Главная > Dünya > İranla Rusiya İsrailə qarşı birləşir

İranla Rusiya İsrailə qarşı birləşir


2-09-2019, 08:02. Разместил: dovletxeberleri.az
İranla Rusiya İsrailə qarşı birləşir
"İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 2-də rusiyalı həmkarı Sergey Lavrovla Yaxın Şərqdə İsrailin addımlarını müzakirə edəcək".

Xəbər verilir ki, bu barədə Moskvaya səfər edən İranın xarici işlər naziri bildirib.

Nazir qeyd edib ki, ikitərəfli məsələlərdən başqa tərəflər regional problemləri müzakirə edəcək: "Suriya və Yəmən üzrə koordinasiya lazımdır, eyni zamanda, regionda sionist rejimin təcavüzünü müzakirə edəcəyik”.

Qeyd edək ki, İsrail-Livan sərhədində bu gün vəziyyət kəskinləşib.
Вернуться назад