Dovletxeberleri.Az
» » Mövlud Çavuşoğlu: ''Türkiyə həm Suriya, həm də İraqdakı koalisiyada təmsil olunur''

22-10-2016, 19:39Mövlud Çavuşoğlu: ''Türkiyə həm Suriya, həm də İraqdakı koalisiyada təmsil olunur''

 Mövlud Çavuşoğlu: ''Türkiyə həm Suriya, həm də İraqdakı koalisiyada təmsil olunur''

“Türkiyə həm Suriya, həm də İraqdakı koalisiyada təmsil olunur”.

“Report”un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə Hərbi Hava Qüvvələri koalisiyada iştirak edir: “Havadan nə vaxt, hara və necə əməliyyat aparılması qərarını hərbçilər verəcək”.
Nazir Türkiyənin İraqın Mosul şəhəri yaxınlığındakı Başika hərbi bazasında təlim verdiyi Ninova mühafizə dəstəsinin əsasən yerli sakinlərdən ibarət olduğunu söyləyib: “Mosul İŞİD terror qruplaşmasından təmizləndikdən sonra şəhərin təhlükəsizliyini təmin etmək üçün bu qüvvələrdən istifadə etmək lazımdır. Hazırda əməliyyatın içərisində onlar aktiv rola malikdir”.

M.Çavuşoğlu həmçinin Mosulun İŞİD terrorçu qruplaşmasından xilasetmə əməliyyatından da danışıb: “Quru əməliyyatını müxtəlif qruplar əvəzinə, İraq ordusunun şəxsən idarə etməsi lazımdır. Hazırda orada İraqın şimalında kürd muxtariyyətinin silahlıları, Ninova mühafizə dəstəsi və digər qüvvələr var. Ona görə də İraqda olan ölkələrin və ya Türkiyənin quru əməliyyatlarına qoşulması gündəmdə deyil. Əgər ehtiyac olsa, özəl qüvvələrimizin köməyindən istifadə edəcəyik”.

“Əgər YPG və PYD (PKK-nın Suriyadakı qolu - "Report") öz yerlərinə çəkilməsə və İŞİD-ə qarşı əməliyyat aparan Azad Suriya Ordusuna hücum etməyə davam etsə, biz də lazım olan addımı atacağıq. Çünki YPG və PYD-nin İŞİD-ə qarşı olduğunu bilirik. Yox, əgər bunun əksini edirsə, deməli, onların məqsədi İŞİD-ə qarşı savaşmaq deyil, Suriyada öz terror dəhlizini yaratmaq istəyidir. Əvvəldən də bəyan etmişik ki, burada belə bir hala icazə verməyəcəyik. Bu səbəbdən də hərəkətlərinə fikir verməlidirlər, yoxsa biz lazımi addımları atacağıq”, - deyə M.Çavuşoğlu əlavə edib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
AYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edibHeydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə“İtirilmiş torpaqlarımız...” silsiləsindən 2-ci HEKAYƏTAzərbaycanda “Əxlaq polisi” yaradılır? - AÇIQLAMAQanun və NəzarətLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü ərazisindəki Alxaslı obasında məcburi köçkünlərlə görüşmüşdürLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiQarabağ həqiqətlərini dünyaya tanıdan Azərbaycan GƏNCLİYİDiaqnostik qiymətləndirilmədən keçən müəllimlərin yeni aylıq vəzifə maaşları - CƏDVƏLBu şəxslər şəhid hesab ediləcək