Главная > Diqqət Mərkəzi > Sarı zolaqlar sürücüləri çaşdırmasın – XƏBƏRDARLIQ
Sarı zolaqlar sürücüləri çaşdırmasın – XƏBƏRDARLIQ24-07-2019, 16:30. Разместил: dovletxeberleri.az |
![]() Bəs görəsən belə olduğu halda sürücülər cərimələnirmi? Məsələ ilə bağlı danışan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, belə faktlar nəzarətdədir. “Bu hallar sürücüləri çaşdırmamalıdır. Biz çalışırıq ki, həmin ərazilərdə taksi fəaliyyəti ilə məşğul olanlar dayanmasın ki, belə faktlar da olmasın. Ayrıca dayanma-durmadan başqa sarı zolaqlara bitişik olan ərazilərdə küçə ticarətinin də pis vəziyyətdə olması bizim diqqətimizdədir. Onlara da müraciət etmişik ki, heç olmasa Bakıda keçirilən bu idman oyunları ilə əlaqəli ölkəmizə gələn qonaqların gözündə Azərbaycanla bağlı pis mənzərə yaranmasın”. V.Əsədovun sözlərinə görə, avtomobillərin hərəkət sürəti biraz aşağı olsa da, ümumulikdə böyük bir sıxlıq müşahidə olunmur. “Bu yaxşı göstəricidir, pis göstərici demək olmaz. Polis gücləndirilmiş iş rejimində işləyir. Sıxlığın olduğu yerlərdə əməkdaşlarımız olur və yolu qaydasına salırlar”. Вернуться назад |