Dovletxeberleri.Az
» » Bayrağımızı endirən professor işdən qovulmayıb – Səbəb

19-12-2017, 11:51Bayrağımızı endirən professor işdən qovulmayıb – Səbəb

Bayrağımızı endirən professor işdən qovulmayıb – Səbəb
İlahiyyat professoru Saleh Payın Uludağ Universitetindəki işindən azad edilməsi barədə məlumat həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-ın sorğusuna Türkiyənin Uludağ Universitetinin kadrlar şöbəsindən verilən cavabda bildirilib. Şöbədən qeyd olunub ki, barəsində araşdırma davam edən şəxsin bu müddətdə işdən qovulması Türkiyə qanunlarına ziddir.

Həmçinin, açıqlamada Saleh Payın işə çıxmadığı da vurğulanıb:

“Professor Saleh Pay səhhətində yaranan problemlərlə bağlı ötən gündən işə çıxmır. Səhhəti ilə bağlı məzuniyyəti yeni ilə qədər davam edəcək”.

Qeyd edək ki, ötən gün yerli mediada Uludağ Universitetinin İlahiyyat fakültəsinin professoru Saleh Payın İqtisadiyyat fakültəsinin düşərgəsindən Azərbaycan bayrağını endirməsi səbəbi ilə başlayan araşdırma çərçivəsində işdən qovulduğu barədə xəbər yayılmışdı.

Qalmaqal isə Saleh Payın İqtisadiyyat fakültəsinin düşərgəsində Azərbaycan bayrağını endirməsi qərarından sonra başlamışdı. Bildirilirdi ki, professor Ermənistan bayrağının düşərgənin bayraqlar cərgəsindən endirilməsində azərbaycanlı tələbələrdən şübhələndiyi üçün bu qərarı verib və Ermənistan bayrağı yerinə qoyulandan sonra Azərbaycan bayrağının da yerinə qaytarılacağını bildirib.

Bundan narahat olan azərbaycanlı və türk tələbələr isə Azərbaycanın bayrağını asmağa qərar veriblər. Qaydalara uyğun olmamasına baxmayaraq, Uludağ Universitetinin mühafizə polisi tələbələrin bu istəyinə mane olmayıb. Universitetin müəllim heyətindən də dəstək alan tələbələr Azərbaycan bayrağını düşərgədən asıblar.

Bunun ardınca isə Azərbaycan bayrağı qaldıran universitetdəki millətçi tələbələr Saleh Payın cəzalanması tələbi ilə ali məktəbin qarşısında hazırladıqları videonu paylaşıblar. Onlar Ermənistan bayrağının endirilməsində azərbaycanlı tələbələrin heç bir rolu olmadığını, əslində, erməni tələbə təhsil almadığı üçün Ermənistan bayrağının düşərgədən asılmasının qaydalara sığmadığını, Azərbaycan bayrağını endirənin isə ən sərt şəkildə cəzalanmasını tələb ediblər. Türk tələbələrin bu aksiyasına Türkiyənin ziyalıları da ciddi dəstək verib.

Hazırda Türkiyə Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə Uludağ Universitetində olayla bağlı araşdırma aparılır. Əskişəhər Azərbaycan Dərnəyinin başqanı Cavid Aydının verdiyi məlumata görə, professor Saleh Payın ifadəsi də alınıb. S.Payın Azərbaycan bayrağının endiriləcəyi barədə guya hansısa informasiya aldığını və bu səbəbdən bayrağı qorumaq niyyəti ilə belə bir qərar verdiyini ifadəsində qeyd etdiyi bildirilir.

Onu da qeyd edək ki, Saleh Pay İlahiyyat fakültəsinin professoru olsa da, İqtisadiyyat fakültəsinin düşərgəsindən məsuldur.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İlham Əliyev daha 2 SƏRƏNCAM İMZALADIAbel Məhərrəmovun General qardaşı da işdən qovulduNazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur”Prezident Dövlət proqramını TƏSDİQLƏDİAbel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYESadələşdirilmiş vergiylə bağlı DƏYİŞİKLİKRamiz Mehdiyevin “Dağlıq Qarabağ”la bağlı kitabı ərəb dilində çap edildiPrezident İlham Əliyevdən Sumqayıtla bağlı ard-arda - SərəncamlarGənclər və idman komitəsi gənclərə nə vəd edir?Abel Məhərrəmovun vəzifəsini bu XANIM İCRA EDİR - FOTOVergilər Nazirliyinin səlahiyyətləri artırılır"Nərgiz Paşayeva BDU-nun rektor vəzifəsinə real namizəddir" - Kamran ƏsədovBakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir - FOTOPaşinyan Azərbaycanla sərhədə gəldiİlham Əliyev Sumqayıtdan Bakıya qatarla gəldi - FOTOLARŞeyx Almaniyaya gedirPrezident Sumqayıtda səfərdədir - İcra başçısı hesabat verdi + AÇILIŞLARElmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə gedib - SƏBƏB"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - FHN açıqladı“Əmək pensiyaları haqqında” qanun dəyişir - Yeni qaydalarda nə var?Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ!Sumqayıtda daha bir zavodun açılışı oldu - FOTOKüveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olubAbel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMAİdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYEAzərbaycanda ilkin əlillik 61,3 faiz azalıbLaçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.İsrail Azərbaycana yeni səfir təyin etdiBu günə olan valyuta məzənnələriOPEC-in yeni prezidenti yanvardan işə başlayacaqErmənistan cəbhədə təxribat törətdiYeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıbBu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİRNazir vergi dəyişikliklərinin detallarını açıqladıDəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdi