Dovletxeberleri.Az
» » General Qarabağ əlilini “təqaüdçüsən” deyib işdən çıxardı

24-02-2017, 10:59General Qarabağ əlilini “təqaüdçüsən” deyib işdən çıxardı

General Qarabağ əlilini “təqaüdçüsən” deyib işdən çıxardı
"Arzu Rəhimov qanunsuz olaraq məni işdən çıxarıb, daha az maaşlı işə keçirib”- ikinci qrup Qarabağ müharibəsi əlili, polkovnik-leytenant Zakir Hüseynov Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi Arzu Rəhimovdan şikayətçidir. Deyir ki, illərlə xidmətdə ixtisasına uyğun vəzifədə çalışıb, günlərin birində isə onu işdən azad ediblər və uyğun olmayan işə yollayıblar. Həmin işdə isə əmək haqqı azdır.

Z.Hüseynov dəfələrlə dövlət qurumlarına və müvafiq təşkilatlara müraciət etsə də, problemi həll olunmayıb: "Şikayət edirəm, deyirlər ki, 143 manat maaşdan əlavə təqaüd də alırsan. Halbuki hazırda SHXÇDX-də ehtiyatda və istefada olan zabitlər çalışırlar. Onlar da təqaüd alırlar, amma yüksək maaşlı işdə də qalmaqdadırlar. Mən 2-ci qrup Qarabağ əliliyəm, faktiki olaraq mənimlə bu gün xidmətdə çalışan Arzu Rəhimova yaxın olan təqaüdçülərin arasında fərq yoxdur. Üstəlik, qanun da mənim 2-ci qrup əlil kimi öz razılığım olmadan başqa işə keçirilməyimə imkan vermir. Məni başqa işə öz razılığım olmadan keçiriblər. Arzu Rəhimovun özü təqaüd də alır, maaş da. Mənim müraciətlərimə isə cavab yazırlar ki, təqaüd alırsan. Başa düşə bilmirəm ki, mənim təqaüd almağımı niyə səbəb gətirirlər. Axı mənə cavab yazanların özləri də mənim kimi təqaüdçülərdir”.


Polkovnik-leytenant Zakir Hüseynov 1963-cü ildə Tovuz rayonunun ermənilərlə sərhəddə yerləşən Koxanəbi kəndində doğulub. Kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra keçmiş Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universitetinin) hərbi-hazırlıq fakültəsinə daxil olub. Ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra taleyini hərbiyə bağlayıb və Azərbaycan ordusunda gənc zabit kimi xidmət etməyə başlayıb. Zakir Hüseynov deyir ki, o qızğın döyüşlər gedən, ön cəbhədəki hərbi hissələrdə nümunəvi xidmət və şücaət göstərib. Tovuz rayonunun müdafiəsində mərdliklə dayanan hərbi hissənin döyüşcü komandiri olub. Onlar dəfələrlə erməni işğalçılarınının canlı qüvvəsini və hərbi texnikasını məhv ediblər. Məhz bu uğurlu döyüş əməliyyatlarının keçirilməsində hərbi hissənin komandiri Zakir Hüseynov böyük fədakarlıq göstərib, minaya düşərək ağır yaralanıb, sağ ayağını itirib. Hazırda ömürlük şikəstdir.
Müharibədən sonra hərbi komissarlıq sistemində çalışıb. 2009-cu ildə ştat ixtisarı ilə ixtisar olunub, sərəncama götürülüb.
"Vaxtından əvvəl heç bir qüsurum olmadığı halda son yaş həddinə çatmamış hərbi xidmətdən ehtiyata tərxis etdilər. Hərbi xidmətdən tərxis olunduqdan sonra Bakı şəhəri, Nizami rayonu Hərbi Komissarlığında mülki işçi kimi işə qəbul olundum. 2012-ci ildə hərbi komissarlıq sistemi yenidən qurularaq SHXÇDX yaradıldıqdan sonra qeyri-qanuni olaraq azad edildim. Bir müddət sonra isə məni SHXÇDX-nin nəzdində olan ”Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-nin Xətai rayon filialında mühəndis-mexanik kimi işə qəbul etdilər. Hazırda işlədiyim mühəndis-mexanik vəzifəsi ixtisasıma uyğun deyil. Mühəndis deyiləm, mexanik işini bilmirəm. İndiki iş yerimdən aldığım 143 manat heç mənim müalicə xərclərimə kifayət etmir. Habelə hərbi rütbəmə uyğun deyildir. Mən polkovnik-leytenant kimi ehtiyata buraxılmışam. Valideynlərim ermənilərlə həmsərhəd kənddə yaşayır, daim düşmən atəşinə məruz qalırlar. Mən onların da qayğısına qalmalıyam. Həyat yoldaşım və qızım 2003-cü ildə vəfat ediblər. Hazırda himayəmdə azyaşlı yeganə oğlum var, mən ona həm ata, həm də anayam. Dəfələrlə ixtisas və təcrübəmə uyğun işlə təmin olunmaq üçün SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimovun qəbulunda olmuşam, yazılı müraciətlər etmişəm. Lakin bu günədək məsələ həllini tapmır. Münasib işlə təmin olunana qədər mübarizə aparacağam".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Vilayət Eyvazov iki rayona rəis təyin etdiPrezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilərAzərbaycan bu təşkilata üzv qəbul edildiLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiTürkdilli dövlətlərin prezidentləri bu gün bir araya gələcək - Bakıda Zirvə GörüşüErmənilər cəbhədə pulemyotları işə saldılarLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşübƏrdoğan Bakıda belə qarşılandı - FOTOLARAkademik Vasim Məmmədəliyev vəfat edibTürkdilli ölkələrin prezidentləri Bakıya toplaşırNazirlik təftiş etdi: 1068 vətəndaşa təyin edilən sosial yardım dayandırıldıAzərbaycan millisi hesabda geri düşdü - YENİLƏNİBAzərbaycanda köhnə maşınlar yığışdırılacaq - Qərar qüvvəyə minirPrezident ailəsinin istirahətdən səmimi - FOTOLARIPrezident şahmatçı Aydın Süleymanlını təbrik etdiCeyhun Bayramov yeni şöbə müdiri təyin etdiZakir Qaralov Gəncə şəhərinə yeni prokuror TƏYİN ETDİYeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib“İlham Əliyev Paşinyanı yerində oturtdu” – Sevinc FətəliyevaMəmməd Məmmədov dünya çempionu olduGəncənin prokuroru daha yüksək vəzifəyə gətirildiSəyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.Müdafiə naziri əmr etdi: “Düşmənin snayper və PUA-larının qarşısı sərt şəkildə alınsın”İlham Əliyev Paşinyanı tarixi faktlarla susdurdu - YENİLƏNİBLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Xətai rayonunda keçirilmişdirDekabrda əfv olacaq? – Komissiya üzvündən AÇIQLAMAƏflatun Amaşov XVI Cənubi Qafqaz media konfransında iştirak edibLeyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi ParkdaSumqayıtda keçirilən Mədəniyyət festivalından Fotolor“Məcburi köçkünlər ölkə başçısının siyasətinə arxalanırlar” – Bəxtiyar Əliyev“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”UNEC-də əmək haqları artırıldı“Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır” - PrezidentLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiNazirlik xüsusi şərtlərlə pensiya təyinatını da avtomatlaşdırırƏrdoğanla Trampın görüşəcəyi TARİX bəlli olduRövşən Rzayev köçkünləri qəbul etdiSumqayıtda təkəlduz ustası, I qrup əlili ziyarət ediblər-VİDEOPrezident İlham Əliyev Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsi haqqında Sərəncam imzalayıbPrezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib“Yeni Baş nazir mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir” - Deputat“Əli Əsədov sadə və səmimi ziyalıdır” - Qənirə PaşayevaAzərbaycanda Baş nazir təyinatının rəsmi PROSEDUR QAYDASINazirlik daha 1068 nəfərin sosial yardımını kəsdi - SƏBƏBMüstəqil Azərbaycanın Baş nazirləri… - Kimlər gəldi, kimlər getdi…Müflis olan bu banklardakı 17 min manatadək əmanətlər qaytarılır - SİYAHI“Binə” ticarət mərkəzində güclü YANĞIN - Mağazalar külə döndü .YenilənibGənc jurnalist “Mədəniyyət” kanalına direktor müavini TƏYİN OLUNDU - FOTOTəhsil Nazirliyində kollegiya iclası keçirilib