Главная > Cəmiyyət > 2019-cu il 5 oktyabr tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir.

2019-cu il 5 oktyabr tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir.


5-10-2019, 21:34. Разместил: dovletxeberleri.az
2019-cu il 5 oktyabr tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində   5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir.
2019-cu il 5 oktyabr tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdən əvvəl rayonun təhsil işçiləri və ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər.

Müəllimlər Gününə həsr edilmiş tədbir Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının konfrans zalında davam etdirilmişdir.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Nəzərli rayon müəllimlərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır. Rayon rəhbəri çıxışında ölkədə təhsilinin inkişafına dövlət dəstəyindən, Prezident cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi uğurlu islahatlardan, təhsil işçilərinə davamlı qayğısından, həmçinin ölkənin Birinci Xanımı Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb “ layihəsinin Azərbaycan təhsilinə qazandırdığı uğurlardan danışmışdır.

Bununla yanaşı tədbirdə rayon rəhbəri, müəllim günü ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə rayonun 28 nömrəli məktəbinin direktoru İsmayılov Nofəl Şahmar oğlunun “Tərəqqi” medalı ilə təltif edilməsini isə bütün laçınlı müəllimlərin əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndirərək təhsil işçiləri adından ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Rayon İcra Hakimiyyəti başçısı çıxışında xüsusilə vurğulamışdır ki, qaçqınların və məcburi köçkünlərin qayğılarını daima diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində 2019-2020-ci dərs ilində rayonun 3-ü modul tipli olmaqla 11 ümumtəsil məktəbi müasir tipdə işa edilmiş yeni məktəb binalarında fəaliyyətə başlamış digər məktəblərdə isə əsaslı və cari təmir işləri aparılmış, 9 məktəb üçün isə yeni məktəb binalarının inşası davam etdirilir.
Sonra rayonda təhsil sahəsində qazanılan uğurlardan danışan icra başçısı 2018-2019-cu dərs ilində 11-ci sinfi bitirən 890 nəfər məzundan 664 nəfəri ali məktəblərə qəbul imtahanlarda iştirak etdiyini, onlardan 475 nəfəri ali məktəblərə qəbul olunduğunu qeyd etmiş, tələbə adına layiq görülən məzunlardan 62 nəfərin 500-dən o, cümlədən 13 nəfərin 600-dən çox bal topladığını, 33 nömrəli Laçın tam orta məktəbinin məzunu Toğrul Anar oğlu Ələkbərzadənin isə abutruyentlər arasında xüsusilə fərqlənərək 689 bal toplayaraq yüksək nəticəyə nail olduğu bildirilmişdir.

Daha sonra Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli təhsildə fərqlənən bir qrup müəllimlərə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını təqdim etmişdir.

Tədbirdə çıxış edən rayonun ümumtəhsil məktəblərinin müəllimləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını, işlərində bundan sonrada daha əzmkarlıqla çalışacaqlarını bildirmişlər.

2019-cu il 5 oktyabr tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində   5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir.
2019-cu il 5 oktyabr tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində   5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir.

Вернуться назад