Главная > Cəmiyyət / Banner > “İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”

“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”


10-10-2019, 11:50. Разместил: dovletxeberleri.az
“İlin sonuna qədər köçkünlər üçün 3700-ə yaxın mənzil təhvil veriləcək”
"Bu ilin sonuna qədər 3700-ə yaxın mənzil tikilib təhvil veriləcək".

Dovletxeberleri.az xəbər verir ki, bunu Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib. Komitə sədri bildirib ki, artıq bəzi binalar hazırdır:
"Bəzilərində son tamamlama işləri aparılır. Şirvan şəhərində 685 ailəlik evlər təhvil veriləcək. Cari ildə Beyləqanda 146 ailəlik bina tikilib. İlin sonuna kimi təhvil veriləcək".

R.Rzayev onu da qeyd edib ki, Göygöl, Ucar və Kürdəmirdə qəsəbə tikilib və bu il təhvil veriləcək:
"Göyçayda da artıq bir binamız hazırdır. Gələn ilin layihələri ilə bağlı da ali rəhbərliyə məruzə olunacaq. Məcburi köçkünlər üçün gələn ildə də binalar tikiləcək. Evlərin köçkünlərə verilməsi ilə bağlı komissiya yaradılıb. Əvvəl belə bir sistem olmayıb. Yeni yaradılıb. Məqsəd evlərin paylanması zamanı şəffaflığın təmin olunmasıdır. Hələ də 24 min qaçqın və köçkün ağır şəraitdə yaşayır. Evlər ilk növbədə onlara veriləcək. Azərbaycan əhalisinin 10 faizi məcburi köçkünlərdir. 700 mindən çox məcburi köçkün var."
Вернуться назад