Dovletxeberleri.Az
» » Fransada birinci tur prezident seçkilərində Emmanuel Makron qalib gəlib - YENİLƏNİB-5 - YEKUN NƏTİCƏLƏR

24-04-2017, 08:25Fransada birinci tur prezident seçkilərində Emmanuel Makron qalib gəlib - YENİLƏNİB-5 - YEKUN NƏTİCƏLƏR

Fransada birinci tur prezident seçkilərində Emmanuel Makron qalib gəlib - YENİLƏNİB-5 - YEKUN NƏTİCƏLƏR
Fransada birinci tur prezident seçkilərinin qalibi müəyyənləşib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, artıq bülletenlərin 100 faizi hesablanıb.

Sabiq iqtisadiyyat naziri, “En Marche” Hərakatının lideri Emmanuel Makron 23,75%, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21, 53 % səs toplayıb. Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 19,91 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64 faiz səslə dördüncü yerdə qərarlaşıb.

Beləliklə, Fransada prezident seçkilərinin ikinci turuna Le Pen və Makron adlayıb. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

***

06:03

Fransada birinci tur prezident seçkilərinin nəticələri açıqlanır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda bülletenlərin 97 faizi hesablanıb.

Sabiq iqtisadiyyat naziri, “En Marche” Hərakatının lideri Emmanuel Makron 23,86%, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21, 45% səs toplayıb.

Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 19,94 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,62 faiz səslə dördüncü yerdə qərarlaşıb.

Beləliklə, Fransada prezident seçkilərinin ikinci turuna Le Pen və Makron adlayıb. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

“Euronews” qeyd edir ki, “Milli Cəbhə” partiyası prezident seçkilərində ilk dəfə olaraq 7 milyona yaxın səs toplayıb. Buna baxmayaraq, rəy sorğuları 39 yaşlı E.Makronun ikinci turda qələbə qazanacağını nümayiş etdirir. Seçkilərin əsas nəticəsi kimi həmçinin Fransa siyasətində 60 il ərzində hakim mövqe tutan sosialist və sağmərkəzçi partiyaların məğlubiyyəti göstərilir.

***

00:36

Fransada birinci tur prezident seçkilərinin nəticələri açıqlanır.

APA-nın “Euronews”a istinadən verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən, sabiq iqtisadiyyat naziri Emmanuel Makron 23, 7 % səs , Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21,7% səs toplayıb.

Beləliklə, Fransada prezident seçkilərinin ikinci turuna Le Pen və Makron adlayıb

Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

***

23:26

Fransada birinci tur prezident seçkilərinin nəticələri açıqlanır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen öndədir.

Hazırda bülletenlərin 30 faizi hesablanıb. Marin Le Pen 24,78% səs toplayıb. Onun əsas rəqibi, sabiq iqtisadiyyat naziri Emmanuel Makron 21, 75 % səs toplaya bilib.

Məhz bu iki siyasətçinin prezident seçkilərinin ikinci turunda mübarizə aparacağı artıq şübhə doğurmur. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

***

22:26

Fransa prezidentliyinə namizəd Marin Le Pen seçkilərin birinci turunda önə çıxıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin ilk açıqlamasında bildirilir.

İlkin hesablamalara əsasən, "Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 24,15 % səs toplayıb. Onun əsas rəqibi sabiq iqtisadiyyat naziri Emmanuel Makron ikinci yerdədir (21,43%). Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 20,34 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon 17,96 faiz səslə dördüncü yerdə qərarlaşıb.

***

21:16

Fransada birinci tur prezident seçkilərinin nəticələri açıqlanır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən, sabiq iqtisadiyyat naziri, “En Marche” (Yürüş) Hərakatının lideri Emmanuel Makron öndədir. O, 24% səs toplayıb.

Onun əsas rəqibləri “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen, sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon və "Fəth olunmamış Fransa” hərəkatının başçısı Jan-Lyuk Melanşon 18-20% səs toplayır.

