Dovletxeberleri.Az
» » 334 gömrükçü məsuliyyətə cəlb edildi, 10 nəfərə cinayət işi , 7 əməkdaşa isə... - Gömrükdə sərt cəzalandırma

19-01-2018, 12:08334 gömrükçü məsuliyyətə cəlb edildi, 10 nəfərə cinayət işi , 7 əməkdaşa isə... - Gömrükdə sərt cəzalandırma

334 gömrükçü məsuliyyətə cəlb edildi, 10 nəfərə cinayət işi , 7 əməkdaşa isə... - Gömrükdə sərt cəzalandırma
Bu gün Dövlət Gömrük Komitəsində 2017-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib.

Dovletxeberleri.az xəbər verir ki, tədbirdə komitə sədri Aydın Əliyev, onun birinci müavini Səfər Mehdiyev, Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov, komitənin Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov, Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev iştirak edib.

Aydın Əliyev çıxış edərək bildirib ki, ötən il uğurlarla başa vurulsa da, az da olsa problemlərlə rastlaşıblar: "Ticarət dövriyyəmiz 20 milyarddan çox olub, 13 milyard idxal, 8 milyard ixrac olub. Azərbaycana investisiya yönümlü avadanlıqların gətirilməsinin artması idxalın artmasına əsas səbəbdir. Büdcə proqnozu 16 faiz artıq yerinə yetirilib, 2 milyard 608 milyon manat büdcəyə köçürülüb.

Komitə əməkdaşları tərəfindən qanunsuz halların qarşısı alınıb. 350-dən çox cinayət işi məhkəməyə göndərilib. 2770 tondan artıq narkotik vasitə dövriyyədən çıxarılıb. Bunun 100 kiloqramdan artığı heroin olub. Valyuta ehtiyatlarının qanunsuz olaraq ölkədən çıxarılması ilə bağlı 50 mindən çox avro, 1 milyondan artıq dollar və 1,2 milyon dollar dəyərində qızıl zinət əşyalarının qarşısı alınıb. 25 şirkətə "yaşıl dəhliz" icazəsi verilib.

Prezident yanında Apellyasiya Şurasında gömrüklə bağlı heç bir şikayətə baxılmayıb. Bu da sevindirici haldır. 2016-ci ildə komitəyə 2300 şikayət daxil olmuşdusa, ötən cəmi 700 şikayət olub. Bunun da 95 faizi fiziki şəxslərin aksiz malların daşınması ilə bağlı olub. Həmin şikayətçilərə də qanunvericilik izah edilib.

Qayda pozuntularına görə 334 nəfər gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Prokurorluq orqanları tərəfindən 10 əməkdaşımız cinayət məsuliyyətinə cəlb edilib, 7 əməkdaş barəsində isə komitənin öz istintaq idarəsində araşdırma aparılıb".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev daha 2 SƏRƏNCAM İMZALADIAbel Məhərrəmovun General qardaşı da işdən qovulduNazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur”Prezident Dövlət proqramını TƏSDİQLƏDİAbel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYESadələşdirilmiş vergiylə bağlı DƏYİŞİKLİKRamiz Mehdiyevin “Dağlıq Qarabağ”la bağlı kitabı ərəb dilində çap edildiPrezident İlham Əliyevdən Sumqayıtla bağlı ard-arda - SərəncamlarGənclər və idman komitəsi gənclərə nə vəd edir?Abel Məhərrəmovun vəzifəsini bu XANIM İCRA EDİR - FOTOVergilər Nazirliyinin səlahiyyətləri artırılır"Nərgiz Paşayeva BDU-nun rektor vəzifəsinə real namizəddir" - Kamran ƏsədovBakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir - FOTOPaşinyan Azərbaycanla sərhədə gəldiİlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLARŞeyx Almaniyaya gedirPrezident Sumqayıtda səfərdədir - İcra başçısı hesabat verdi + AÇILIŞLARElmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə gedib - SƏBƏB"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - FHN açıqladı“Əmək pensiyaları haqqında” qanun dəyişir - Yeni qaydalarda nə var?Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ!Sumqayıtda daha bir zavodun açılışı oldu - FOTOKüveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olubAbel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMAİdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYEAzərbaycanda ilkin əlillik 61,3 faiz azalıbLaçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.İsrail Azərbaycana yeni səfir təyin etdiBu günə olan valyuta məzənnələriOPEC-in yeni prezidenti yanvardan işə başlayacaqErmənistan cəbhədə təxribat törətdiYeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıbBu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİRNazir vergi dəyişikliklərinin detallarını açıqladıDəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdi