Dovletxeberleri.Az
» » Ermənilərin əsir götürdüyü 29 azərbaycanlı uşaq...

26-01-2018, 07:55Ermənilərin əsir götürdüyü 29 azərbaycanlı uşaq...

Ermənilərin əsir götürdüyü 29 azərbaycanlı uşaq...
“Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 2017-ci il sentyabrın 1-nə olan statistikasına görə, itkin düşmüş 3868 azərbaycanlıdan 3126-sı hərbçi, 742-si isə mülki şəxs olub. Mülki şəxslər arasında 62 uşaq, 262 qadın və 302 yaşlı insan olub. Bundan əlavə, əldə edilən məlumata əsasən itkin düşmüş 3868 nəfərdən 872-si erməni hərbçiləri tərəfindən əsir və girov götürülüb. Onlardan 591-i hərbçi, 281-i isə mülki şəxsdir. Bu mülki şəxslərin arasında 29 uşaq, 98 qadın və 111 yaşlı insan var”. Modern.az xəbər verir ki, bunu “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzə ilə bağlı müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev bildirib.



R.Rzayev qeyd edib ki, uşaqlar gələcəyimizdir və bu gün onlara göstərdiyimiz qayğı gələcək, stabil inkişaf edən dünyamıza investisiyadır. Məruzədə İraq, Suriya, Yəmən, Myanma kimi ölkələrdə uşaqların kütləvi olaraq silahlı münaqişələrə cəlb edilməsinə toxunulduğunu vurğulayan deputat belə ölkələrdə uşaqların zorakılıqdan, ölümdən praktiki müdafiəsinin olmamasını diqqətə çatdırıb. Bildirib ki, hər bir silahlı münaqişədə uşaqlar zorakılıq və ölümə məruz qalan ən zəif təbəqədir. Aldıqları travmalar ömürləri boyu onları təqib edir və onlarda zorakı davranışlar adəti yaradır.



Avropada dondurulmuş, həllini gözləyən və postmünaqişə zonalarında da uşaqların vəziyyətindən danışan deputat deyib: “Gələcək nəsillərimizi qorumaq, onlara problemlər qoymamaq üçün məruzədə təklif olunduğu kimi, silahlı münaqişələrin sülh yolu ilə həlli üçün Avropa ölkələrinin öhdəlikləri ilə bağlı söylənilən fikirləri dəstəkləyirəm. Suriyada qətlə yetirilmiş 5 yaşlı Omran Dakşenanın taleyi bir daha göstərir ki, münaqişələrin, müharibələrin qurbanları məsum uşaqlardır, onlar belə şəraitdə yaşayaraq hərbi həyata adət edirlər. Əminəm ki, biz təqdim olunan məruzəni yekdilliklə dəstəkləyəcəyik”.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Gürcüstan müxalifəti parlamenti mühasirəyə alıb“Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılırBakıda ağır yol qəzası - ölənlər və yaralılar varMehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun!”Vilayət Eyvazov İnterpolun yeni rəisini şəxsi heyətə təqdim etdiAzərbaycan xalqının Dirçəliş GünüƏrdoğan Atatürkdən sonra Türkiyənin ən böyük lideridir?Müdafiə naziri toplantı keçirdiQızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdiPrezident İlham Əliyev bir qrup müsəlman din xadimlərini qəbul edib - FOTOSona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər4 hakimə töhmət verildi, 2 hakim haqda intizam icraatı başladı - 1 hakimsə qovulduSabahdan məktəblərdə tətil başlayırErmənistan atəşkəsi 20 dəfə pozduNazilikdən işsizlərlə bağlı yenilik“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - Üç DEPUTATPrezident dünyanın dini liderlərinin şərəfinə rəsmi ziyafət verdi - FOTOLAR“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” – Qənirə PaşayevaABŞ-da Ərdoğanla Trampın görüşü başa çatıb.YenilənibMehriban Əliyevanın göstərişi ilə şəhid ailəsinin borcu silindiBMT Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəldiİlham Əliyev Amerika Yəhudi Təşkilatlarının sədr müavinini qəbul edibLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiPrezident İranın nümayəndə heyətini qəbul edibRamiz Mehdiyev AMEA-da islahatlara başlayırVitse-spikerdən tələbə yataqxanaları ilə bağlı - TƏKLİF"Qarşıdakı illərdə biz irəliləyiş görəcəyik" - Mikayıl CabbarovNazir müavini Ucarda dərs prosesini izləyibOqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİİnam Kərimov daha iki direktoru işdən çıxardıElşad Həsənov kollektivə təqdim olundu“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə Laçın rayon rəhbərliyinin görüşü keçirilmişdirAğcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildiAmerikada milli musiqimizi təbliğ edən azərbaycanlı -“Facebook” onlayn ödəmə xidmətini işə saldı“Dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır”Prezident “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyi təsdiq etdiAğcabədi, Ağdam, Zərdab və Laçın rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib.İlham Əliyev BƏƏ-nin İqtisadiyyat nazirini qəbul edibOrta məktəblərdə 5 gün dərs olmayacaqAzərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİMSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldıPrezident və birinci xanım ağacəkmə aksiyasındaOrta məktəblərdə çalışanların diaqnostik imtahanı keçiriləcəkParlament jurnalistlərindən 5 rayonda bayraq aksiyası – FOTOLARZakir Fərəcov Muğam Mərkəzində görülən son tamamlanma işləri ilə tanış olubRövnəq Abdullayev Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb - FOTOValideyn və şagirdlərin nəzərinə - Sabah bu məktəblərdə dərs olacaqİran yeni hərbi yük avtomobilini təqdim edibƏrdoğan bu məsələyə görə Putinə zəng etdi