Главная > Dünya > Ərdoğan gələn həftə ABŞ-a gedir

Ərdoğan gələn həftə ABŞ-a gedir


7-11-2019, 08:08. Разместил: dovletxeberleri.az
Ərdoğan gələn həftə ABŞ-a gedir
ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında növbəti dəfə telefon danışığı olub.

Dovletxeberleri.az xəbər verir ki, bu barədə Donald Tramp "Twitter" səhifəsində bildirib.

Donald Tramp qeyd edib ki, Türkiyə prezidenti Ərdoğanla çox yaxşı telefon söhbəti olub: "O, münaqişə zamanı qaçdığı bildirilən çox sayda İŞİD döyüşçüsünü, o cümlədən terrorçu qatil əl-Bağdadinin həyat yoldaşı və bacısının ələ keçirilməsi barədə məlumat verdi. Biz, həmçinin Suriya və Türkiyə sərhədi, terrorizmin aradan qaldırılması, kürdlərlə düşmənçiliyin sona çatması və digər məsələlər barədə danışdıq. Gələn çərşənbə günü, 13 noyabrda prezident Ərdoğanı Ağ Evdə görməyi səbirsizliklə gözləyirik".
Вернуться назад