Fransada birinci tur prezident seçkilərində 11 namizəd iştirak edir. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

***

18:26

Bu gün Fransada keçirilən prezident seçkiləri ilə bağlı ilk exit-pollun nəticələri məlum olub.

APA-nın məlumatına görə, Belçikanın RTBF telekanalı saat 12.00-a exit-pollun nəticələrinə əsasən sabiq iqtisadiyyat naziri, “En Marche” (Yürüş) Hərakatının lideri Emmanuel Makron və radikal Milli Cəbhənin lideri Marine Le Pen prezident seçkilərinin birinci turunda liderlik edirlər.

Exit-polla əsasən E. Makron səslərin 24 faizini, M. L. Pen səslərin 22 faizini toplayıb. Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 20,5 faiz səslə üçüncü, radikal solun namizədi Jan-Lyuk Melanşon 18 faiz səslə dördüncü yerdə qərarlaşıb.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
Ağcabədi rayonunda Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.144 yaşlı Azərbaycan mətbuatıTibb təhsili üzrə nə qədər pulsuz yer var? - Ekspertdən şərhAzərbaycana gələn hər bir idmançı günə 90 avro ödəyir - Azad RəhimovQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİQARABAĞ ŞƏHİDLƏRİNİN XATİRƏSİ"NƏ SEMİNAR KEÇİRİLDİNazir əmr verdi: Polis gücləndirilmiş iş rejiminə keçdiErmənilər pulemyot və snayper tüfəngləri ilə ATƏŞKƏSİ POZDUMerkelin gəlirləri açıqlandıTələbə köçürülməsi üçün qeydiyyat başa çatdıAvropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başladılar - FOTOErməni əsgərin postda meyiti tapılıbMoskvada 12 min insan etiraza qalxdıNazir 261 nəfəri xidmətə qəbul etdiTürkiyə diplomatlarını öldürənlər ələ keçirildiDirektor olmaq üçün 2 273 namizəd ərizəsini təsdiqlədiVilayət Eyvazov sıra baxışı keçirdiZakir Həsənov düşmənə zərbə endirməyi tapşırdıİlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİBAğdam Olimpiya İdman Kompleksində "Qarabağ şəhidlərinin xatirəsi "nə həsr olunmuş yarış keçiriləcəkPrezident onları mükafatlandırdı – 10 mindən 50 minə qədər...Nazirlər Kabineti vergilərlə bağlı qaydaları təsdiq ETDİİkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR“İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİNElçin Əlibəyli etik prinsipləri pozub - Mətbuat ŞurasıAlı Mustafayevin oğlunun toyudurABŞ Azərbaycana yeni hərbi attaşe təyin etdiQənirə Paşayeva baş nazirlə nələrdən danışdı?İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul etdiQazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olunduAzərbaycanlı paralimpiyaçılar "Tokio 2020"yə ilk lisenziyanı qazandıBakıda tanınmış İtaliyalı alimlə görüşGömrük Akademiyasında "Açıq qapı" günü təşkil olunub - FOTOXİN: “Baş vermiş hadisə xalqların sülhə hazırlanması ilə bağlı çağırışa tam ziddir”Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş ProkurorluqKreditlərlə bağlı yeni rəsmi MƏLUMATFövzi Tahirov:Ağcabədi RMX- nın baş həkiminin məsləhətləriBaş nazir qoruqlarla bağlı yeni qaydaları təsdiqlədiBiləsuvarda köçkün qəsəbəsinin su təchizatı yaxşılaşdırırNovruz Məmmədov Səudiyyəli nazirlə görüşübGömrük Komitəsi büdcəyə 2 milyard manatdan çox pul köçürübAzərbaycan Xalça Muzeyi “Milliləşdirildi”Türkiyədə 5 min 778 terrorçu məhv edilibQorxulu xəstəlik 450 can aldıƏli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edibTəhsil naziri nümunəvi tədris planını təsdiqlədiMüəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticəni 3 nəfər göstəribHacı Zeynalabdin Tağıyev haqqında film ABŞ-da uğur qazandı.Türkiyə üç şəhid verdiŞəki Xan sarayı bağlandı