Главная > Cəmiyyət > Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibəti ilə tədbir keçirildi.

Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibəti ilə tədbir keçirildi.


18-11-2016, 17:01. Разместил: dovletxeberleri.az
Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibəti ilə tədbir keçirildi.

18 noyabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etməklə abidə önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər.
Sonra tədbir Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının konfrans zalında davam etdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev açaraq Yeni Azərbaycan Partiyasının XX əsrin 90-cı illərinin əvvəlində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını qeyd etməklə, partiyanın yaranmasında Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq, bu gündə ölkəmizdə alternativi olmayan bu siyasi partiyanın tarixi ənənələrinin müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirildiyini bildirmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Laçın Rayon Təşkilatının sədr müavini Xaliq Musayev tərəfindən “Millətin varlığı və dövlətin inkişafı partiyamızın təməl prinsipidir “ mövzusu üzrə məruzə, həmçinin məruzə ətrafında çıxışlar dinlənilmişdir. Məruzə və çıxışlarda Yeni Azərbaycan Partiyasının xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək yarandığını vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyimizin inkişafında müstəsna rolundan danışaraq, partiyanın üzvü olmalarından qürur duyduqlarını bildirdilər.
Вернуться назад