Dovletxeberleri.Az
» » "İcra başçısının şəhidin atasından 500 manat alması..." - Deputatdan Zərdabda baş verənlərə reaksiya

6-04-2018, 07:57"İcra başçısının şəhidin atasından 500 manat alması..." - Deputatdan Zərdabda baş verənlərə reaksiya

[center]"İcra başçısının şəhidin atasından 500 manat alması..." - Deputatdan Zərdabda baş verənlərə reaksiya[/centerMilli Məclisin Zərdabdan olan deputatı Jalə Əliyeva rayon sakini, aprel şəhidi Nurlan Abdullayevin atası Rasim Abdullayevin icra başçısı Lütvəli Babayevə qarşı ittihamlarından danışıb.

Dovletxeberleri.az deputatın Teleqraf.com-a verdiyi müsahibəsini təqdim edir:

- Jalə xanım, aprel şəhidi Nurlan Abdullayevin atası Rasim Abdullayev Zərdab rayonu icra başçısı Lütvəli Babayevin yas mərasimini yola vermək üçün rayon hərbi komissarının ailəyə verdiyi 500 manat pulu onlardan aldığını deyib. Bildirib ki, icra başçısı ailəyə bu pulla şəhidin qəbrini düzəldəcəyini bildirib. Bu fakta münasibətiniz necədir?

- Mənə elə gəlir ki, bunu icra başçısından soruşmaq və vəziyyəti aydınlaşdırmaq lazımdır. Mən burada üçüncü dərəcəli şəxsəm. Deyə bilmərəm ki, şəhidin ailəsi pulu verib və ya verməyib.

Mən özüm şəhidin ailəsini yaxından tanıyıram. Biz prezident seçkiləri ilə bağlı rayonlarda səfərdəyik. Bu günlərdə Aprel döyüşlərinin ildönümü oldu. Biz hər çıxışımızda onları yad edirik. Şəhidlər hər birimiz naminə bu vətən yolunda can qoyub, canlarından keçib. Onlar bizim üçün əzizdir və daim xatirimizdədir.

Mən şəhid Nurlan Abdullayevin yas mərasimində iştirak etmişəm. Ancaq siz qaldırdığınız məsələdə yenə də deyirəm, üçüncü dərəcəli şəxsəm. Bu söhbət, əsasən birinci və ikinci dərəcəli şəxslər arasında gedib. Bunun doğruluğunu öyrənmək üçün tərəflər danışmalıdır. Siz yalnız onlardan dəqiq informasiya ala bilərsiniz. Mən onların söhbətində iştirak etməmişəm. Hansısa məbləğdə pulun verilməsi və ya verilməməsi zamanı orada olmamışam.

Onu deyə bilərəm ki, respublika səviyyəsində şəhid ailələrinə göstərilən qayğı Abdullayevlər ailəsinə də göstərilib. Biz hamımız yas mərasimində, qəbirüstü abidənin qoyulmasında iştirak etmişik. Həm ölkə ictimaiyyətinin nümayəndəsi, həm də və deputat kimi mən də bu tədbirlərdə olmuşam. Biz şəhidin acısını paylaşırıq. Ancaq siz dediyiniz məqam elə bir xırdalıqdır ki, mən bir söz deyə bilmərəm.

- Rasim Abdullayev mətbuata deyib ki, şəhid Nurlan Abdullayevin məzarı üzərinə dövlət bayrağı asılsa da, icra başçısının göstərişi ilə bayraq oradan çıxarılıb. Bu durumdan məlumatınız varmı?

- Bu məsələ ötən il də mətbuatda yayılıb. Bu hadisə ilə bağlı icra hakimiyyətinin, mənim və şəhidin valideynlərinin açıqlaması olub. Biz şəhid Nurlan Abdullayevin adının əbədiləşdirilməsi üçün müəyyən müraciətlər etmişik. Məktəb müəllimləri də bunu çox istəyir. Bu mövzu çoxdan gündəlikdədir və bizim üçün yeni mövzu deyil.

- Şəhidin atası deyir ki, kənd məktəbinə Nurlan Abdullayevin adının verilməsi təşəbbüsü olsa da, icra başçısı bu təklifi rədd edib…

- Nəyə görə razı deyil? Şəhidin atası icra başçısının nə üçün bu təkliflə razı olmadığını deyirmi?

- Deyib ki, icra başçısı təklifi rədd edib…

- Açığını deyim ki, mən şəhid atasının son açıqlamaları ilə tanış deyiləm. Ancaq hökmən şəhid atasının son açıqlaması ilə tanış olacağam.

- Sizcə, müharibə aparan bir ölkədə şəhid ailəsinə münasibət necə olmalıdır?

- Şəhidlər bizim uğrumuzda, dövlət və vətən uğrunda canlarından keçiblər. Hər bir şəhidə dövlət səviyyəsində qayğı və ehtiram var. Aprel hadisələrindən sonra birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələri ilə görüşdü. Həmin görüşdə mən də iştirak etmişəm. Şahidəm ki, görüş başa çatdıqdan sonra Mehriban xanım oradakı xanımların hər birini qəbul etdi və saatlarla onların problemləri ilə maraqlandı. Beləcə həmin ailələrin problemləri və çətinlikləri dövlət səviyyəsində həll olundu. Bu sadəcə, Aprel şəhidləri ilə bağlı proses deyil. Ümumiyyətlə, şəhidlərimizin adını əbədiləşdirmək, şəhid ailələrinin problemlərinin həlli, müharibə veteranlarının evlə təmin edilməsi üçün xüsusi proqramlar var. Şəhid ailələri üçün binalar tikilir. Bu geniş fəaliyyətdir və dövlət əlindən gələni edir.

- Bəs məmur-şəhid ailəsi münasibətləri necə olmalıdır, sizə elə gəlmirmi ki, bəzən bir məmur, bir icra başçısı dövlətin gördüyü böyük işlərə neqativ hərəkəti ilə kölgə salır?

- Əlbəttə, bu, həssas məsələdir. Bəzən vəzifəsini, məsuliyyətini və səlahiyyətini sona qədər dərk etməyən, belə həssas mövzulara laqeyd yanaşan bir qurumun nümayəndəsi ümumilikdə aparılan böyük işlərə və uğurlara kölgə sala bilir. Belə ailələrə yanaşma xüsusi həssaslıq tələb edir. Mən düşünmürəm ki, kiçik hadisələr ümumilikdə dövlətin apardığı siyasətə kölgə sala bilsin. Biz rayonlarda səfərdəyik və çox müsbət tendensiyaları müşahidə edirik. İnsanların ümumi əhval-ruhiyyəsi onu deməyə əsas verir ki, vətəndaş dövlətindən razıdır və onun gələcəyinə əmindir.

- Sizin deputat seçildiyiniz rayonda baş verən bu xoşagəlməz hadisəyə müdaxilə etmək niyyətiniz varmı?

- Bu yeni məsələ deyil. Bir il əvvəl də bu məsələ ortaya çıxıb və biz də münasibətimizi bildirmişik. Bununla bağlı şəhid ailəsi ilə təmas qurmuşuq. Şəxsən mən şəhidin əmisi, valideynləri ilə söhbət etmişəm. Biz onların dərdini gözəl başa düşürük. Bu, bizim ümumi dərdimizdir. Nurlan balamızın unudulmaması üçün biz əlimizdən gələni edirik və bundan sonra da edəcəyik.

***

Qeyd edək ki, "Aprel döyüşləri"ndə şəhid olan Nurlan Abdullayevin atası Zərdab Rayon İcra hakimiyyətinin oğluna qarşı etdiyi hörməsizliyə etiraz edib.

Şəhid atası Rasim Abdullayev bildirib ki, rayonun İcra hakimi Lütvəli Babayev şəhidin dəfni üçün ayrılmış pulu mənimsəyib, üstəlik bütün rayon idarələrindən şəhidin baş daşı üçün vəsait toplayıb:

"Oğlum Nurlan məlum 2016-cı ilin Aprel döyüşlərində Talış kəndində qəhrəmancasına şəhid olub. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq, çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı. Oğlum Nurlanın yas mərasimini yola vermək üçün Zərdab rayon hərbi komissarı bizim ailəyə 500 manat pul vermişdi.

Həmin pulu icra başçısı məndən aldı ki, oğluna qəbir daşı düzəltdirirəm, ora xərcləyəcəyəm. Lütvəli Babayev şəhid Nurlanın qəbir daşını düzəltdirilməsi adı ilə rayonda bütün idarə-müəssisələrdən pul yığdı və çox hissəsini isə özü mənimsədi. Bundan başqa icra başçısı mənim başıma qaxınc edir ki, "Sizə nə köməklik edəcəyəm, oğlunun cəsədini ekspertizada yarmağa mən qoymadım ki, bunun qiyməti 3000 manat edir”.

Şəhid atası oğlunun məzarı başındakı bayrağın da İcra başçısının əmri ilə götürüldüyünü vurğulayıb: "Böyükdəkkə kənd orta məktəbinə oğlum şəhid Nurlanın adının verilməsini istəyirik. Çünki oğlum həmin məktəbdə oxuyub. İstəyirəm ki, şəhid oğlumun adı əbədiləşdirilsin. Zərdab rayon İcra başçısı Lütvəli Babayev bu xahişimizi də rədd edib. O, hətta şəhid oğlumun məzarının çardağının üstünə asılmış Azərbaycan bayrağını oradan çıxartdırdı. Lütvəli Babayevi nə vətən, nə dövlət, nədə ki, şəhid maraqlandırır. Bu adamın amalı ancaq kapital toplamaqdır. Bütün bu haqsızlığa, şəraitsizliyə baxmayaraq oğlumun şəhid olması ilə fəxr edirəm. Lütvəli Babayev zərdablıların yaddaşında talançı, anormal icra başçısı kimi qalsa da, mənim oğlum şəhid Nurlan Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Biz bununla fəxr edib, qürur duyuruq”.

Şəhid atası Aprel döyüşlərinin ikinci il dönümündə media və dövlət rəsmilərindən onların yaşayış şəraitinin yaxşılaşdırılması və oğlunun adının əbədiləşməsi məsələsinə diqqət yetirmələrini xahiş edir.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Küveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olubAbel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMAİdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYEAzərbaycanda ilkin əlillik 61,3 faiz azalıbLaçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.İsrail Azərbaycana yeni səfir təyin etdiBu günə olan valyuta məzənnələriOPEC-in yeni prezidenti yanvardan işə başlayacaqErmənistan cəbhədə təxribat törətdiYeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıbBu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİRNazir vergi dəyişikliklərinin detallarını açıqladıDəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLAR