Dovletxeberleri.Az
» » Direktor bu videoya görə həbs edilə bilər – Drakonla dava

7-02-2018, 14:30Direktor bu videoya görə həbs edilə bilər – Drakonla dava

Direktor bu videoya görə həbs edilə bilər – Drakonla dava
Hər hansısa bir şəxsin məktəbə gedib direktordan nə isə sorusmasında heç bir hüquq pozuntusu yoxdur. Əksinə, direktor yaydığı görüntülərə görə cinayət məsuliyyəti daşıyır. Şəxsi və ailə həyatının sirri olan məlumatları şəxsin xəbəri olmadan yaymaq cinayətdir.

Bu sözləri hüquqşünas Səməd Vəkilov 220 nömrəli məktəb-liseyin direktoru Tural Mirzəyevlə "Dolu" filminin məşhur aktyoru Rza Rzayevin qalmaqalını əks etdirən, direktorun özünün yaydığı video barədə danışarkən deyib.

Hüquqşünas bildirib ki, hər bir şəxsin məktəb direktoruna şəxsən yazılı və birbaş müraciət etmək hüququ var. Ancaq direktorun icazəsiz olaraq lentə aldığı görüntünü şəxsin izni olmadan yaymağa ixtiyarı yoxdur:

“Bu, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi ilə tənzimlənir. 32-ci maddəyə əsasən, hər şəxsin toxunulmazlıq hüququ var. Həmçinin, ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır.

Şəxsin öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir, verilə bilməz. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.

S.Vəkilovun sözlərinə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkiliş materiallarının, səs yazılarının yayılması, satılması və ya başqasına verilməsi qanunsuzdur:

“Bu yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Hüquqşünas S.Vəkilov əlavə edib ki, direktor gizli çəkiliş aparmaq və görüntüləri yaymaqla cinayət məsuliyyəti daşıyır:

“Cinayət Məcəlləsinin 156.2 maddəsi ilə direktorun əməlində cinayət tərkibi var”.

Qeyd edək ki, 220 saylı məktəb-liseyin direktoru onunla söhbət üçün otağına gələn "Dolu" filminin məşhur aktyoru Rza Rzayevlə öz otağında olan mübahisənin video-görüntüsünü yayıb. Yayılan videoda aktyor R.Rzayev direktor T.Mirzəyevlə məkltəbin direktor müavini olan aktyorun bacısı Zeynəb Rzayevanın işdən çıxarılmasına görə mübahisə edirlər. Mübahisə zamanı məşhur aktyor ailə məsələsi olduğuna görə direktora qəzəblənib və söz davası zamanı onu təhqir edib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev bu şəxsləri təltif etdi — SİYAHI"Azərenerji"də yeni təyinatlar olubAzərbaycan əsgəri şəhid oldu.VİDEOLARBİRINCI XANIMIN ADINDAN ISTIFADƏ EDƏN MILLƏT VƏKILI KIMDIR?-FOTOAĞCABƏDİ PEDAQOJİ KOLLECİNDƏ "18 OKTYABR MÜSTƏQİLLİK GÜNÜ" ilə bağlı keçirilən tədbirdən foto görüntülərBaş Prokurorluq həbs olunmuş MTN generalları ilə bağlı məlumat YAYDIGüləş üzrə dünya çempionatı başlayır — İdmançılarımızın ilk rəqibləriBadamdardakı sürüşmə zonasında yeni uçqunlarİlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - FOTONazirlər Kabinetindən benzinlə bağlı YENİ QƏRARPrezident: Dünyada mövqeyi nəzərə alınan gücə çevrilirikNovruz Məmmədov nazirləri iclasa çağırdı, göstərişlər verdi - FOTOLARSəhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlandı - Hesablama Palatasından yoxlamaNazirlik Prezidentin tapşırığı ilə bağlı səfərbər olunub - Kollegiya iclası keçirildiLaçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Bərdə şəhərində keçirilmişdir.Ermənistanda yeni baş nazir nə vaxt seçiləcək?Bələdiyyələrin qəbiristanlıqlar salması ilə bağlı vəzifələri müəyyənləşdirilibGələn ilin pensiya və müavinətləri üçün büdcə artırıldı - RƏQƏMLƏRTürkiyədəki diaspor təşkilatlarının rəhbərləri Dövlət Komitəsində görüş keçiribİlham Əliyev Türkiyəyə getdi"İlin sonuna kimi şəhid ailələrinin 50 faizinə yaxınına ödəniş ediləcək" - NazirCeyhun Bayramov əmr imzaladı, direktorlarla bağlı yeni komissiyalar yaradıldıİcra başçısı baş məsləhətçini işdən çıxardıTürkiyədə zəlzələ olduŞəxsiyyət vəsiqəsi ilə bağlı hansı dəyişikliklər olacaq? - Prezidentdən hökumətə tapşırıqMehriban Əliyeva senat sədri ilə görüşdə: "Azərbaycan-İtaliya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır"MN, DİN, FHN, XDMX, DTX və HXÇDX-nin səlahiyyətləri genişləndi - FərmanLaçın Rayonu İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdirDeputat Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işi... - Bacı-qardaşlar yenidən dindiriləcəkBaş nazirdən sərt qərar - İki şöbə müdiri işdən çıxarıldı, dövlət qulluqlarına xitam verildi“Televiziya və radio yayımı haqqında” Qanun dəyişir“Azərsığorta” şəhid vərəsələrinin birdəfəlik ödənişlə bağlı narazılığına CAVAB VERDİÇavuşoğlu Pompeoya "Sanksiyalar axmaq hərəkət idi" dedi, "Tezliklə qərar verəcəyik" cavabını aldıErmənilər Kəlbəcərdə qəsəbə salır - Azərbaycan bunu beynəlxalq hüquq pozuntusu adlandırdıPutin Türkiyəyə səfər edəcəkBadamdarda vəziyyət daha da təhlükəli həddə çatdı"Təhminə və Zaur"un rejissorundan yazıçı Anara cavab — Hətta qonorar tələbi olarsa...İrəvanda nə baş verir: Moskva Sərkisyanı niyə satdı? – MüsahibəJurnalistin ölümündə şübhəli bilinən baş konsul İstanbulu tərk etdiTbilisidə Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildiBakının əsas avtomagistrallarında sürət həddi endirildiSON DƏQİQƏ: Paşinyan İSTEFA VERDİ (YENİLƏNDİ)DTX-nın rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıbNazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVABPrezident İlham Əliyev sərəncam verdi - Yeni təyinatXanlar Vəliyevin oğlu fəxri konsul təyin olundu - SərəncamPrezident Yaqub Eyyubovun oğlunu geri çağırdı - Yeni təyinatlar olduQəbiristanlıqların salınması ilə bağlı qanunu pozanlar cərimələnəcək - Qanun qəbul olunduErmənistanda 3 yeni qubernator təyin olunduAğcabədi rayon Təhsil şöbəsi haqqda yazılan şər, böhtanın heç bir əsası yoxdur.