Главная > Cəmiyyət > Uşaqlar bizim gələcəyimizdir

Uşaqlar bizim gələcəyimizdir


7-11-2019, 18:17. Разместил: dovletxeberleri.az
Uşaqlar bizim gələcəyimizdir
2019-cu il noyabrın 7-də Laçın Rayon İcra Hakimiyyətinin, Laçın Rayon Təhsil şöbəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 20 oktyabr - 20 noyabr tarixlərində uşaq hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ilə bağlı ölkəmizdə bu səpkidə müxtəlif tədbirlərin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsünün icrası olaraq, “Uşaq hüquqları aylığı” çərçivəsində Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının binasında tədbir keçirilmişdir.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin, Laçın Rayon Təhsil şöbəsinin, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsi əməkdaşları, habelə məktəblilər iştirak edirdilər.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd Şahbazov açaraq BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 30 illiyi ilə bağlı tədbir iştirakçılarına məlumat verərək, bəşəriyyətimizin gələcəyi olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həllinin ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini, bunun nəticəsi olaraq uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəcib və humanist fəaliyyətləri sayəsində mühüm işlər görülüyünü iştirakçıların diqqətinə çatdırmışdır. Sonra tədbirdə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda məruzə dinlənilmişdir.
Məruzə ətrafında DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadənin, həmçinin təhsil işçilərinin çıxışlarında uşaq hüquqları barədə, uşaqların pis vərdişlərdən uzaq durmaları üçün təlim və tərbiyənin önəmli rol oynaması, gəncliyimizin mənəvi dəyərlərinin formalaşdırılmasında təhsilin vacibliyindən, dövlətimizin uşaqlar üçün göstərdiyi diqqət və qayğıdan geniş şəkildə danışılaraq geniş məlumat verilmiş, bu sahədə göstərilən qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Вернуться назад