Главная > Dünya > Ərdoğan "yetər artıq" dedi, CHP və İmamoğlundan cavab gecikmədi - İstanbulda seçki qalmaqalı yenidən qızışdı

Ərdoğan "yetər artıq" dedi, CHP və İmamoğlundan cavab gecikmədi - İstanbulda seçki qalmaqalı yenidən qızışdı


5-05-2019, 06:45. Разместил: dovletxeberleri.az
Ərdoğan "yetər artıq" dedi, CHP və İmamoğlundan cavab gecikmədi - İstanbulda seçki qalmaqalı yenidən qızışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda son 25 ildə ilk dəfə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) qələbəsi ilə nəticələnən bələdiyyə seçkilərinin yenidən keçirilməsini dəstəklədiyinə bəyan edib.

Mia.az xəbər verir ki, o, İstanbulda seçki pozuntularının olduğunu iddia edərək, nəticələrin ləğv olunmasını, seçkinin yenidən keçirilməsini tələb edib.

Ərdoğan deyib ki, İstanbulda çoxsaylı seçki pozuntuları qeydə alınıb və o, YSK-nı (MSK) mübahisələrə son qoyacaq və "adını təmizə çıxaracaq”qərar verməyə çağırıb:

"Mənim adamlarım mənə deyir ki, seçkilər yenidən keçirilməlidir. Mən indiyə kimi bu barədə danışmamışam, susmuşam. Amma artıq yetər. Burada bir çəkişmə var, bu, aydındır. Qanunasuzluq olub, bu da aydındır. Yenidən seçkiyə gedib, xalqdan soruşmaq və onların istəklərini dinləmək lazımdır, nəticə nə olursa olsun, biz qəbul edəcəyik”.

Ərdoğanın bu tələbinə CHP-dən cavab gecikməyib.

CHP-nin sözçüsü Faik Öztrak deyib ki, artıq Ərdoğan və AKP-nin məğlubiyyəti qəbul etmək vaxtıdır: "YSK-nın adını təkcə bir şey təmizə çıxara bilər. Bu da daha öncəki qərarlara əsaslanaraq hərəkət etməkdir”.

İstanbulda qalib gələn Əkrəm İmamoğlu isə AKP-nin şikayətlərinin əsassız olduğunu söyləyib: "Belə çıxır ki, İstanbulun 25 rayonda hər şey təmizdir, bələdiyyə şurasının səsləri əladır, amma merliyə gəldikdə qanunsuzluq var. Biz buna yalnızca gülə bilərik”.

Xatırladaq ki, AKP-nin təkrar seçki tələbi ilə bağlı YSK-nın bazar ertəsi qərar verəcəyi gözlənilir.
Вернуться назад