazilərin qaytarılacağı barədə söz-söhbətlərə görə Ermənistanda etiraz aksiyaları oldu, Qarabağ veteranları polis polkunun binasını ələ keçirdi”-mərkəz qeyd edir. Məqalədə deyilir ki, əgər Rusiya İrəvanı güzəştə məcbur etməyə çalışsa onun Ermənistandakı mövqeləri zərbə altında qalacaq.
“Rusiya imkan verə bilər ki, Azərbaycan Qarabağda daha bir həmlə etsin, amma...”
“Bu baxımdan Azərbaycana daha bir hərbi həmlə üçün imkan yaratmaq daha əlverişli variant kimi görünür, ancaq bu variant da risklidir, çünki hərbi əməliyyatlar nəzarət altından çıxa bilər. Belə də ola bilər ki, Rusiya Ermənistanı sülhə məcbur etməyə çalışdığı haqda Azərbaycanda təəsürat yaratsın, əslində isə bu, görüntü xarakteri daşısın”-məqalədə deyilir.

Müəllifə görə bu variantda Moskva “Lavrov planı” barədə müzakirələr təşkil etməklə Azərbaycanı Rusiya ilə daha sıx münasibətlər yaratmağa inandıra, eyni zamanda Ermənistan hökumətinin mövqelərini zəiflətməkdən yayına bilər. “Ancaq bu da rikslidir, status-kvonun qeyri-müəyyən vaxta qədər uzadılması Azərbaycan üçün yolverilməzdir, üstəlik Rusiya özü də bu vəziyyəti heç bir nəticə olmadan istədiyi qədər uzada bilməz. Rusiyanın Qarabağa dair mövqeyində tərəddüdlər müşahidə olunsa da bu münaqişə ona Qafqazda uzunmüddətli maraqlarını qoruyub saxlamaq üçün lazımdır. Moskvanın son məqsədi budur ki, münaqişə vasitəsilə həm Ermənistan, həm Azərbaycan üzərində dominantlığını təmin etsin”-məqalədə deyilir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
BMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdiBakı bütünlüklə Azərbaycan bayrağı ilə bəzəndi - FOTO, VİDEOZakir Həsənov: “Hər bir Azərbaycan əsgəri döyüş hazırlığını daim artırmalıdır”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdirElmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədirBakı Şəhər İcra Hakimiyyəti Dövlət Bayrağı Günü ilə bağlı iməclik keçiribAzərbaycan hər birimizin doğma evidir!“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – İDDİA“Dağlıq Qarabağın yekun statusuna gəldikdə...bu çox çətin məsələdir”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilmişdirErmənistan atəşkəsi 21 dəfə pozdu“Hələ heç nə bitməyib” - Qurban QurbanovAqşin Məmmədov Laçın RN Polis şöbəsində Rəis müavini vəzifəsinə təyin olunmuşdur.YENİ KOALİSİYA YARADILDI. “MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ UĞRUNDA” ADLI KOALİSİYANIN İLK İCLASI KEÇİRİLDİ.Türkiyə sosial sahədə Azərbaycanın təcrübəsini öyrənəcəkKoreya prezidenti AZƏRTAC-ın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüVilayət Eyvazov vətəndaşlarla bağlı göstəriş verdiMikayıl Cabbarov Milli Məclisə gəldi - Vergi Məcəlləsinə mühüm dəyişikliklər olacaqUşaqlar bizim gələcəyimizdir“Müəllim xarici dil bilməlidir ki, yeniliklərdən xəbərdar olsun” - Nazir müavini