Dovletxeberleri.Az
» » Seçkinin son nəticəsi açıqlandı: İnqilab geri qayıdır

29-10-2018, 09:18Seçkinin son nəticəsi açıqlandı: İnqilab geri qayıdır

Seçkinin son nəticəsi açıqlandı: İnqilab geri qayıdır
Saat 17:00-a olan məlumata görə, Gürcüstanda seçici fəallığı 38,6% təşkil edib.

Dovletxeberleri.az xəbər verir ki, səsvermədə iştirak etmiş seçicilərin sayı 1 milyon 337 min 284 nəfərdir.

Ən yüksək seçici fəallığı Ambrolauri (53,6%), ən aşağı seçici fəallığı isə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda (28,7%) qeydə alınıb.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri üzrə səsvermə saat 20:00-da başa çatacaq.

***

Artıq bütün ölkə üzrə seçki məntəqələri bağlanıb. Hazırda səslərin sayılması prosesinə start verilib.

Bu arada açıqlanan eksit-pollar isə fərqli nəticələrlə gündəmi zəbt edib. "Psixolayihə" təşkilatının sorğusuna görə, hakim Gürcü Arzusu Partiyasının namizədi Zurabişvili 52,3 faizlə liderlik edir, ikinci yerdə isə Saakaşvilinin partiyasının da dəstəklədiyi müxalifətin "Güc Birlikdədir" koalisiyasının namizədi Qriqol Vaşadze 28,1 faizlə gəlir.

Avropa Gürcüstanı Partiyasının sifarişi əsasında eksit-poll keçirən BCG şirkəti isə namizədlərdən heç birinin 50+1 faiz səs toplaya bilmədiyini və deməli, ikinci turun keçiriləcəyi ehtimalını irəli sürüb.

BCG şirkətinin nəticələrində Vaşadze 37%, Zurabişvili 34%, Avropa Gürcüstanı Partiyasının namizədi Bakradze isə 17% səs toplayıb.

***

Avropa Gürcüstanı Partiyasının namizədi, eks-spiker David Bakradze seçkilərdə məğlub olduğunu etiraf edib.

Lakin o, geri çəkilməyəcəyini, mübarizəni davam etdirəcəyi ilə bağlı söz verib.

Qeyd edək ki, bütün eksit-poll nəticələrində Bakradze 3-cü yerdə qərarlaşıb.

Partiyanın sədri Giqi Uqulava isə bəyan edib ki, əgər ikinci tur olarsa, Avropa Gürcüstanı müxalifətin namizədi olan Vaşadzeni dəstəkləyəcək.

***

Eks-prezident Mixail Saakaşvili Qriqol Vaşadzenin seçkidə qalib gəldiyinə inandığını açıqlayıb.

***

Gürcüstan MSK seçkidə 46,74 faiz seçicinin iştirak etdiyini elan edib.

***

Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze XİN-in keçmiş rəhbəri, hazırda hakim partiyanın və şəxsən Bidzina İvanişvilinin dəstəklədiyi müstəqil namizəd sayılan Salome Zurabişvilini qələbə münasibəti ilə təbrik edib.

Tiflis meri, Gürcü Arzusu Partiyasının baş katibi Kaxa Kaladze də dəstəklədikləri namizədi vaxtından əvvəl təbrik edənlər sırasına qoşulub.

Zurabişvili isə hələ qələbəsini qeyd etmədiyini, rəsmi nəticələri gözlədiyini açıqlayıb.

Bu arada daha iki eksit-poll nəticəsi açıqlanıb. Bu nəticələrə görə də namizədlərdən heç biri 50+1 faiz səs toplaya bilməyib.

***

Politoloq Şklyarov anonim monitorinq keçirildiyini və seçki ilə bağlı 1400-dən çox pozuntu aşkarlandığını bildirib (Ətraflı BURADA).

Saakaşvilinin tərəfdarları isə seçkinin saxtalaşdırılacağı təqdirdə buna qarşı kütləvi aksiyalar keçiriləcəyi barədə xəbərdarlıq ediblər.

Bəzi müşahidəçilər kütləvi aksiyaları istisna etmirlər.

***

Az öncə Zurabişvilini təbrik edən və onun qəti qələbə çaldığına əminliyini bildirən İrakli Koxabidze seçkilərin ikinci turunun olacağını bəyan edib.

Onun sözlərinə görə, bu nəticə hakim partiya nümayəndələrinin də iştirak etdiyi seçki məntəqələrinin 1000-dən artığının nəticələrinin təhlilinə əsaslanır.

Koxabidze deyib ki, ikinci tur vaşadze və Zurabişvili arasında olacaq.

***

Mərkəzi Seçki Komissiyası ilk rəsmi nəticəni açıqlayıb.

Məlumata görə, 3705 məntəqənin 512-də nəticələr hazırdır. Belə ki, ümumilikdə bülletenlərin 13,82 faizi sayılıb. Hazırkı nəticələrə görə, Zurabaşvili 40,05, Vaşadze isə 37,93 faiz səs toplayıb.

Bakradze 10,83 faizlə 3-cüdür.

***

M.Saakaşvili keçmiş partiyadaşı Bakradzeyə və Avropa Gürcüstanı Partiyasına mövqelərinə görə təşəkkür edib. Saakaşvili bildirib ki, Bakradzenin məğlubiyyəti qəbul etməsi və partiyanın ikinci tur olacağı təqdirdə müxalifətin namizədi Vaşadzeni dəstəkləyəcəyini bəyan etməsi ikinci turda müxalifətin yenidən, qızılgül inqilabındakı kimi, birləşməsi anlamına gəlir və bu da qələbə deməkdir.

***

Bülletenlərin 20,19%-i sayılıb. Hazırkı nəticəyə görə Zurabişvili 43,05, Vaşadze isə 35,35% səs toplayıb.

Bakradze 10,56 faizlə 3-cü yerini qoruyur.

***

Gürcüstan Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin 98,89%-nin nəticəsini açıqlayıb.

Bu nəticəyə görə, Salome Zurabişvili 38,61%, Qriqol Vaşadze isə 37,72% səs toplayıb.

David Bakradze (10,99%) qərarlaşıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Küveyt Dövlətinin Azərbaycandakı səfiri Sumqayıtda olubAbel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMAİdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYEAzərbaycanda ilkin əlillik 61,3 faiz azalıbLaçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.İsrail Azərbaycana yeni səfir təyin etdiBu günə olan valyuta məzənnələriOPEC-in yeni prezidenti yanvardan işə başlayacaqErmənistan cəbhədə təxribat törətdiYeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıbBu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİRNazir vergi dəyişikliklərinin detallarını açıqladıDəfn qaydalarının pozulmasına görə cərimələr qüvvəyə mindi - VİDEOAbel Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılma səbəbləri məlum oldu - VİDEOEldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdiDaha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRARİlham Əliyev Bakıya mer təyin etdi - SƏRƏNCAM“Kim Azərbaycan dilini bilmirsə, gəlib parlamentdə oturmasın” – Spikerdən XƏBƏRDARLIQSabahdan Azərbaycanda məktəblər bağlanır“Qəbələ”nin məşqçisi qəzada həlak olduBu gün Millətlər Liqasında 9 oyun keçiriləcək - TƏQVİMErmənistan cəbhədə təxribat törətdiMilli Qəhrəmanın anım günüdürZakir Fərəcov 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında olduDövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında qanun imzalandıDövlət Bayrağının təsviri təsdiq edilibPrezident himnimizlə bağlı qanunu imzaladıXanım deputat şəhid ailələri ilə bağlı hökumətə təklif verdiBMT Təhlükəsizlik Şurası təcili toplandıPensiya yaşına yenidən baxılsın! - Milli Məclisdə hökumətə MÜRACİƏT EDİLDİLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2018-ci il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiVətəndaşların “kupça” almasına MTK-lar mane olurDaşkəsəndə dəhşətli yanğın - Dördü uşaq olmaqla 5 nəfər öldü (TƏFƏRRÜAT)Komitə sədri əlilliklə bağlı 2 nazirliyə çağırış etdiBeyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman xanım Rüstəmova haqqında yazılanlar böhtan və qərəzlidirTeleradio Şurası televerilişlərin və aparıcıların “QARA SİYAHI”sını hazırladı - ÖZƏLAzərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər? — XİN-dən açıqlamaLaçın qaçqınları Məşğulluq Mərkəzinin fırıldaqları-VİDEOMÜRACİƏTMəmmədyarov-Mnatsakanyan görüşü olacaq – Rəsmi Bakıdan AÇIQLAMANazir: “Əlillik meyarları dəyişəcək - I, II, III qrup əlillik anlayışı sovetlərdən qalıb” - EKSKLÜZİVAtəşkəsin pozulması intensivliyi artıbAzərbaycanda yeni məktəbəqədər təhsil müəssisələri yaradılacaq“Baş nazir təyin olunmasından qısa müddət sonra Azərbaycanı ziyarət edir” — İlham Əliyev işçi nahardaİlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdüDeputatdan banklara sərt İTTİHAMLAR“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildiBaş nazir Novruz Məmmədov Slovakiyalı həmkarı ilə görüşdü - FOTOƏƏSMN-də daha bir dəyişiklik - Aparata müvəqqəti rəhbər təyin olunubQənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdıMəcburi köçkünlərin binasında YANĞIN - FOTOLAR