Dovletxeberleri.Az
» » Ermənistan hökuməti Paşinyanla danışıqları dayandırdı

25-04-2018, 07:28Ermənistan hökuməti Paşinyanla danışıqları dayandırdı

Ermənistan hökuməti Paşinyanla danışıqları dayandırdı
Biz imkan verə bilmərik ki, Respublika Partiyası (RP) öz liderini qurban verərək, hakimiyyətini qoruyub saxlasın.

Bunu müxalifət lideri Nikol Paşinyan hökumətlə danışıqların ləğvindən sonra sosial şəbəkədən etdiyi video-müraciətində bildirib.

Onun sözlərinə görə, Respublika Partiyası ilə danışıqların davam etdirilməsi planlaşdırılmışdı. “Baş nazir əvəzinə, parlament sədrinə və Respublika Partiyası parlament fraksiyasının rəhbərinə 3+3 formatında görüş təklif etdim. Təklifdə bildirdim ki, danışıqlar jurnalistlərin iştirakı ilə və bizim 4 tələbimiz ətrafında aparılsın”, - Paşinyan bildirib.

Yalnız bir tələblərinin – Sarkisyanın istefası – yerinə yetirildiyini bildirən N.Paşinyan qeyd edib ki, Respublika Partiyası Sarkisyanın istefaya getməsi ilə hakimiyyəti qoruyub saxlayacağını düşünür: “Məsələ Sarkisyanın şəxsiyyətində deyil. Biz imkan verə bilmərik ki, RP-nin namizədi baş nazir olsun. RP hakimiyyətdə qala bilməz. Xalq qalib gəlib və bu qələbə möhkəmlənməlidir”.

Paşinyan sonda xalqa çağırış edib: “Xalqı vətəndaş itaətsizliyinə çağırıram. Respublika meydanında 11:00-da toplaşaq. Hərəkatda iştirak edən şəxslərdən heç biri razı olmaz ki, başladığımız iş axıra çatmasın. Bizə daha bir həftə lazımdır ki, qələbəmizi möhkəmlədək”.

Beləliklə, bundan öncə deyildiyi kimi, 25 aprel mitinqi saat 19:00-da yox, 11:00-da başlayacaq.

**

23:38(24.04)

Müxalif lider Nikol Paşinyan və baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyan arasında danışıqlar ləğv edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi Tiqran Avinyan yayıb.

O bildirib ki, danışıqların nə vaxt baş tutacağı bilinmir.

Avinyan bildirib ki, Paşinyan danışıqların elan edildiyi istiqamətdə getməsini tələb edir: “Yəni hakimiyyətin dinc yolla təhvil verilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi. Həmçinin Respublika Partiyasından heç kim müvəqqəti hökumətə rəhbərlik edə bilməz.

Respublika Partiyası isə məsələnin bu cü qoyuluşuna qarşıdır”.

Onun sözlərinə görə, aprelin 25-də saat 19:00-da "Respublika" meydanında mitinq keçiriləcək.

Qeyd edək ki, bundan öncə N.Paşinyan Respublika Partiyasının heç bir üzvünün baş nazir ola bilməyəcəyini bildirmişdi: "Baş nazir vəzifəsinə xalq arasından seçilmiş biri irəli sürülməlidir. Ermənistanın Respublikaçılar Partiyasından belə bir namizəd ola bilməz. Bu partiyanın erası bitib. Onlar hakimiyyəti əllərində saxlamağa cəhd göstərməməli və sakit təhvil verməlidirlər".
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Cəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlibMüdafiə Nazirliyi cəbhədən xəbər yaydıQarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEORamiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşübŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildiRuhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaqGürcüstan müxalifəti parlamenti mühasirəyə alıb“Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılırBakıda ağır yol qəzası - ölənlər və yaralılar varMehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun!”Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdiAzərbaycan xalqının Dirçəliş GünüƏrdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?Müdafiə naziri toplantı keçirdiQızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcək