Главная > Dünya > İraqın Baş naziri Türkiyədə səfərdədi

İraqın Baş naziri Türkiyədə səfərdədi


15-05-2019, 22:10. Разместил: dovletxeberleri.az
İraqın Baş naziri Türkiyədə səfərdədi
İraqın Baş naziri Adil Əbdül-Mehdi Türkiyəyə səfərə gəlib.
Xəbər verilir ki, Ankarada qonağın rəsmi qarşılanma mərasimi olub. İkitərəfli və çoxtərəfli görüşlərdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir Adil Əbdül-Mehdi birgə mətbuat konfransı keçirəcəklər.
Son aylar Türkiyə-İraq münasibətlərində nəzərəçarpacaq dərəcədə istiləşmə müşahidə olunur. Tərəflər arasında qarşılıqlı səfərlər intensivləşib. Türkiyə İraqın ərazi bütövlüyünü dəstəkləyir. Qardaş ölkə İraqdan öz ərazisindəki terrorçu qruplar, o cümlədən PKK və digər təşkilatlar ilə sərt mübarizə aparmasını tələb edir.
Вернуться назад