Dovletxeberleri.Az
» » 3-cü dünya müharibəsi kosmosda olacaq – Generaldan AÇIQLAMA

16-04-2017, 08:003-cü dünya müharibəsi kosmosda olacaq – Generaldan AÇIQLAMA

3-cü dünya müharibəsi kosmosda olacaq – Generaldan AÇIQLAMA
Son illər "üçüncü dünya müharibəsi” ifadəsi tez-tez istifadə olunur. Bu ifadə bizim üçün demək olar ki, adiləşib.

Çoxları inana bilmir ki, bəşəriyyət yenidən fəlakətə sürüklənəcək. Bizlər üçüncü dünya müharibəsinin başlayacağına əmin də deyilik. Lakin son zamanlar ABŞ-ın Suriyadakı bazanı reketlərlə vurması, Əfqanıstandakı İŞİD mövqeyini "Bütün Bombaların Anası” adlı qeyri-nüvə bombası ilə məhv etməsi, bu fonda Pentaqonla Şimali Koreya arasında gərginliyin pik həddə çatması dünya ictimaiyyətini düşündürməyə başlayıb.

Bu proseslər fonunda isə Şimali Koreya növbəti dəfə nüvə bombası sınağını həyata keçirmək niyyətindədir.

Bütün bunlar üçüncü dünya müharibəsinin başlanmasına zəmin yaradırmı?

"Mən istəyərdim ki, hamımız üçüncü dünya müharibəsinin nə olduğunu anlayaq. Bu prosesləri izləyən tədqiqatçılar çoxdan deyirlər ki, artıq üçüncü dünya müharibəsi gedir, amma başqa metod və üsullarla”.
Modern.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bunu Ukraynanın müdafiə nazirinin sabiq birinci müavini, istefada olan general-polkovnik Anatoli Lopata bildirib.

Onun sözlərinə görə, vəziyyət gərginləşsə də, Şimali Koreya ilə ABŞ arasında müharibə riski olsa da, bu, üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxarmayacaq.
"Bu, müharibə deyil. Şimali Koreya elə iqtisadi, geopolitik gücdə deyil ki, dünyanı hədələsin. Orada olan insan resursları da imkan vermir ki, dünyaya praktiki mənada meydan oxusun. Lakin Şimali Koreyanın cəfəng hərəkətləri lokal münaqişəyə gətirib çıxara və bundan minlərlə insan zərər çəkə bilər”-deyə general bildirib.
General onu da deyib ki, Şimali Koreyanın hədələri onun özü üçün təhlükəlidir.
Anatoli Lopata Rusiya amilindən də danışıb:
"Rusiya təcavüzkar ölkədir, o, Krımı işğal etdi. Bu planda Rusiya ABŞ üçün də təcavüzkar ölkədir. Həm də ona görə ki, Rusiya Suriyada Bəşər Əsədi dəstəkləyir. Düzdür, Rusiyanın Amerikaya qarşı hər hansı təcavüzkar hərəkəti yoxdur. Ancaq anlamaq lazımdır ki, Rusiya yüksək hərbi potensiala malikdir və böyük iqtisadi imkanları var. Və Rusiya bu potensialından zərərli məqsədlər üçün istifadə edə bilər.
Onun fikrincə, qlobal müharibə başlasa belə, nüvə silahı tətbiq edilməyəcək. Çünki bütün güclər anlayır ki, nüvə silahının tətbiqi insan sivilizasiyasını məhv edə bilər.
"Buna görə də, üçüncü dünya müharibəsi baş versə belə, bu, Yerdə olmayacaq. Kosmosda olacaq. İkinci dünya müharibəsi kosmosda aparılmırdı, amma üçüncü dünya müharibəsi başlasa, bu, yeni müstəvidə olacaq – kosmosda aparılacaq. Düşünürəm ki, 50 il sonra kosmosda müharibələrin olması mümkündür. ”-deyə əlavə edib.
Generalın sözlərinə görə, Rusiyanın hərbi gücü olsa da, hazırda o, üçüncü dünya müharibəsinə hazır deyil. Və bu müharibəyə yeganə hazır olan ölkə ABŞ-dır.
Redaktor secimi
Aktual
Dovletxeberleri.Az
“Prezidentin yeni sosial paketi 2 milyondan çox insanı əhatə edəcək”Pensiyaçılara ŞAD XƏBƏR: Bu tarixdən 200 manat olacaqSosial dəyərlərə çevrilən iqtisadi dəyərlər...Azay Quliyev Prezidentə təşəkkür etdiVasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdiRamiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdüMinimum aylıq əməkhaqqı artırıldı - 250 manatSumqayıt bulvarının ərazisi genişləndirilir - REPORTAJRövşən Rzayev vətəndaşları qəbul edibAzərbaycan BMT-yə hesabat verəcək - Təhsil və səhiyyə ilə bağlıDaha 687 şəhidin vərəsəsinə ödəmə veriləcəkZakir Həsənov: “Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır”Ermənistan atəşkəsə əməl etmirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibŞəhid olduğundan 9 il ötür ALLAH böyük qardaşımıza rəhmət etsn AMIN“Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla AbdullayevaLeyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı“Qarabağ” ikinci qrupda yer aldıAğstafada bazarda 7 nəfər güllələndi, onlardan 4-ü öldüBakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilibƏrdoğan Putin və Trampla bir araya gəlirABŞ dövlət katibi İranı ittiham etdiPrezidentlər Soçidə görüşəcəkYeni Zellandiya 7,2 ballıq zəlzələ ilə silkələndiErmənilər cəbhədə təxribatlara davam edirBu gün 32 mindən çox şagird buraxılış imtahanı verirUkrayna dünya çempionu olduVII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏRBU GÜN Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi- Elburus Allahverdiyev anım günüdürMikayıl Cabbarov yenidən federasiya prezidenti seçildiTürkiyədə tayfa davası: 6 ölüBakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaqSlovakiyanın ilk qadın prezidenti and içdiBakı Konqres Mərkəzində məzun gecəsi keçirildiZakir Həsənov generalları topladı, müharibə mesajı verdiMədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi"Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir”34 saylı məktəbdə "SON ZƏNG"15 İyun - Milli Qurtuluş Günü laçınlılar tərəfindən təntənəli şəkildə qeyd olunmuşdur.Bu qürurverici müstəqillik üçün Heydər Əliyevə borcluyuqDahi liderimizə sevgi məndə uşaq yaşlarımdan başlamisdi!Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşdüAzərbaycanda Milli Qurtuluş GünüdürVətən naminə qayıdışElsevər Əliyev:”ÜMUMMILLI LIDERIMIZIN TARİXİ FƏALIYYƏTI AZƏRBAYCANIN GƏLƏCƏYINƏ HESABLANMIŞ FƏALIYYƏTDIR”.Minlərlə sahibkarın borcu silinibAğcabədi rayon Poladlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli məktəblilərin “Son zəng” tədbirində iştirak etmişdirSaleh Səmədov:”Ümummilli liderimizin TARİXİ fəaliyyəti Azərbaycanın gələcəyinə hesablanmış fəaliyyətdir”.Məmmədyarovla Mnatsakanyan Vaşinqtonda görüşəcək – Tarix AÇIQLANDI