Главная > Cəmiyyət / Sosial > İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi

İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi


7-10-2019, 19:30. Разместил: dovletxeberleri.az
İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi
“Aprel şəhidləri - gizirlər Rahim Tağıyevin və Rüstəm Əhmədovun ailələrinə Müdafiə Nazirliyi tərəfindən mənzil verilib”.



Bu barədə [sup][/sup] Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə məlumat verib.



S.Alıyeva bildirib ki, şəhid ailələrinin mənzil problemi var idi:


“Ailələr üçün təqdimatı mən vermişdim. Hər iki şəhid ailəsi Mingəçevirdə yaşadığı üçün onlara yaxın olduğundan Gəncə şəhərində mənzil verilib. Rəsmiləşdirmə bu gün olub. Gizir Rahim Tağıyevin ailəsi 4 otaqlı, Rüstəm Əhmədovun ailəsi ilə 2 otaqlı mənzillə təmin olunub".

Xatırladaq ki, Aprel şəhidi Rahim Tağıyevin 3 övladı, Rüstəm Əhmədovun isə 2 övladı var.
Вернуться назад