Dovletxeberleri.Az
» » “Ora əxlaqsız gecə klubu idi" - Bakı merindən Çingiz Abdullayevə cavab

10-09-2017, 08:41“Ora əxlaqsız gecə klubu idi" - Bakı merindən Çingiz Abdullayevə cavab

“Ora əxlaqsız gecə klubu idi" - Bakı merindən Çingiz Abdullayevə cavab
BŞİH başçısı Hacıbala Abutalıbov "26-lar kafesi”nin fəaliyyətinin dayandırılması ilə bağlı yazıçı Çingiz Abdullayevin söylədiklərinə münasibət bildirib.

Xəbər verilir ki, Hacıbala Abutalıbov APA-ya açıqlamasında deyib ki, Ç.Abdullayevin dedikləri həqiqətə uyğun deyil: "Çingiz Abdullayev bildirib ki, Yazıçılar Birliyinin balansında olan binada fəaliyyət göstərən "26-lar kafesi” ilə qurum rəhbərliyinin heç bir əlaqəsi olmayıb.

Halbuki, Yazıçılar Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri söyləyir ki, Yazıçılar Birliyinin binasında yerləşən "26-lar kafesi” bu qurum tərəfindən icarəyə verilib. Əldə olunan sənədlər də bir daha bunu sübut edir.

Digər tərəfdən, Çingiz Abdullayev söyləyir ki, 26 adında kafenin Azərbaycan xalqının soyqırımını təşkil etmiş, qaniçən 26 Bakı komissarının adı ilə heç bir əlaqəsi yoxdur. Müsadirə edilən sənədlər isə sübut edir ki, bu kafe "26 kafe” kimi yox, "26-lar Bakı”, "26-lar yaşayır”, "Xanımlara 26-lar kafesində qəlyan çəkmək pulsuzdur” lövhələri ilə bəzədilən "26-lar kafesi” kimi fəaliyyət göstərir”.

Hacıbala Abutalıbov onu da qeyd edib ki, dövlət orqanlarında qeydiyyatdan keçməyən "26-lar yaşayır”, "26-lar Bakı”, "Xanımlara qəlyan çəkmək pulsuzdur” reklamları vurulmuş, əxlaqsız gecə klubu kimi fəaliyyət göstərən "26-lar kafesi”nin Yazıçılar Birliyi tərəfindən icarəyə verilməsi qanunsuzdur: "Sözügedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu "Natəvan” klubuna aiddir. Belə bir yerdə əxlaqsız gecə klubu olan "26-lar kafesi”nin fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir. Çox təəssüf edirəm ki, ziyalıları öz ətrafında birləşdirən Yazıçılar Birliyinin giriş qapısının sol tərəfində böyük lövhədə yazılmış "26-lar kafesi” və həmin kafedə "xanımlara qəlyan çəkmək pulsuzdur” sözləri qurum rəhbərliyini indiyə qədər narahat etməyib”.
Bakı meri onu da qeyd edib ki, hazırda qeyd olunan hallarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və günahkar şəxslər qanuna müvafiq olaraq cəzalandırılacaq.
Xatırladaq ki, bu gün yazıçı Ç.Abdullayev social şəbəkələrdə və bəzi media orqanlarında dünən Yazıçılar Birliyinin binasındakı "26” adlı kafenin fəaliyyətinin dayandırılmasına kəskin münasibət bildirib, həmin kafenin Yazıçılar Birliyi ilə heç bir əlaqəsinin olmadığını qeyd edib və kafenin bu formada bağlanmasının doğru olomadığını vurğulayıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDIMilli Məclisdə beynəlxalq konfrans – 7 saat davam edəcəkAvropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdıTəhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDIAğ Evin mətbuat katibi vəzifəsindən gedirSumqayıtda Muğam Mərkəzinin tikintisi sürətlə aparılırBu gün 81 minə yaxın şagird üçün “son zəng” çalınacaqBirinci vitse-prezident 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış oldu - FOTOLaçınlı tibb işçiləri öz peşə bayramlarını qeyd etdilərQida Təhlükəsizliyi Agentliyinin işçiləri təltif edildi - SƏRƏNCAMHeydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikibSevinc Fətəliyeva: Qazanılan bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanırAzərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı"O yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmlərində baxılacaq"Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edildiAzərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Aga-Əli Əhmədov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində vətəndaşları qəbul etmişdir."ASAN-Xidmət", komitə, məhkəmələr... - Bu qurumlarda 103 vakant vəzifə varMilli Məclisdə bu gün növbədənkənar iclas - Gündəlikdə 36 məsələ var - SİYAHI