Dovletxeberleri.Az
» » İstanbulda Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar yürüş keçirildi

27-02-2019, 08:09İstanbulda Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar yürüş keçirildi

İstanbulda Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar yürüş keçirildi

İstanbul şəhərində Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar yürüş keçirilib.

Dovletxeberler.az “Report”a istinadən xəbər verir ki, Azərbaycanın bu şəhərdəki Baş Konsulluğu və İstanbulun Bağcılar Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan izdihamlı yürüşün iştirakçıları şəhərin Bağcılar rayonunun mərkəzi meydanından başlayaraq rayon ərazisində yerləşən Azərbaycan Dostluq parkına doğru hərəkət ediblər.

“Xocalıya Ədalət” şüarları ilə keçirilən yürüşdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, tanınmış şairə Sona Vəliyeva, Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbulun Bağcılar rayonunun icra başçısı Mustafa Eldivan, Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri, Baş konsulluğun, ictimai birliklərin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.

İki kilometr məsafə qət edən yürüş iştirakçıları parkda yerləşən Xocalı abidəsinin önünə qərənfillər qoyublar. Anım tədbiri daha sonra rəsmi hissə ilə davam edib.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, faciə qurbanlarının xatirəsi sükutla yad edilib.

Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Xocalı faciəsini yaxın keçmişin ən böyük insanlıq dramı adlandırıb. O qeyd edib ki, Xocalı soyqırımı sadəcə Azərbaycana qarşı deyil, bütün türk dünyasına qarşı işlənən cinayətdir. Bu dəhşətin heç zaman unudulmamalı olduğunu deyən millət vəkili bildirib ki, bir gecədə öldürülən 613 günahsız insanın ahını alan şəxslərin haqq-ədalət qarşısında cavab verəcəkləri gün yaxındadır.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanın artıq 30 ildir Cənubi Qafqazda sülh axtarışında olduğunu bildirib:

"Biz, 27 ildir Xocalıya ədalət axtarırıq. Bu müddət ərzində biz bu faciənin nəticələrini dünyaya çatdırmaqla məşğuluq. Əlbəttə, gördüyümüz işlər var. Biz, Türkiyə Respublikası və türk xalqının dəstəyi ilə dünyanın böyük bir qisminə bu qətliamın həqiqətlərini çatdıra bilmişik. Türkiyə də daxil olmaqla, dünyanın demək olar ki, bütün xalqları, dövlətləri Xocalıda nələrin baş verdiyini bilirlər. Bugünədək ABŞ-ın 22 ştatı daxil olmaqla, dünyanın bir çox ölkəsi Xocalıda baş verənləri qətliam olaraq qəbul edib. Biz Xocalıda baş verənləri tanıtmaq istiqamətində işlərimizi davam etdiririk. Xocalıya ədalət axtarışı artıq Azərbaycanın dövlət politikasıdır və bu siyasəti artıq yalnız Azərbaycan deyil Türkiyə Respublikasının yardımı və türk xalqının iştirakı ilə biz həyata keçiririk. 2007-ci ildən başlayaraq, Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayib Ərdoğan və İlham ƏliyevBakıda Azərbaycan-Türkiyə diaspora quruluşlarının toplantısı kçirilib. O toplantıdan başlayaraq, biz, iki dövlət olaraq diaspora qurumlarımızı birləşdirmişik və yeganə diaspora siyasəti yürüdürük. Bu gün dünya ölkələrində bizim kimi, türklər də Xocalıya ədalət axtarışında iştirak edirlər. Bu günlərdə Türkiyənin hər bir bölgəsində Xocalı qətliamı yad edilib".

Digər çıxış edənlər İstanbulun mərkəzi yerlərindən birində Xocalı soyqırımı qurbanlarının adının yaşadılmasını, Azərbaycan - Türkiyə qardaşlığına bariz nümunə kimi qiymətləndiriblər. Vurğulanıb ki, Azərbaycan-Türkiyə dostluq parkının salınması və Xocalı abidəsinin ucaldılması acılarımıza göstərilən ehtiram, eləcə də sülh çağırışıdır.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurma: 2 nəfər öldüAzərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunubABŞ Suriyanın terrorçulardan təmizləndiyini açıqladıTəhsil Nazirliyi 8 şagirdi ABŞ-a göndərir - ƏMRKasprşik Paşinyanla Qarabağ münaqişəsini müzakirə etdiTürkiyədə ABŞ dolları kəskin bahalaşdıAdil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLARİran XİN başçısı Türkiyəyə getdiBu şəxslərə gələn aydan Prezidentin təqaüdü veriləcəkNazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdiMəkanların artması seçimlərin artması deməkdir.Ərdoğan Trampın bəyanatını sərt tənqid etdiMoskvada möhtəşəm Novruz şənliyi keçirilirPakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdiƏdalətli qələm dostumRusiyadan NATO açıqlamasıKredit qaydaları dəyişir: faiz dərəcələri"İşğal ərazilərdəki rejim Ermənistanın dəstəyi hesabına mövcuddur" - XİN-dən AÇIQLAMANATO-nun baş katibi Gürcüstana gəlirAzərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİBUşaq pulu ilə bağlı nazirlikdən vacib açıqlamaKamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdiƏsgərlərin Novruz bayramı - FOTOLARAtılan addımlar milli birliyə xidmət edir“Əli İnsanov həddini aşıb” – YAP-çı deputatdan sərt reaksiyaAzərbaycana yaz fəsli gəldiTürkiyədə zəlzələ oldu, məktəblər bağlandıBank rəhbəri vəzifəsindən azad edildi - TəyinatPrezident İlham Əliyev Azərbaycan xalqını təbrik edibİlham Əliyev Nursultan Nazarbayevə zəng elədi"Dragon"- kikboksinq idman klubunun açılışı oldu.Zakir Həsənov Pakistana rəsmi səfərə gedəcəkPrezident göstəriş verdi - təhsil, səhiyyə, məhkəmə-hüquq sistemi üçün yeni islahatlar paketi hazırlanırKənd təsərrüfatı üçün kreditlərin verilməsi qaydası ləğv olunduMehriban Əliyeva Azərbaycan xalqını təbrik etdiBAHAR GƏLİRPrezident və birinci xanım Novruz şənliklərindəAzərbaycanda bank faizləri ilə bağlı yeni qərar qəbul olunacaqBu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunurAzərbaycan demokratiya yolunda inamla irəliləyirFizuli Məmmədov növbəti dəfə Qarabağ qazilərinə mənzil hədiyyə etdi - FotolarPrezidentdən 20 Yanvar, Çernobıl və müharibə veteranları ilə bağlı - SərəncamPrezident Səhiyyə Nazirliyinə vəsait ayırdı - MəqsədAğcabədi rayonunda əhalinin tibbi müayinəsi davam etdirilir.İlham Əliyevdən xalqa Novruz TƏBRİKİNovruz bayramı laçınlılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qeyd edilmişdir.Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Sadınlar obasında görüş-səyyar qəbul keçirilmişdirFüzulidə Novruz şənliyi keçirildi - Bahar Muradova Horadizə getdiSumqayıt bulvarında möhtəşəm Novruz şənliyi - FOTOLARAzərbaycanda övladlığa götürmə qaydaları DƏYİŞİR