Главная > Dünya > Çavuşoğlu amerikalı həmkarı ilə görüşdü

Çavuşoğlu amerikalı həmkarı ilə görüşdü


4-04-2019, 07:12. Разместил: dovletxeberleri.az
Çavuşoğlu amerikalı həmkarı ilə görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da bu ölkənin dövlət katibi Mayk Pompeo ilə görüşüb.

Dovletxeberleri.az Türkiyə mediasına istinadən xəbər verir ki, Vaşinqtonda baş tutan görüşdə iki ölkə arasındakı münasibətlər, son hadisələr, habeləikitərəfli əlaqələrin zəruriliyi müzakirə edilib.



Qeyd edək ki, Çavuşoğlu ABŞ-a NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün səfər edib. Nazirlərin görüşü sabah Şimali Atlantika Alyansının 70 illiyi ilə bağlı baş tutacaq.



Daha əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyəyə xitabən bildirib ki, Birləşmiş Ştatlar NATO üzrə müttəfiqlərinin ittifaqın birliyini təhdid edən rəqiblərin silahını əldə etməsinə hərəkətsiz qalmaq dayanmaq niyyətində deyil.
Вернуться назад