Dovletxeberleri.Az
» » Azərbaycan abidələri Misirdə təbliğ ediləcək

23-02-2019, 08:02Azərbaycan abidələri Misirdə təbliğ ediləcək

Azərbaycan abidələri Misirdə təbliğ ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nümayəndə heyəti və ölkəmizin Misirdəki səfirliyinin məsul əməkdaşları Misirin tarixi abidələr nazirinin müavini Mustafa Amin Mustafa ilə görüşərək danışıqlar aparıblar. Tarix İnstitutundan Modern.az-a verilən məlumata görə, bu görüşü Azərbaycanın Misirdəki səfirliyi təşkil edib.



İnstitutun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanın Misir kimi qədim sivilizasiya mərkəzi olduğunu bildirərək, nazir müavininə Azıx mağarası, Qobustan qayaüstü rəsmləri, Nuh tufanı - Naxçıvan və s. haqqında məlumatlar verib.



Mustafa Amin Mustafa qeyd edib ki, onlar Azərbaycan abidələrinin, o cümlədən işğal altında olan və tarixi Azərbaycan torpaqlarında yerləşən mədəni memarlıq irsinin Misirdə, Misir abidələrinin isə Azərbaycanda təbliğinə hazırdırlar.



Tarix İnstitutu və Misirin tarixi abidələr nazirliyi birgə konfransların keçirilməsi və əsərlərin nəşri barədə razılığa gəliblər.



Daha sonra Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Elmi Araşdırmalar Akademiyasının vitse-prezidenti Samih Hamdi Surur ilə görüşüb.



Görüşdə Yaqub Mahmudov bildirib ki, azərbaycanlı alimlər bütün İslam dünyasına yayılıb və olduqları yerlərdə mədəniyyətin inkişafına töhfə veriblər. Bunun nəticəsidir ki, İbrahim Gülşəninin qəbri Qahirədə, İmadəddin Nəsiminin qəbri Hələbdə, Məhəmməd Füzulinin qəbri Kərbəlada, Nəsirəddin Tusinin qəbri isə Bağdaddadır.



O qeyd edib ki, Səlahəddin Əyyubi Azərbaycan və Misirin ortaq qəhrəmanıdır: “O, əslən Azərbaycandandır”.



Tarix İnstitutu ilə Misir Elmi Araşdırmalar Akademiyası arasında elmi əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub.



Akademik Misirin tarixi abidələr nazirliyinə və Misir Elmi Araşdırmalar Akademiyasına Tarix İnstitutunun ərəb dilindəki nəşrlərini – “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitablarını təqdim edib.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDIMilli Məclisdə beynəlxalq konfrans – 7 saat davam edəcəkAvropa Mərkəzi Bankı Rəsulzadənin şəkli olan evro pul nişanı buraxdıTəhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDIAğ Evin mətbuat katibi vəzifəsindən gedirSumqayıtda Muğam Mərkəzinin tikintisi sürətlə aparılırBu gün 81 minə yaxın şagird üçün “son zəng” çalınacaqBirinci vitse-prezident 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış oldu - FOTOLaçınlı tibb işçiləri öz peşə bayramlarını qeyd etdilərQida Təhlükəsizliyi Agentliyinin işçiləri təltif edildi - SƏRƏNCAMHeydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikibSevinc Fətəliyeva: Qazanılan bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanırAzərbaycanda 5 km 100 m uzunluqda Dövlət Bayra­ğı hazırlandı"O yerdə ki, sahibkarlıq münasibəti var, ona kommersiya məhkəmlərində baxılacaq"Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edildiAzərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Aga-Əli Əhmədov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində vətəndaşları qəbul etmişdir."ASAN-Xidmət", komitə, məhkəmələr... - Bu qurumlarda 103 vakant vəzifə varMilli Məclisdə bu gün növbədənkənar iclas - Gündəlikdə 36 məsələ var - SİYAHI