Dovletxeberleri.Az
» » 167 QHT-nin layihəsinə pul ayrıldı - Şurada iclas

9-06-2017, 07:21167 QHT-nin layihəsinə pul ayrıldı - Şurada iclas

167 QHT-nin layihəsinə pul ayrıldı - Şurada iclas

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şuranın mətbuat xidmətindən verilən məlumaat görə, şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan şuranın 2017-ci il ikinci qrant müsabiqəsinin yekunları, Apelyasiya Komissiyasının müraciət tarixinin müəyyən edilməsi, müsabiqədənkənar fonda daxil olan müraciətlərə baxılması üzrə Komissiyanın yaradılması, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili üçün İşçi Qrupunun yaradılması barədə məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.

Vüsal Quliyev 11 aprel - 8 may 2017-ci il tarixlərində ərizə və layihə qəbulu həyata keçirilən ikinci qrant müsabiqəsində iştirak üçün 318 QHT-nin ərizə təqdim etdiyini deyib. Onlardan 292 təşkilat müsabiqəyə layihə göndərib. Şuranın sədr müavini müsabiqə prosesinin Şuranın təlimat və qərarlarına müvafiq şəkildə təşkil olunduğunu bildirib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2017-ci il ikinci qrant müsabiqəsinə təqdim olunan 292 layihədən 272-sinin qeydə alındığını deyib.

20 layihədə isə texniki səhvlər olduğundan qeydə alınmayıb: "Texniki səhvlərin düzəlişi ilə bağlı Şuraya 48 müraciət daxil olub ki, onlardan da 45-i müsbət həll olunub. Layihələrin qeydiyyatı zamanı əlavə edilən sənədlərdə (layihə təklifi, icra planı, xərclər smetası) təşkilatın və ya təşkilatın sədrinin adının yazılması, əlavə edilən sənədlərin Şuranın müəyyən etdiyi formalara uyğun olmaması, büdcənin müəyyən olunan məbləğdən çox olması, təqdim edilən layihə təkliflərinin başqa QHT-yə aid olması və s. kimi səhvlər aşkarlanıb”.

Fərasət Qurbanov bildirib ki, layihələrin qiymətləndirilməsində 8 ekspert iştirak edib
.
Şura üzvləri Şahin İsmayılov, İlqar Məmmədov, Sahib Məmmədov, Əliməmməd Nuriyev, Rufiz Qonaqov, Anar Xəlilov və Emin Həsənli çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı bağlı rəy və təkliflərini bildiriblər.

Yekun olaraq şura üzvləri ekspertlərin və Büdcə Komissiyasının rəyini nəzərə alaraq 167 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul ediblər.

Müsabiqənin nəticələrindən narazı qalan QHT-lər 20 iyun 2017-ci il, saat 17:00-dək Apelyasiya Komissiyasına yazılı və elektron qaydada (e-apellyasiya@cssn.gov.az) müraciət edə bilərlər.
Şura üzvləri həmçinin müsabiqədənkənar fonda daxil olan müraciətlərə baxılması üzrə Komissiyanın yaradılması barədə də qərar veriblər.

İclasda 2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili üçün şura üzvləri və Katiblik əməkdaşlarından ibarət İşçi Qrupun yaradılması haqqında qərar qəbul olunub.

Müsabiqənin nəticələri ilə Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az saytları vasitəsilə tanış olmaq mümkündür.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olunduLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə keçirilmişdir.Şəhid ailələri və Qarabağ əlillərinə ev verildiSevinc Fətəliyeva: Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdurMəktəb direktoru olmaq istəyənlər növbəti sınağa çəkilirGünay Əfəndiyevanın fondu Milli Konservatoriya ilə memorandum imzaladıDilqəm Əsgərovla Şahbaz Quliyev erməni hərbçilərlə dəyişdirilə bilərGüləşçimiz 2-ci dəfə dünya çempionu olduRamiz Mehdiyev Belarusun dövlət katibi ilə görüşdü - Ramil Usubov və Fuad Ələsgərov da müzakirədə olubAYB-nin Sumqayıt bölməsinə YENİ TƏYİNATLaçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin 2019-cu il üçün vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq növbəti qəbulu keçirildiƏli Əhmədov Yeni Azərbaycan Partiyasının təqaüdünü alan tələbə-gənclərlə görüşübZakir Həsənov təlimlərin gedişi barədə məruzəni dinlədiBalababa Rzayev rəisi işdən çıxarır, 2 il sonra eyni posta geri gətirilir - "Azərişıq"da yeni təyinatİcra başçısı müavinini işdən çıxardıDovletxeberleri.az İlqar Mehtiyevi təbrik edir!Azərbaycan Üzeyir Musiqi gününü qeyd edirLaçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun “Qobu Park” yaşayış massivində keçirilmişdirElinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYEKomitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanırRövşən Rzayev 30-dan çox köçkünü qəbul etdiPrezident xanım naziri qəbul etdi - FOTOCeyhun Bayramov Basqalda orta məktəbinin AÇILIŞINDA15 sentyabr - Bilik günüdürPrezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDANuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandanDeputat: “Sosial evlərlə bağlı şərtlərə yenidən baxılmalıdır!”Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Sabirabad rayonunun ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Saatlı rayonunda keçirilmişdirMehriban Əliyevadan Bilik günü təbriki - FOTOPrezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edibVilayət Eyvazovdan ƏMR: Bu ərazilər nəzarətə götürüləcəkƏli Həsənov: Milli birlik, həmrəylik Azərbaycanın alternativsiz reallığıdırNaxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı CORLEAP-ın həmsədri seçilibYAP Qaradağ rayon təşkilatının Gənclər Birliyi ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçiribAğcabədi Regional Mədəniyyət idarəsi Laçın rayon mərkəzi kitabxananın işçiləri Aprel döyüşlərində şəhid olmuş Ülvin Məmmədovun ev muzeyində oldular və ailə uzvüləri ilə görüş keçirmişdilər.ADPU-nun Ağcabədi filialına yeni təyin olunan direktor kollektivə təqdim edildi."Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdirBakı metrosu işıq sönəndə də işləyəcəkQarabağ icması Fransa hökumətinə çağırış edib"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf XələfovAzərbaycanda kimlərin uşaqlarına müavinət verilir? - Nazirlik AÇIQLADIİcra başçısından şok addım: yubileyə 3 milyon xərcləyəcəkMüharibə əlillərinə daha 50 maşın verildi“Öndəki birincilər” layihəsi çərçivəsində tədbir keçirilmişdir.DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaqAZAL təyyarə bələdçisi vəzifəsinə qəbul elan edibNovruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik edibPresident Ilham Aliyev viewed work done at Khatai station of Baku Metroİlham Əliyev AŞPA prezidentini qəbul edib