Главная > Cəmiyyət > Laçınlı gənc rejissorun doğum günüdür- FOTOLAR

Laçınlı gənc rejissorun doğum günüdür- FOTOLAR


25-01-2017, 15:10. Разместил: dovletxeberleri.az
Laçınlı gənc rejissorun doğum günüdür- FOTOLAR

Bu gün gənc olmasına baxmayraq, tez bir zamanda tanınan gənc resjissor Amil Məmiyevin doğum 28 yaşı tamam olur.

Amil Məmiyev 1989-cu ildə Laçın şəhərində anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsini daxil olub, 2012-ci ildə bitirib.

Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Quliyevin kino kurslarının tələbəsi olub və bu vaxt ərzində beş qısa metrajlı film çəkib.
2011-ci ildə Azərbaycan ailəsi filmlər festivalında "Ən yaxşı tələbə filmi" nominasiyası üzrə qalib olub.
2012-ci ildə isə "Neft şəhərinin sakini" adlı filmim Ümumrusiya "Artkino" qısametrajlı müəllif filmləri kinofestivalında münsiflərin xüsusi mükafatı nominasiyası üzrə qalib olub.

2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin kinorejissorluq və kinodramaturgiya fakultəsi üzrə 2 illik ali kursda Rodimin Denis Viktoroviç və Vladimir Alekseyeviç Fençenkonun emalatxanasında təhsil alıb.

2015-ci ildə Azərbaycanfilm kinostudiyasının keçirdiyi ssenari müsabiqəsində 1-ci və 3-cü yerlərin qalibi olub və həmin ildə "Azərbaycanfilm" kinostudiyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ssenari müəllifi olduğu "Qara Bağ " adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olub.
2015-ci ildə Türkiyənin Antalya şəhərində Akdeniz Universitetində keçirilən "Rotary film" festivalında Azərbaycanı fəxri qonaq qismində təmsil edib.
2015-ci ildə Dövlət Ailə, Qadın və Uşaq Komitəsinin keçirdiyi Azərbaycan Ailəsi Film Festivalında "Qara Bağ" filmi "Ən yaxşı film" nominasiyası üzrə qalib olub.
2016-cı ildə "Qara Bağ" filmi Çində keçirilən Birinci Asiya Beynəlxalq Qısametrajlı Filmlər Festivalının xüsusi mükafatına layiq görülüb.
2016-cı ildə İranda keçirilən 34-cü Beynəlxalq “Fəcr Film Festivalında" Talant Campus proqramı üzrə Azərbaycanı təmsil edib.

Gənc rejissoru doğum günü münasibətilə təbrik edir, yeni -yeni yaradıcılıq uğurları arzulayırıq!
Laçınlı gənc rejissorun doğum günüdür- FOTOLAR
Laçınlı gənc rejissorun doğum günüdür- FOTOLAR
Laçınlı gənc rejissorun doğum günüdür- FOTOLAR

Laçınlı gənc rejissorun doğum günüdür- FOTOLAR
Laçınlı gənc rejissorun doğum günüdür- FOTOLAR


Вернуться назад