Dovletxeberleri.Az
» » Məmur haqqda yalan,iftira dolu məlumat yayan DunyaPress.info,Realmedia.az və Azerinfo.az rekert sayıtlar qanun qarşısında cavab verəcəklər

14-01-2018, 23:31Məmur haqqda yalan,iftira dolu məlumat yayan DunyaPress.info,Realmedia.az və Azerinfo.az rekert sayıtlar qanun qarşısında cavab verəcəklər

Məmur haqqda yalan,iftira dolu məlumat yayan DunyaPress.info,Realmedia.az və Azerinfo.az  rekert sayıtlar qanun qarşısında cavab verəcəklər“Yalan ayaq tutar, amma yeriməz. İctimai fəaliyyətim və şəxs olaraq özüm göz qabağındayam. Barəmdə böhtan yazanlar heç olmasa məhkəməyə gələndə əsaslı faktlarla gəlsinlər”.
Bunu Versus.Az-a barəsində yazılan yalanlara açıqlamasında Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində rəis müavini Vüqar Qədirov bildirib. Qeyd edib ki, əldə etdiyi hər hansı bir məlumatı araşdırmadan yayan jurnalist birinci növbədə özünə hörmətsizlik etmiş olur:

“Mən təəssüf edirəm ki, hələ də başqalarının fəaliyyətinə ləkə yaxmaq istəyən kimlərinsə çirkin maraqlarına xidmət edən jurnalistlərimiz də var. Cənab Prezident İlham Əliyev daim media nümayəndələrinin sosial durumunun yaxşılaşması yönündə işlərin görülməsinə önəm verir. Elə iki dəfə media əhlinin mənzillə təmin edilməsi, jurnalistlər üçün növbəti binanın tikilməsi qərarı buna bariz nümunədir. Amma buna baxmayaraq bəzi jurnalistlər hələ də səhv yoldadılar.
Mən barəmdə öhtan yazılara yer verən həmin saytı məhkəməyə verirəm. Həmin məhkəmədə doğrular ortaya çıxacaq. O məqaləni sifariş verən şəxs də çox güman ki, həmin məhkəmədə ifşa olunacaq”.

Qeyd edək ki, AzFakt.info-nun 7News.Az-a istinadən verdiyi xəbərə görə “Baku Press Milli İnformasiya Agentliyi” adlı saytda dərc edilən məqalə ilə bağlı məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət olunacağı bildirilir ki, buna da səbəb tanınmış ictimai-siyasi fəal, hazırda isə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində rəis müavini işləyən Vüqar Qədirov barəsində dərc edilən məqalədir. Həmin dövlət qurumunun kollektivi adından redaksiyaya göndərilən müraciətdə bildirilir ki, məlum məqalədə Vüqar Qədirovla yanaşı, bütün kollektiv təhqir olunub. Orada çalışan xanımların ünvanına böhtan fikirlər yer alıb.

Kollektiv adından göndərilən həmin müraciəti olduğu kimi təqdim edirik:

“2017-ci ilin yanvar ayından etibarən Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinə Qədirov Vüqar Kərim oğlu rəis müavini təyin edilmişdir.
Vüqar Qədirov işlədiyi 1 il müddətində regional idarənin əhatə etdiyi bütün müəssisələrin: uşaq musiqi məktəblərinin, mədəniyyət evləri və klubların, muzeylərin, mərkəzi kitabxana sistemlərinin və s. kollektivlərinin dərin hörmətini qazanmış, yüksək intellektual səviyyəsi, işgüzarlığı, vətənpərvərliyi, əxlaqi keyfiyyətləri, etik davranışları ilə digər şəxslərə nümunə olmuşdur.
Təəssüflə qeyd etmək istərdik ki, “Baku Press Milli İnformasiya Agentliyi”ndə 10 yanvar 2018-ci il tarixdə “Agcəbədi Mədəniyyət mərkəzinin rəhbərliyinin mədəniyyətsiz işləri-İTTİHAM” sərlövhəli yazı yerləşdirilmiş, həmin yazıda İdarənin rəis müavini Qədirov Vüqar Kərim oğlunun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən böhtan dolu saxta məlumatlar yerləşdirilmişdir.
Həmin saxta yazıda guya Vüqar Qədirovun idarədə “at oynatdığı”, “Bakıda otura-otura idarənin işçilərinə qan uddurduğu”, “idarə və müəssisələrdən rüşvət aldığı”, “dövlətin büdcəsini taladığı”, “idarənin tabeçiliyində işləyən qadınlara əxlaqsız təkliflər etdiyi” və s. qeyd edilmişdir. Başdan ayağa çirkin böhtan və ittihamlarla insan ləyaqətini alçaldan bu yazını təkcə Vüqar Qədirovun şəxsinə deyil, bütünlükdə regional idarənin tabeçiliyində fəaliyyət göstərən müəssisələrdə işləyən ləyaqətli insanlara, şəxslərə, xanımlara təhqir kimi qəbul edirik.
Məlumat üçün bir daha bildiririk ki, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına sadiq, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı prinsipial siyasəti dəstəkləyən Vüqar Qədirovun namusu, əxlaqı, ləyaqəti, yüksək intellekti, qabiliyyəti, onu deməyə əsas verir ki, onu gözü götürməyən insanlar tərəfindən sifarişlə yazılan bu yazı həqiqəti əks etdirmir və böhtan xarakteri daşıyır.
Qeyd etmək istərdik ki, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi rayonlardan ikisinin: Ağdam və Laçın rayonlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 78 məcburi köçkün mədəniyyət müəssisələri fəaliyyət göstərir ki, onların da fəaliyyətinin əlaqələndirilməsini rəis müavini kimi Vüqar Qədirov həyata keçirir.
Biz aşağıda imza edən mədəniyyət müəssisələrinin rəhbərləri Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin, əhatə etdiyi rayonların, müəssisələrin dəqiq adını bilməyən, rəis müavininin səlahiyyətlərinə aid olmayan məsələlərdə ağır ittihamlar bildirməklə böhtan atan, özünü milli mətbuat nümayəndələri kimi təqdim edən, reketçiliklə məşğul olan, jurnalist adına ləkə gətirən şəxslərin yoxlanılmadan, sifarişlə yazdıqları cızma-qaraların qarşısının alınması və cəzalandırılması üçün hüquqi tədbirlərin görülməsini tələb edirik”.

Nilufər
Versus.Az
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev daha 2 SƏRƏNCAM İMZALADIAbel Məhərrəmovun General qardaşı da işdən qovulduNazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur”Prezident Dövlət proqramını TƏSDİQLƏDİAbel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYESadələşdirilmiş vergiylə bağlı DƏYİŞİKLİKRamiz Mehdiyevin “Dağlıq Qarabağ”la bağlı kitabı ərəb dilində çap edildiPrezident İlham Əliyevdən Sumqayıtla bağlı ard-arda - SərəncamlarGənclər və idman komitəsi gənclərə nə vəd edir?Abel Məhərrəmovun vəzifəsini bu XANIM İCRA EDİR - FOTOVergilər Nazirliyinin səlahiyyətləri artırılır"Nərgiz Paşayeva BDU-nun rektor vəzifəsinə real namizəddir" - Kamran ƏsədovBakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir - FOTOPaşinyan Azərbaycanla sərhədə gəldiİlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLARŞeyx Almaniyaya gedirPrezident Sumqayıtda səfərdədir - İcra başçısı hesabat verdi + AÇILIŞLARElmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə gedib - SƏBƏB"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - FHN açıqladı“Əmək pensiyaları haqqında” qanun dəyişir - Yeni qaydalarda nə var?Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ!Sumqayıtda daha bir zavodun açılışı oldu - FOTOKüveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olubAbel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMAİdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYEAzərbaycanda ilkin əlillik 61,3 faiz azalıbLaçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.İsrail Azərbaycana yeni səfir təyin etdiBu günə olan valyuta məzənnələriOPEC-in yeni prezidenti yanvardan işə başlayacaqErmənistan cəbhədə təxribat törətdiYeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıbBu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİRNazir vergi dəyişikliklərinin detallarını açıqladıDəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdi