Главная > Dünya > Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın baş naziri istefa verdi


2-09-2019, 13:20. Разместил: dovletxeberleri.az
Gürcüstanın baş naziri istefa verdi
Gürcüstanın baş naziri Mamuka Baxtadze istefa verib. Dovletxeberleri.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, yeni hökumət başçısı daxili işlər naziri Georgi Qaxariya ola bilər.
“Strateji inkişafın əsasları yaradılaraq reallaşdırılmışdı. Ona görə də hazırkı mərhələdə missiyamı yerinə yetirilmiş hesab edirəm”- deyə o yazıb.

Yeni baş nazirin namizədliyi sentybarın 3-də “Gürcü Arzusu” partiyasının siyasi şurasının iclasında müzakirə olunacaq. Bu barədə partiyanın parlament fraksiyasının rəhbəri Georgi Volski açıqlama verib.
Вернуться назад